Search

Axtarış

BDU ALİMLƏRİ TƏRƏFİNDƏN 2014-cü İLDƏ ƏLDƏ EDİLMİŞ VƏ AMEA-nın İLLİK HESABATINDA QƏBUL OLUNMUŞ MÜHÜM NƏTİCƏLƏR


RİYAZİYYAT SAHƏSİNDƏ

7. Elliptik tip operator-diferensial tənliklər üçün lokal və qeyri lokal sərhəd məsələlərinin həll olunması və uyğun spektral məsələlər

Elliptik tip tənliklər üçün lokal vəqeyri-lokal sərhəd məsələlərinin həll olunma şərtləri tapılmış,uyğunoperator dəstələrinin məxsusivə qoşma elementlər sisteminin çoxqat tamlığı və minimalllığı isbat edilmişdir. Bircins operator-diferensial tənliyin azalan elementar həllərinin tamlığı və minimallığı Sobolev tipli fəzalar üçün isbat edilmişdir.

Nəticə:1)İnternational Yournal of Matehematıcal Analysıs (“On the Solvability Conditions of One Boundary Value Problem for the Second Order Diferential Equations with Operator Coefficients” Vol.8, no 1-4, 2014, 2)“On Multiple Completeness of the System of Eigen and Associated Vectors of a Class of Operator Bundles” Vol.8, no 17-20, 2014.

Icraçı: “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrası,f.r.e.d., prof. S.S.Mirzəyev

TƏTBİQİ RİYAZİYYAT SAHƏSİNDƏ

Tətbiqi Riyaziyyat ETİ-nin  Elmi Şurasının  iclasında

təsdiq olunmuşdur (18.11.2014, 03-11/14 saylı protokol)

17. Dinamik sistemlərin idarə olunması və texniki xarakteristikaların təyini ilə baglı məsələlərin araşdırılması və həll alqoritmlərinin işlənməsi

İşdə sənaye əhəmiyyətli bəzi periodik dinamik sistemlərin səmərəli idarə olunması üçün uyğun parametrlərin identifikasiyası, aralıq məsələlərin requlyarlaşdırılması araşdırılmış və onların həlli üçün müxtəlif ədədi alqoritmlər  və uyğun proqram təminatı işlənib hazırlanmışdır. Bu alqoritmlər neftçıxarmda rast gəlinən bəzi məsələlərin həllinə tətbiq olunmuş, alınan nəticələrin praktika ilə adekvatlığı isbat olunmuşdur. Mövcud üsullarla müqayisələr aparılmış və təqdim olunan üsulların yüsksək səmərəliliyi göstərilmişdir.

Nəticə:1)Aliev F.A., Larin V.B.  Comments on "On computing the stabilizing solution of a class of discrete-time periodic Riccati equations" by Vasile Dragan, Samir Aberkane and Ivan G. Ivanov, Appl. Comput. Math., V.13, N.2, 2014, pp.266-267 (Impact Factor 0.697).

2) Aliev F.A., Larin V.B. On the algorithms for solving discrete periodic Riccati Equation,Appl. Comput. Math., V.13, N.1, 2014, pp.46-54  (Impact Factor 0.697).3)Hashemi  M., Aliev F.A., Ahari Sh. Parallel solution for solving the system of linear equations, International Journal of Current Life Sciences, Vol. 4, Issue 9, pp.7593-7596, September, 2014 (Impact Factor  0. 570).

4) S.I. Kabanikhin, Y.S. Gasımov, M.A. Shishlenin, S. Kasenov. Regularization of the continuation problem for elliptic equations, J. Inverse Ill-Posed Probl., 21 (2013), pp. 871-884 (Impact Factor  0. 466).5).Safarova N.A., Velieva N.I. Iterative algorithms to the solution of the discrete optimal regulator problem,  Bull. Math. Soc. Sci. Math. Roumanie, Tome 57(105) No. 4, 2014, pp. 427-436 (Impact Factor 0.452 ). 6)Алиев Ф.А., Исмаилов Н.А. Задачи оптимизации с периодическим краевым условием и граничным управлением в газлифтных скважинах,  Нелинейные Колебания, Том 17, №2, 2014, сс.151-160 (Impact Factor 0.279 ).

