Search

Axtarış

BDU ALİMLƏRİ TƏRƏFİNDƏN 2013-cü İLDƏ ƏLDƏ EDİLMİŞ VƏ AMEA-nın İLLİK HESABATINDA QƏBUL OLUNMUŞ MÜHÜM NƏTİCƏLƏR

RİYAZİYYAT SAHƏSİNDƏ

1. Nəql borularında hidravlik müqavimətin təyini üçün tərs məsələnin həll üsulu

İşdə neft-qaz məhsullarının boru kəmərləri vasitəsi ilə nəql olunmasında mühüm əhəmiyyət  daşıyan hidravlik  müqavimət əmsalının statistik  məlumatlar əsasında tapılması üçün ilk dəfə tərs məsələnin köməyi ilə ədədi alqoritm təklif olunur və bir sıra hallarda bu əmsal üçün asimptotik düstur verilir.

İcraçılar: Tətbiqi Riyaziyyat ETİ, akademik F.Ə.Əliyev, f.r.e.n N.A.İsmayılov

2. Aşağıölçülü elektron sistemlərində qalvanomaqnit və termomaqnit hadisələr.

İfratqəfəslərdə elektronların aşqar ionlarından səpilməsi zamanı Nernst-Ettinqshauzen effekti.

Göstərilmişdir ki, ifratqəfəslərdə elektronların aşqar ionlarından səpilməsi zamanı Nernst-Ettinqshauzen əmsalı zəif maqnit sahəsində mənfi  qiymət  alır. Güclü  maqnit  sahəsində isə bu əmsalın işarəsi  müsbətdir. Effektin işarəsinin dəyişməsi onunla izah olunur ki, zəif və güclü maqnit sahələrində Nernst-Ettinqshauzen əmsalının ifadəsi relaksasiya müddəti tenzorunun komponent­lərindən müxtəlif cür asılıdır. Maqnit sahəsinin qiyməti və istiqamətini dəyişməklə Nernst-Ettinqshauzen əmsalının işarəsini dəyişmək olar.

İcraçılar: “ Bərk cisimlər fizikası” kafedrası, akad. B.M. Əsgərov, f.r.e.d. S.R.Fiqarova, f.r.e.n. M.M.Mahmudov

3. Бинар бярк мящлулларын монокристалларынын алынма хцсусиййятляринин тядгигi

Binar bərk məhlul monakristalların zona əritmə yolu ilə alarkən monokristal özəyin və xəlitənin həndəsi quruluşunun seçilməsi ilə kristallaşma cəbhəsində ifrat soyumanın aradan qaldırılması və alınan monokristalda bircinsliyin təmin edilməsi yolları. Kristal boyunca tərkibin müəyyənləşdirilməsi kəsilməzlik tənliyinin həllinə  əsaslanaraq müəyyənləşdirilir. Тяклиф едилмиш цсул Эе-Си бярк мящлуллары цзяриндя щяйата кечирилмишдир.

Icraçı: “Yarımkeçiricilər fizikası” kafedrasI, АМЕА-nın müxbir üzvü, f.r.e.d., prof.V.İ.Tahirov