İcraçılar: Tətbiqi Riyaziyyat ETİ, akademik F.Ə. Əliyev, f.-r.e.d. Y.S. Gasımov, f.-r.e.n. N.Ə. Səfərova, f.-r.e.n. İsmayılov N.A., f.-r.e.n. Vəliyeva N.İ

FİZİKA ELMİ  SAHƏSİNDƏ

Fizika fakültəsinin Elmi Şurasının

iclasında təsdiq olunmuşdur (27.XI.2014, 04/2014 saylı protokol)

18. Biopolimerlərin sulu məhlulları və bir sıra xarici amillərin

onların fiziki-kimyəvi xassələrinə təsiri

Bioloji sistemlərdə baş verən proseslərin modeli kimi təklif edilən polimer-su ikifazalı sistemlərindən dekstran-PEQ-su, PEQ-duz-su və PVP-duz-su sistemlərinin fiziki-kimyəvi xassələri tədqiq edilmiş və erkən diaqnostikada, biotexnologiyada tətbiq imkanları araşdırılmışdır. Faza əmələ gətirən komponentlərdən biri kimi polietilenqlikolun (PEQ) refraktometrik və volyumetrik metodlarla müxtəlif molekulyar kütlələri üçün sulu məhlulları tədqiq edilmişdir. PEQ-in parsial molyar həcminin konsentrasiyadan və molekulyar kütlədən asılılığını göstərən ümumiləşmiş tənlik alınmışdır. Müəyyən olunmuşdur ki, PEQ-in kosentrasiyasının artması ilə onun sulu məhlullarında daha stabil fəza quruluşu alınır.

Nəticə: 1)Масимов Э.А., Э.Г.Исмаилов, С.Я.Оджагвердиева. Динамическое рассеяние света водными растворами полиэтиленгликолей,  содержащих натриевые соли янтарной и лимонной кислот. Журнал физической химии (в печати). 2)Масимов Э.А., Гасанов Г.Ш. Пашаев Б.Г., Прудько В.В., Оджагвердиева С.Я. Электропроводность водных растворов сульфата магния. VIII Международная научная конференция «Кинетика и механизм кристаллизации. Кристаллизация как форма самоорганизации вещества». Россия, г.Иваново, 24-27 июня 2014 г.,  с.144-145. 3)Прудько В.В., Масимов Э.А., Багиров Т.О. Влияние качества растворителя на растворимость ПЭГ. VIII Международная научная конференция «Кинетика и механизм кристаллизации. Кристаллизация как форма самоорганизации вещества». Россия, г.Иваново, 24-27 июня 2014 г.,  с.142-143.

İcraçılar:  “Maddə quruluşu” kafedrası, f.r.e.d, prof.E.Ə.Məsimov, f.r.e.n. M.Ş.Məmmədov, f.e.d. T.O.Bağırov, f.r.e.n. V.V. Prudko, f.r.e.n. N.Ə.İbrahimov,  f.r.e.n. A.Ə.Həsənov,  f.r.e.n. N.F.Əhmədov

19. Adronların nüvə və nuklonlarla toqquşması nəticəsində yaranan proses­lərin tədqiqi

Nüvə assosiasiya nəzəriyyəsinə əsaslanaraq nüvələrdə iki nuklonlu  ötürmə, məsələn А(р,t)B А(t,p)B proseslərinin öyrənilməsinə həsr edilmişdir. Belə proseslərin öyrənilməsi nüvə qüvvələri və nüvənin quruluşu hagda məlumat əldə etməyə imkan verir. Tədqiqat triton və protonun təhrif edilmiş müstəvi dalğaları ilə aparılmışdır.  Bineytron assosiasiyası o vaxt qəbul edilə bilər ki, assosiasiyanın öz strukturunu saxlama müddəti neytronların dissosiasiya halında olma müddətindən böyük olsun. Bu zaman assosiasiyanın fraqmentləri arasında nuklon mübadiləsi baş vermir.

Nəticə: 1)S.G.Abdulvahabova, R.A.Ahmedov, I.G.Afandiyeva// Associations in the  two-nucleon transfer reactions.// Nuclear science and its application, VII Eurasian Conference, Baku, Azerbaijan, October 21-24, 2014. 2) С.Г.Абдулвагабова, Р.А.Ахмедов, И.К.Эфендиева// Бинейтронные  ассоциации в процессах двухнуклонных передач// Вестник Бакинского Государственнего Университета, №1. 2014. 3) С.Г. Абдулвагабова, Н.Ш. Бархалова, Т.О.Байрамова// Нуклонные ассоциации в процессах рассеяния протонов  на ядрах с учетом спин-орбитального взаимодействия//. Вестник Бакинского Государственнего Университета, №1. 2014. 4)С.Г.Абдулвагабова. // Квазиупругое процессы с выбиванием нуклонных ассоциаций в возбужденных состояниях//. Journal of Qafqaz University. 2014, Volume 2, Number 1, p.81-84.

İcraçılar: “Maddə quruluşu” kafedrası, f.r.e.d.S.Q.Əbdülvahabova,  f.r.e.n.N.Ş.Barxalova, f.r.e.n.X.Ş.Abdullayev, f.r.e.n.T.O.Bayramova

20.Aktiv nanokompozit quruluşların alınma texnologiyasının işlənməsi və fiziki xassələrinin tədqiqi.

Yüksək sıxlıqılı polietilen (YSPE) və qurğuşun sulfid (PbS)  əsasında nanokompozisiyaların quruluşu və dielektrik xassələri tədqiq edilmişdir. Atom-qüvvət mikroskopiyası ilə müəyyən edilmişdir ki, PbS nanohissəcikləri YSPE morfologiyasını kəskin dəyişdirir, nəticədə səthin quruluş elementlərinin xırdalanması baş verir. Göstərilmişdir ki, nanokompozitlərin dielektrik nüfuzluğunun və dielektrik itkisinin tangens bucağının tezliyinin artması ilə asılı azalması dipolların gecikməsi və polyarlaşma prosesində iştirak edən hissəciklərin azalması, yəni polyarlaşma prosesinin pisləşməsi ilə izah olunur.  Həmçinin göstərilmişdir ki YSPE+0,005MPbS əsaslı nanokompoziya materillarında pozistor effekti daha da yüksək dərəcədə müşahidə olunur.

Nəticə: A. M. MAHARRAMOV, M. A. RAMAZANOV, F. V. HAJIYEVA Structure and dielectric properties of Nanocomposites on the basis of high-density polyethylene  and lead sulfide  J. Chalcogenide Letters Vol. 11, No. 4, April 2014, p. 175 – 180,  Impact factor 1,125

İcraçılar: “Nanomaterialların kimyəvi fizikası” kafedrası, Akad. A.M.Məhərrəmov, prof. M.Ə.Ramazanov, k.ü.f.d. F.V.Hacıyeva

21. Xətti harmonik ossilyator üçün Aharonov-Bom effekti

Son zamanlar qeyri–trivial topologiyaya malik fəzalarda mikrozərrəciyin hərəkəti ilə bağlı kvant mexaniki məsələlərin həlli böyük maraq kəsb edir. İşdə topolpji effektlərin yarandığı xarici elektromaqnit sahəsində xətti harmonik  ossilyator məsələsinə baxılır. Şredinger tənliyini həll etməklə, göstərilmişdir ki, zərrəciyə təsir edən Lorens qüvvəsi sıfıra bərabər olduqda belə, zərrəciyin hərəkət etməsi mümkün olmayan oblastda toplanmış maqnit sahəsi harmonik ossilyatorun enerji spektrini deformasiya edir, yəni zərrəcik maqnit sahəsinin təsirini hiss edir

Nəticə: 1).Rajabov M.R.,Nadzhafov İ.M. The Aharanov – Bohm effect in harmonik oscillator example. VII Eurasion Conference “Nuclear Science and its application” 21-24 october 2014, Baku, Azerbaijan p.57 2)Rəcəbov M.R.,Nəcəfov İ.M.  Sferik rotator üçün Aaronov – Bom effekti, BDU Xəbərləri, fizika-riyaziyyat seriyası, №3, səh.133-137.

İcraçılar: “Nəzəri Fizika” kafedrası, AMEA-nın müxbir üzvü İ.M.Nəcəfov,  M.R.Rəcəbov.

22. Yarımkeçirici halkogenid birləşmələrinə lazer şüalarının təsiri

Binar və üçqat yarımkeçirici halkogenid birləşmələrinin monokristallarına YAG:Nd+3 lazerinin şüalanmasının təsiri ilə qeyri-tarazlıqlı yükdaşıyıcıların generasiya-rekombinasiya  mexanizmlərinin öyrənilməsi nəticəsində məxsusi defektlərin rolu müəyyən edilmişdir. Göstərilmişdir ki, güclü lazer şüalarının təsiri ilə mürəkkəb tərkibli halkogenidlərdə qəfəsdəki vakansiyaların və aşqar mərkəzlərin dinamikası idarə olunan dəyişikliyə məruz qalır. Bu da optoelektronikada həmin kristallar əsasında yüksək effektivli fotoelektrik çeviricilərinin və müxtəlif funksiyalı detektorların hazırlanması perspektivini müəyyən etməyə imkan vermişdir.