KİMYA ELMLƏRİ

1.Problem: Tetradimitəbənzər laylı quruluşlu maddələrin alınması

Termoelektrik materialları kimi böyük maraq kəsb edən tetradimitəbənzər laylı quruluşa malik AIVBV2Te4, AIVBV4Te7, AIVBV6Te10və s. (AIV-Ge, Sn, Pb; BV-Sb, Bi) üçlü birləşmələri və onlar əsasında çoxkomponentli qeyri-stexiometrik fazalar son illərdə üçölçülü topoloji izolytorlar kimi dünya alimlərinin diqqət mərkəzindədir. Həmin fazaların topoloji izolyator xassələrinin öyrənilməsi üçün onların iri ölçülü mükəmməl monokristallarının yetişdirilməsi tələb olunur. Lakin tədqiqatlar göstərmişdir ki, bu sinif üçlü birləşmələrin monokristallarının yetişdirilməsi bir sıra çətinliklərlə bağlıdır. Müvafiq üçlü sistemlərin faza diaqramlarının analizi nəticəsində müəyyən edilmişdir ki, bu çətinliklər həmin birləşmələrin inkonqruent əriməsi və ilkin kristallaşma sahələrin çox kiçik olması, bəzi hallarda isə onların ərimə xarakterinin ümumiyətlə öyrənilməməsi ilə bağlıdır. Bunu nəzərə alaraq SnTe-Bi2Te3, PbTe-Bi2Te3, GeTe-Bi2Te3 kvazibinar sistemlərinin faza diaqramları ətraflı tədqiq edilmiş, onlarda əmələ gələn tetradimitəbənzər birləşmələrin əmələgəlmə xarakteri, ilkin kristallaşma və homogenlik sahələri müəyyən edilmişdir. EHQ üsulu ilə həmin fazaların fundamental termodinamik funksiyaları təyin edilmişdir. Alınan nəticələr kompleksi əsasında Bricmen üsulunun müxtəlif modifikasiyaları ilə müvafiq üçlü birləşmələrin və onlar əsasında verilmiş tərkibli bərk məhlulların monokristallarının yetişdirilməsi üçün optimal şəraitlər müəyyən edilmiş və iri ölçülü (1,5×4 sm) monokristallar  alınmışdır.

Alınan kristallar dünyanın bir sıra aparıcı laboratoriyaları (Yaponiya, Almaniya, İspaniya, İsveçrə və s.) ilə birgə tədqiq edilmiş, onların topoloji izolyator xassəsinə malik olmaları və spintronikada istifadə üçün perspektivli olduqları göstərilmişdir. Aparılan tədqiqatların nəticələri xarici həmkarlarla birgə nəşr edilmək üçün nüfuzlu beynəlxalq jurnallara ("Physical Review Letters", "Physical Review, B", "J.Alloys and Compounds") göndərilmişdir. Onlardan biri  2013-cü ildə çap edilmişdir:

Okuda T.,Maegawa T. Ye M., Aliev Z., Amiraslanov I., Babanly M. Experimental Evidence of Hidden Topological Surface States in PbBi4Te7 //Phys.Rev.Lett. (American Phys.Soc.), 2013, v.111, p.205803-5.

Icraçılar: “Ümumi və qeyri-üzvi kimya“ kafedrası,

prof.M.B.Babanlı, prof.T.M.İlyaslı, prof.F.M.Sadıqov.

YER ELMLƏRİ

1. Böyük Qafqaz torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi

Böyük Qafqazın şimal-şərq yamacı mezofil meşə landşaftının  dağ-meşə qonur və çimli-karbonatlı dağ-meşə torpaqlarında aparılan tədqiqatlar nəticəsində bu торпагларın ekoloji balının  müvafiq olaraq 70 və 68-ə  bərabər olduğu müəyyənləşdirilmiş və onların mühafizəsi üçün meşəmeliorativ tədbirlər sistemi tövsiyə edilmişdir.

İcraçılar: “Torpaqşünaslıq” kafedrası, akademik Q.Ş.Məmmədov, k.t.e.n. C.Ə.Şabanov, b.e.n. G.M.Abdullayeva, b.e.n.  R.A.Həsənova

2. Böyük Qafqazın cənub yamacı arid seyrək meşəlikləri torpaqlarının ekoloji qiymətləndirilməsi aparılmış və nəticədə yuyulmuş dağ-meşə qəhvəyi torpaqlar 88 bal, tipik dağ-meşə qəhvəyi torpaqlar 89 bal, karbonatlı dağ-meşə qəhvəyi torpaqlar 82 bal və bozqırlaşmış dağ-meşə qəhvəyi torpaqlar 77 bal almışdır. Alınmış ballar əsasında arid seyrək meşəlikləri və onlar altında formalaşan torpaqların münbitliyinin yaxşılaşdırılması və bərpası üzrə tədbirlər sistemi işlənib hazırlanmışdır.

İcraçılar: “Torpaqşünaslıq” kafedrası, akademik Q.Ş.Məmmədov, k.t.e.n. C.Ə.Şabanov, k.t.e.n. Z.R.Mustafayeva, b.e.n. T.A.Xolina.  b.e.n. V.X.İbrahimova

3. Göyçay və Ağsu rayonlarının ərazisində yayılmış boz və boz-çəmən  torpaqları ümumi sahənin 75-80%-dən çoxunu təşkil edir. Müəyyən olunmuşdur ki, torpağın humus ehtiyatının boz torpaq tipində 2%-dən 1,5-1,6% -ə, boz-çəmən torpaq tipində 3%-dən 2,2-2,3%-ə qədər azalması onun aqrofiziki xassələrinə mənfi təsir göstərmiş, xüsusən struktur aqreqatlarının pozulması torpağın su sızdırma qabiliyyətinin kəskin zəifləməsinə səbəb olmuşdur.