İcraçı: “Yarımkeçiricilər fizikası” kafedrası, AMEA-nın müxbir üzvü, prof A.H.Kazımzadə

23. Orta İQ diapazonda işləyən kristallarda dalğaların qeyri –xətti qarşılıqlı təsiri

Spektrin orta infraqırmızı diapazonunda lazer şüalarının daha effektli tezlik çeviricilərini yaratmaq məqsədilə perspektivli LiGaS2 və BaGa4S7 üçlü qeyri-xətti kristalların tədqiqi və onların optik xassələrinin müqayisəsi aparılıb. Qeyri-kritik bucaq faza sinxronizminə yaxın rejiminin həyata keçirilməsi üçün şərtlər təyin olunub. 1.06 mkm-də Nd:YAG lazerlərin şüalanmasının etibarlı yüksəkeffektli optik parametrik çeviricilərinin işlənməsi üçün tövsiyələr verilib.

İkinci harmonika generasiyası üçün AgGa (Se1-xSx)2 qarışıq qeyri-xətti kristallarda qarışıq komponentin x əmsalının seçilməsi ilə qeyri-kritik sinxronizmin həyata keçirilməsi imkanı göstərilib. Tədqiq olunan kristallar üçün x əmsalları ilə fərqlənən birinci və ikinci tərtibdə dispersiya bucaq əmsallarının qiymətləri hesablanıb. Zn1-xMgxSe-də rezonatordaxili tezlik çevrilməsi halı üçün optimal faza münasibəti şərtinin yerinə yetirilməsində rezonatorun ikiqat keçməsində çevrilmə effektivliyinin artırılması imkanı göstərilib.

Nəticə: 1) R.J. Kasumova// Conversion efficiency in AgGa(Se1-xSx)2 crystals. International J. Of Science and Research, 2014, v.3, Issue 10, p. 410-413. 2) R.J. Kasumova // Second harmonic of laser radiation for IR-range in mixed AgGa0.6In0.4Se2 crystals. An Indian J: Material Science, 2014, v.10, Issue 8, p. 306-311. 3) R.J. Kasumova, G.A. Safarova, N.V. Kerimova // Ternary wide-bandgap chalcogenides LiGaS2 and BaGaS7 for the mid-IR. International J. of Engineering and Computer Science, 2014, v. 3, Issue 8, p.7823-7828.

İcraçı: “Optika və molekulyar fizika” kafedrası, prof .R.C. Qasımova

24. Elektron-pozitron toqquşmasında Hiqqs bozonun yaranması

Nəticə: 1) S.Q.Abdullayev, F.A. Saddigh. Elektron-pozitron toqquşmasında Hiqqs bozonun yaranması. Bakı Universitetinin xəbərləri, fizika-riyaziyyat elmləri seriyası, 2014, №1, səh.161-166. 2)S.K.Abdullayev, M.Sh. Gojayev, F.A.Saddigh. Higgs boson Production in electron-positron Scattering. The VII  Eurasion Conference “Nuclear Science and its application”, 2014, p.103-104.

İcraçı: “Nəzəri fizika” kafedrası, prof. Abdullayev S.Q.

25. Əlavə elektrik sahəli metal – yarimkeçirici kontakt hadisələri

Müəyyən edilmişdir ki, Metal –Oksid -Yarımkeçirici qanovlu Şottki diodlarında yaranan əlavə elektrik sahəsinin qüvvə və energetik  parametrlərini konstruktiv-texnoloji üsullarla tənzimləməklə onların işçi xarakteristikalarını və parametrlərini geniş intervalda dəyişmək mümkün olur, o cümlədən, bu quruluşların  düz istiqamətdə gərginlik düşgüsünü və  əks istiqamətdə cərəyan şiddətini kəskin azaltmaq, eyni zamanda elektrik deşilmə gərginliyini  geniş intervalda artırmaq  olur.

Nəticə: 1) Маmedov R.K.Дополнительное электрическое поле в диодах Шоттки с МОП канавкой. Вестник ВДУ, серия физ.мат.наук, 2014, № 3 c.12-17. 2) Məmmədov R.Q., Məmmədov R.M Şottki diodlarının elektrofiziki parametrlərinə  əlavə elektrik sahəsinin  təsiri. . “Opto-, nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası”VIII Respublika elmi-praktik konfransının materialları, Bakı, BDU, 2014 s. 35-37/

İcraçı:Optika və molekulyar fizika” kafedrası, prof. R.Q.Məmmədov

Fizika Problemləri ETİ-nin  Elmi Şurasının

iclasında təsdiq olunmuşdur (22.X.2014, 3 saylı protokol)

31. Günəş elementləri üçün yararlı olan  yarımkeçirici təbəqə və strukturların elektrokimyəvi üsulla alınması

Tədqiq olunan CdZnS1-хх (0 £ x £ 0.6) və CuZnSnS4 nazik təbəqələri sulu məhluldan elektrokimyəvi çökdürmə üsulu ilə alınmış, onların bir sıra elektron xassələri tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki, nanoölçülü hissəciklərin alınması üçün istifadə olunan molekulyar-şüa epitaksiya, litoqrafiya kimi perspektivli metodlarla müqayisədə bu metod daha kiçik ölçülü sferik formalı yarımkeçirici nanokristallitlər almağa imkan verir [1,2].

CdZnS1-хх, CuİnGaSe2 və CuZnSnS4-CdZnS nazik təbəqəli heterokeçidlərin sulu məhluldan elektrokimyəvi çökdürmə üsulu ilə alınma texnologiyasının incəlikləri araşdırılmışdır. Tədqiq olunmuş təbəqələr əsasında yaddaş elementləri, neqatron cihazlar, fotoqəbuledicilər, günəş batareyalarının baza elementləri, nanomateriallar və nanostrukturlar hazırlamaq olar.

Nəticə: 1)М.А. Джафаров, Э.Ф. Насиров, С.А. Мамедова, Отрицательная фотопроводимость в пленках твердых растворов соединений AIIBVI. Физика и техника полупроводников, 2014, том 48, вып. 5, c.590-596., 2)M.A. Jafarov, E.F. Nasirov, Preparation of Nanosized A2B6 Compound Multilayer Structures for Solar Cells.  Universal Journal of Physics and Application 1(2): 125-129, 2013.

İcraçılar: f.r.e.d., a.e.i.M.Ə.Cəfərov, f.r.e.n.,b.e.i.E.F.Nəsirov.

33. Mikroelektronikanın məqsədləri üçün yarımkeçirici material və strukturların texnologiyasının işlənməsi, optik və elektrik xassələrinin tədqiqi

Məsaməli silisiumdakı lyuminessensiya qabiliyyətli nanohissəciklərin ölçülərinə və qadağan olunmuş zonanın eninə ğörə paylanmasını təyin etməyə imkan verən metodika işlənmişdir. Kimyəvi aşılama metodu ilə n-tip məsaməli silisium nümunələri alınmış, fotolyuminessensiyanın şüalanma və həyəcanlaşma spektrləri tədqiq edilmişdir. Həyəcanlaşma spektrlərindən qadağan olunmuş zonanın optik eni, şüalanma spektrlərindən isə fotolyuminessensiyanın maksimumu təyin edilmişdir. Buna əsaslanaraq məsaməli silisiumun şüalanma spektrləri fotolyuminessensiyanın mövcud fenomenoloji nəzəriyyəsinin köməyi ilə araşdırılmış və nəzəriyyənin tənzimləmə parametrləri təyin edilmişdir. Tədqiq olunmuş məsaməli silisium nümunələrində lyuminessensiya qabiliyyətli nanohissəciklərin ölçülərinə və qadağan olunmuş zonanın eninə ğörə paylanması təyin edilmişdir. Müəyyən edilmişdir ki, tədqiq olunan nümunələr nanohissəciklər toplusudur və onların ölcüləri 1.5 nm - 2.8 nm intervalında, qadağan olunmuş zonanın eni isə 2 eV - 3.2 eV intervalında yerləşib nümunələrin formalaşma müddətindən asılı olan müxtəlif ehtimal sıxlığı ilə paylanmışdır.

Nəticə: F.A. Rustamov, N.H. Darvishov, V.E. Bagiyev, M.Z.Mamedov, E.Y. Bobrova, H.O. Qafarova. Determination of size and bandgap distributions of Si nanoparticles from photoluminescence excitation and emission spectra in n-type stain etched porous silicon. Journal of Luminescence. 154 (2014) 224-228.

İcracılar:  f.r.e.d. F.Ə. Rüstəmov, f.r.e.n.,a.e.i.N.H.Dərvişov, f.r.e.n., a.e.i. V.Ə.Bağıyev, f.r.e.n.,b.e.i. M.Z.Məmmədov, müh.Y.Y. Bobrova, müh.H.O. Qafarova.