İcraçı: “Torpaqşünaslıq” kafedrası, prof. Ə.R.Əhmədov

2. Qlobal iqlim dəyişikliklərinin Kür-Araz ovalığında meşələrə  mənfi təsirlərinin tədqiqi  və ətraf mühitin mühafizəsi.

Dünya miqyasında iqlimin qlobal dəyişikliyi ilk növbədə günəş fəallığı ilə əlaqədar bir çox regionlarda istiliyin yuksəlməsinə, bir cox ölkələrdə qısa müddətli soyumaların, sellərin və s. təkrarlanmasına təsir göstərir. Azərbaycanda iqlim dəyişikliyi əsasən istiləşməklə birbaşa və dolayı olaraq meşələrə də mənfi təsir göstərir. Meşələrdə rütubət balansının son 15-20 ildə (10-15%) azalması nəticəsində Kür–Araz ovalığında özü-özünü bərpa prosesini zəiflətməklə meşələrin canlı aləmininə, aqrar və əhalinin yaşayış mühitinin mühafizə qabiliyyətinə mənfi təsir göstərir. Deyilənləri nəzərə alaraq işdə meşələrin indiyə qədər mövcud olan əkin-sxemindən fərqli olaraq aşağıdakılar təklif edilir:

1. Ovalıqda 3 istiqamətdə eni 50-60 m olan meşə zolağının   salınması;

2. Aqrar-ekoloji dövriyyəyə uygun əkin sahələrini mühafizə məqsədilə çoxcərgəli meşələrin salınması;

3. Yaşayış mühitini kəskin istiləşmələrdən mühafizə məqsədilə coxareallı meşələrin salınması.

Göstərilənlərin müvəffəqiyyətlə həyata kecirilməsi və eləcə də Kür çayı boyunca tuqay bə düzən meşələrin genetik fonduna uyğun xüsusi meşə-meliorasiyasını əks etdirən texnoloji xəritə-sxemlər tərtib edilmiş, həmin xəritələrə uyğun meşə əkinlərinin salınmasında günəşin şüalanmasının davam etmə müddəti nəzərə alınır.

İcraçılar: “Coğrafi ekologiya” kafedrası, prof. Ş.Y.Göyçaylı, dos.A.B.Dolxanov, prof. T.A.Xəlilov, dos.Ş.İ.Məmmədova, f.d.L.Ə.Bayramova

HUMANITAR ELMLƏR

1. Mart faciasından Xocalıya Azerbaycanda ermenilerin türk soykırımı (İstanbul, 2013, 263 səh.)

Тцркийядя няшр олунмуш китабда ХХ йцз ил бойунъа-1905-1907, 1917-1918, 1948-1953 вя нящайят 1980-ъи иллрярин икинъи йарысындан ермянилярин Шимали вя Ъянуби Азярбайъанда халгмымыза гаршы тюрятдийи сойгырымлар тятгиг едилмишдир. Фактларын, архив материалларынын мцгайисяли вя обйектив тядгиги нятиъясиндя гейд едилмишдир ки, ермянилярин тцркляря гаршы щяйата кечирдийи сойгырым тясадцфц бир щадися, щансыса бир дювлят хадими вя йа сяркярдянин импулсив щярякятинин дейил, рус вя ермяниляр тяряфиндян ишляниб щазырланмыш, мягсядйюнлц формада щяйата кечирилян бюйцк сийасятин бир щиссяси олмушдур.