KİMYA ELMLƏRİ SAHƏSİNDƏ

Kimya fakültəsinin Elmi Şurasının

iclasında təsdiq olunmuşdur (23.X.2014, 7 saylı protokol)

3.Fizioloji aktiv maddələrin enantioselektiv sintezi və onların antimikrob xassələrinin tədqiqi

Yeni xiral üzvi katalizatorlar iştirakında çoxkomponentli Hans reaksiyası və Biginelli reaksiyası  əsasında optiki aktiv fizioloji fəal birləşmələrin enantioselektiv sintezi həyata keçirilmiş, onların antimikrob xassələri tədqiq edilmiş, eyni zamanda bu tip birləşmələrin fizioloji xassələri ilə optiki təmizlik dərəcəsi arasında asılılıq öyrənilmişdir. Alınan optiki aktiv maddələrin optiki təmizlik dərəcəsi HPLC analizi ilə təyin edilmiş, xüsusi dönmə bucağı  AUTOPOL-III polyarimetrində ölçülmüş və konfiqurasiyaları müəyyən olunmuşdur.  Bundan başqa sintez olunan birləşmələr içərisindən hazırda tətbiq olunan məlum ana­loq­lar­la müqayisədə daha yüksək effektivliyə malik yeni tip antimik­rob prepa­rat­lar təklif edilmişdir.

Nəticə: Bu istiqamətdə elmi-tədqiqat işlərini genişləndirmək məqsədilə təqdim etdiyimiz layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü il üçün əsas qrant müsabiqəsinin (EİF-2013-9(15))qalib layihələrinin siyahısına daxil edilmişdir.

İcraçılar: “Üzvi kimya” kafedrası, akademik A.M.Məhərrəmov, k.e.d.,prof. İ.M.Əhmədov, k.e.d.,prof. M.M.Qurbanova, doktorant E.Z.Hüseynov.

4.Tərkibində C=N və N=N qrupları saxlayan yeni sinifüzvi birləşmələr analitik reagentlər kimi.

İlk dəfə olaraq asetilaseton əsasında tərkibində C=N və N=N qrupları saxlayan yeni üzvi reagentlər sintez edilmişdir. Sintez edilmiş  üzvi reagentlərin quruluşu NMR və rentgenquruluş analiz metodları ilə müəyyən edilmişdir. Reagentlərin formulu aşağıdakı kimidir.

 

 

 

X = H2, F2, Cl2

 

Sintez edilmiş üzvi reagentlərin bir sıra keçid metallarının fotometrik təyini üçün yüksək seçiciliyə malik olduğu müəyyən edilmişdir.

İcraçılar : “Analitik kimya” kafedrası, akademik R.Ə.Əliyeva, prof.F.M.Çıraqov

AQRAR ELMLƏR SAHƏSİNDƏ

Ekologiya və torpaqşünaslıq fakültəsininElmiŞurasının

iclasındatəsdiqolunmuşdur (26.IX.2014, 1 saylıprotokol)

1. Böyük Qafqaz torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi (AR Milli Atlas. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Kartoqrafiya fabriki, 2014, 444 səh.)

Azərbaycan Respulikası Milli Atlasın redaksiya heyətinin məsul katibi olan akademik Q.Ş.Məmmədovun əməyi sayəsində hazırlanmış  Atlas özündə çox geniş və əhatəli  elmi məlumatları cəmləşdirməklə, respublikamızın təbii şəraiti, əhalisi, iqtisadiyyati, torpaq örtüyü, tarixi, ekologiyası, elm və təhsili haqqında dolğun təsəvvürlər yaradır. Azərbaycanın kompleks şəkildə öyrənilməsi, təbii, o cümlədən torpaq ehtiyatlarından düzgün istifadə edilməsi, biomüxtəlifliyin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər istiqamətlərdə sistemli istifadə imkanlarına malik olan Milli Atlas fundamental və unikal bir əsər kimi böyük praktiki əhəmiyyət kəsb edir.

İcraçı: “Torpaqşünaslıq” kafedrası,  akademik Q.Ş.Məmmədov

2. Böyük Qafqazın şimal-şərq yamacının yüksək dağ ekosistemlərində aparılan tədqiqatlar nəticəsində torpaq-landşaft komplekslərinin ekoloji qiymətləndirilməsi zamanı hündürlük, orta illik temperatur, orta illik yağıntıların miqdarı, BİP ilə yanaşı ilk dəfə olaraq yerüstü biokütlə qiymət meyarı kimi  nəzərə alınmış və onlar müvafiq bal qiymətlərini almışdır: subnival kompleks – 34; alp çəmənlər – 65; subalp çəmənlər – 86 bal. Bununla əlaqədar olaraq qeyd olunan landşaft komplekslərinin mühafizəsi və yaxşılaşdırılması üçün kompleks meliorativ tədbirlərin həyata keçirilməsi tövsiyə edilmişdir.

Nəticə: 1) Şabanov C.Ə., Mustafayeva Z.R., Xolina T.A.Quba rayonunun torpaq örtüyünün müasir ekoloji vəziyyəti və ondan səmərəli istifadə. Azərbaycan Elmi-Tədqiqat Əkinçilik  İnstitutunun      elmi əsərləri məcmuəsi. Bakı,   2014, s.428-430.; 2)Şabanov C.Ə., Mustafayeva Z.R., Xolina T.A. Quba rayonun yay otlaq ekosistemində antropogen amillərin təsirindən torpaqların münbitlik parametrlərinin dəyişilməsi. Ümummilli lider Heydər Əliyevin  anadan olmasının 91 illik yubileyinə həsr olunmuş “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” mövzusunda III Respublika elmi konfrasının materialları. Bakı, 2014, s.474-478.; 3)Abdullayeva G.M. Agroecological condition of soil northeast part of the big Caucasus (in the range of Azerbaijan). Proceedings of the 2-nd European Conference on Agriculture (August 18, 2014). «East West» Association for Advanced Studies and Higher Education GmbH. Vienna. 2014. P.7-12.

İcraçılar: “Torpaqşünaslıq” kafedrası, k.t.e.n. C.Ə.Şabanov, k.t.e.n. Z.R.Mustafayeva, b.e.n. R.A.Həsənova, b.e.n. G.M.Abdullayeva, b.e.n. V.X.İbrahimova, b.e.n. T.A.Xolina.

3. Aparılan çoxsaylı tədqiqatlar əsasında müəyyən olunmuşdur ki  boz-çəmən  tip torpaqlarda ümumi  və  bitkilər tərəfindən  mənimsənilən azot qidası (NH3,NO3)son dərəcə azdır. Bunun, humus ehtiyatının  normadan 35-40% az olması ilə əlaqədar  olduğunu müəyyən etdik. Belə mühitdə beçərilən pambıq, buğda bitkilərinin vegetativ orqanlarının  (kök, gövdə və xüsusi ilə yarpaqların) zəif inkişafı fotosintez prosesinə mənfi təsir göstərməklə  məhsulun azalmasına səbəb olmuşdur. Bunun qarşısını  almaq  üçün qeyd olunan  şəraitdə  P60 K120 fonunda azotun hər hektara verilən  70  kq əvəzinə 100 kq verilməsi tövsiyə  olunur. Bu halda  bitkilərin yarpaq sahəsinin əvvəlki ölçülərinə görə  25-30% artması və fotosintez prosesinin fəallığının yüksəlməsi əsasında məhsuldarlıq pambıqda 4-6s buğda bitkisində 8-10s artması təmin olunur.

Nəticə: 1)Ə.R.Əhmədov “Torpağın potensial qida ehtiyatından istifadənin təcrübi və ekoloji əhəmiyyəti”, Bakı, Şirvan nəş., 2014, 95 s., 2)Ə.R.Əhmədov S.C.Cümşüdov  Torpağın hemostazlığında canlıların rolu. Ümummilli lider Heydər Əliyevin  anadan olmasının 91 illik yubileyinə həsr olunmuş “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” mövzusunda III Respublika elmi konfrasının materialları. Bakı, 2014, s.450.

İcraçı: “Torpaqşünaslıq”  kafedrası, prof. Ə.R.Əhmədov

BiologiyafakültəsininElmiŞurasının

iclasında təsdiq olunmuşdur  (26.IX.2014, 1 saylı protokol)

4. Meyvə ağaclarına zərər vuran bəzi kəpənəklərin (Lepidoptera) bioekoloji və fizioloji xüsusiyyətləri

İlk dəfə olaraq, zərərli kəpənəklərin (Hyphantria cunea Drury.) qışlayan puplarının piy cismi hüceyrələrinin struktur-funksional xüsusiyyətləri əsasında fizioloji halın qiymətləndirilməsi üsulu işlənib hazırlanmışdır. Əldə olunmuş nəticələr onu sübut etmişdir ki, piy cisminin inkişaf səviyyəsi yaxşı olan puplar 2,9-3,5 balla (A.Maurizio, 1954 beşballıq şkalasına görə) müvafiq gələn və çəkisi 150 mq olanlardır; zəif variantlarda (125-130 mq) bu göstərici 2-3 ball arasında dəyişir. Trofositlərinin (ehtiyat qida birləşmələrinin toplandığı hüceyrələr) ölçüləri böyük və piy cisminin inkişaf səviyyəsi 3,8-dən yuxarı (IV ball) olan puplar daha yüksək fizioloji imkanlara malik olanlar və qışı normal keçirən fərdlərdir (payızlıq materialın ümumi sayının 32% -i).

Bu məlumatlar zərərvericilərin qışlayan fazalarının (pup və imaqo mərhələləri) fizioloji halı və inkişafının qiymətləndirilməsində normativ kimi qəbul oluna bilər.