İcraçı: “Azərbaycanın yeni və ən yeni tarixi” kafedrası, t.ü.f..d., dos.Boran Əziz

2. Aşıq yaradıcılığı və yazılı poeziya (Bakı, “Elm” nəş., 2012, 20,5 ç.v.)

Təqdim olunan  “Aşıq yaradıcılığı və yazılı poeziya” əsəri xalq şeirinin, aşıq poeziyasının klassik yazılı ədəbiyyata təsiri məsələlərinə həsr olunmuşdur. İstər ədəbiyyatşünaslıqda və istərsə də folklorşünaslıqda çox az toxunulmuş bu problem görkəmli Azərbaycan şairlərinin yaradıcılığı əsasında tədqiq olunmuşdur. Əsərdə əsasən XX əsrə qədərki dövrün yazılı poeziyasına aşıq sənətinin təsiri məsələləri araşdırılır.           

İcraçı: “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrası, f.ü.f.d., dosent N.Q.Xəlilov

3. Azərbaycan dövlətçiliyində varislik fəlsəfəsi (Xızır əleyhissəlam: Türkün ağ atlı oğlanı, İstanbul, 2013, 288 s.)

Azərbaycan dövlətçiliyində milli kimlik və yaddaş fəlsəfəsi hər zaman ənənə ilə müasirləşmənin vəhdəti məzmununda çıxış etməklə yanaşı, varislik fəlsəfəsimənəvi-əxlaqi dəyərlərin qorunmasında, sosial-tarixi kodların müxtəlif mərasimlər və tədbirlərdə yenidən aktuallaşdırılmasında və bütün bunların mükəmməl dövlətçilik konsepsiyasında birləşdirilməsində mühüm rola malik olması bir daha bu tədqiqat işində zəngin faktlar əsasında öz əksini tapmışdır.

İcraçı:  “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrası, f.f.d.N. S.Sü­ley­manov

4. Azərbaycan mətbuat tarixi antologiyası (mühacir dövrü) III cild. Bakı, 2013 “Elm və Təhsil” nəş., 25,5 ç.v.

Elmi-tədqiqat işində Azərbaycan milli istiqlalı uğrunda mübarizə aparmış, Türkiyədə və Avropanın ayrı-ayrı ölkələrində yaşamış dövlət və mətbuat xadimlərimizə aid məqalələr, sənədlər, arxiv materialları toplanıb. Avropada və Turkiyədə yaşamış azərbaycanlı mühacirlərin bu ölkələrdə nəşr etdiyi qəzet və jurnallardan da yazıların bir qismi toplanıb oxuculara çatdırılır. Bu mənada Ə.Ağa­oğlunun, M.Ə.Rəsulzadənin, Ə.M.Topçubaşovun, M.B.Məm­məd­zadənin, Ə.Cəfəroğlunun, C.Hacıbəylinin, Ə.Yurd­se­vər və digərlərinin mühacirət mətbuatında sovet rejimi əleyhinə olan və eləcə də mədəniyyətimizi, tariximizi təbliğ edən məqalələri böyük maraq doğrurur. Bu kitab əlavə vəsait kimi yalnız müəllim, aspirant və tələbələr üçün deyil, həmçinin geniş oxucu kütləsi və beynəlxalq əlaqələr, Azərbaycan, Türkiyə, Almaniya, Polşa əlaqələri sisteminin, eyni zamanda mühacirət mətbuatının öyrənilməsi üçün də əhəmiyyətlidir.

İcraçılar: “Mətbuat tarixi və ideoloji iş metodları” kafedrası, prof.Şamil Vəliyev, b/m, t.e.n.Nəsiman Yaqublu.

5. Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası, Bakı, 2013, “Ol” MMC, 31,5 ç.v.

Tədqiqat  işində Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinə həsr edilib. Ilk dəfədir ki, M.Ə.Rəsulzadənin həm Azərbaycanda, həm də mühacirətdəki fəaliyyəti geniş araşdırılır. Bu ensiklopediyada M.Ə.Rəsulzadənin bütün yazılarının və əsərlərinin ümumi biblioqrafiyası da verilib. Kitabda təqdim olunan çoxlu sayda fotolar, arxiv sənədləri və yeni məlumatlar M.Ə.Rəsulzadənin bir şəxsiyyət kimi böyüklüyünü bir daha təsdiqləyir. Bu ensiklopediyadan elm adamları, siyasi хadimlər, diplomatlar və tədqiqatçilar faydalana bilər.

İcraçı: “Mətbuat tarixi və ideoloji iş metodları” kafedrası,b/m, t.e.n.Nəsiman Yaqublu

 

Bookmark and Share