 


Piy cisminin mikroskopik görünüşü
(IV ball) və hüceyrəvi tərkibi əks etdirən preparat

İcraçı: “Onurğasızlar zoologiyası” kafedrası, b.e.d., prof. H.F. Quliyeva

TARİX ELMLƏRİ SAHƏSİNDƏ

Tarix fakültəsinin Elmi Şurasının

iclasında təsdiq olunmuşdur (13.X.2014, 1 saylı protokol)

1. Fövqəladə Təhqiqat Komissiyasının sənədləri (1918-1920) (Bakı, 2014, “Elm və təhsil” nəş., 28,5 ç.v.)

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə Milli hökumətin ən mü­hüm qərarlarından biri 1918-ci ildə türk-müsəlman əhalisinə qarşı daşnak caniləri­nin törətdikləri cinayətlərin təhqiqi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqi­qat Komissiyasının yaradılması oldu və 1920-ci ilin aprelinə kimi bu komissiya daşnak quldur dəstələrinin qanlı əməllərinin təhqiqi sahəsində böyük iş gördü. Və­kil Ələkbərbəy Xasməmmədov Təhqiqat Komissiyasının sədri, Gəncə dairə məh­kəməsinin üzvləri - İsmayıl bəy Şahmalıyev, Andrey Novatski, Gəncə dairə məh­kəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə köçürmə idarə­sindən Nikolay Mixaylov, həqiqi  mülki müşavir V.Qubvillo və müəllim Mirzə Cavad Axundzadə isə üzvləri təyin olundular. Xarici İşlər Nazirliyinin yanında təşkil edilməsinə baxmayaraq, hökumətin baş­çısı F.Xoyskinin 22 sentyabr 1918-ci il qərarı ilə Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməyə başlayan Fövqəladə Təhqiqat Komissiyası tərəfindən zərər çəkmiş yüzlərlə vətəndaş və şahid dindirilmiş, çoxlu material, maddi dəlil-sübut, fotosənəd toplandı. Bu sənədlər öz aktuallığı baxımından daha çox siyasi əhəmiyyət kəsb edir.Lakin təssüflər olsun ki, zorakılıq törədənlərin yalan xəbərləri nəticəsində Avropa ictimaiyyətində tamam əks əhval-ruhiyyə yaradılır. Bu baxımdan ictimayyətə təqdim olunan bu kitabda sovet dövründə qadağan edilmiş Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinin qısa məzmunu öz əksini tapmışdır ki, bu da müasir dövrdə qondarma "Böyük erməni dövləti" yaratmaq xülyasında olan erməni şovinizminin iç üzünü ifşa etmək və erməni terrorizmini iflasa uğratmaq üçün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yolunda atılan ən vacib addimlardan biridir.

İcraçı: “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrası, t.e.d., prof., A.C.İsgəndərov

İcraçı: “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrası, t.e.n., dos. S.B.Qasımova

FİLOLOGİYA  ELMLƏRİ  SAHƏSİNDƏ

Filologiya fakültəsinin Elmi Şurasının

iclasında təsdiq olunmuşdur  (8.X.2014, 1 saylı protokol)

5. «Azərbaycanda rus şivələrinin leksikonu» (Bakı, 2014, «Avropa» nəş., 498 səh.)

«Azərbaycandakı rus şivələrinin leksikonu» adlı kitab dialektoloji lüğətdir. Azərbaycandakı rus şivələrinin dialektizmləri, başqa dillərdən alınan sözlər  - türkizmlər; ekspressiv və emosional elementləri, paremioloji vahidlər, o cümlədən atalar sözü öz əksini tapmışdır. Leksikon əsas dildən aralı düşmüş dil vahidlərinin qorunub saxlanılması dərəcəsini müəyyənləşdirməyə imkan verir.  Kitabda dilarası və şivəarası əlaqələri müşahidə etmək olar. Lüğətdə  aşağıda qeyd olunan vahidlər öz əksini tapır:

1) ədəbi sözlərdən fonetik strukturu ilə seçilən sözlər;

2) ədəbi sözlərdən vurğu ilə seçilən dialektizmlər;

3) ədəbi sözlərdən morfoloji strukturu ilə fərqlənən vahidlər və s.

Bu kitab rus dialektologiyası və dil tarixi ilə məşqul olan ixtisasçılarına, müəllim, doktorant və tələbələrə aiddir.

İcraçılar: “Rus dilçiliyi” kafedrası, f.e.d. prof. L.H.Quliyeva, f.ü.f.d., dos. E.A.Heydərova

Bookmark and Share