Search

Axtarış

BDU ALİMLƏRİ TƏRƏFİNDƏN 2015-Cİ İLDƏ ƏLDƏ EDİLMİŞ VƏ AMEA-nın İLLİK HESABATINDA QƏBUL OLUNMUŞ MÜHÜM NƏTİCƏLƏR

FİZİKA-RİYAZİYYAT TEXNİKA ELMLƏRİ

1. Dirak operatorunun ossillyasiya xassələrinin tədqiqi, qeyri-xətti Dirak və Şturm-Liuvill məsələlərinin həllərinin lokal bifurkasiyası

Odur ki, Gerald Teschl və onun həmkarları silsilə işlərində məsələnin müxtəlif həllərinə uyğun Vronskianın ossillyasiya xassələrini öyrənərək digər spektral xassələri tədqiq ediblər. C.F. Yang  və  Z.Y. Huang "Reconstruction of the Dirac operator from nodal data, Integr. Equat. Oper. Theory 66 (2010) 539-551" məqaləsində Dirak məsələsinin mütləq qiymətcə kifayət qədər böyük məxsusi ədədlərinə uyğun məxsusi vektor-funksiyaların komponentlərinin sıfırlarının sayını öyrəniblər, lakin onların  aldığı nəticə səhvdir (potensial sıfır halında yoxladıqda buna əmin olmaq olar). Qeyd edək ki, bir çox işlərdə  də Dirak məsələsinin ossillyasiya xassələri  haqda alınan nəticələr səhvdir (məqalədə qeyd olunub).
Təqdim olunan işdə yeni üsulların (potensial sıfır olan məsələnin qeyri-xətti həyəcanlanmaları və qlobal bifurkasiya nəzəriyyəsinin) köməyi ilə Dirak məsələsinin ossillyasiya xassələri tam tədqiq olunmuşdur.

NəticəZiyatkhan S. AliyevHumay Sh. Rzayeva “Oscillation properties for the equation of the relativistic quantum theory” Applied Mathematics and Computations , V.271 (2015), 308–316;  Impact factor: 1.551

İcraçı: Riyazi analiz kafedrası,  r.ü.e.d., prof. Z.S.Əliyev

2. Sonlu kompleks ölçünün Hilbert çevirməsinin xassələrinin tədqiqi

Məlumdur ki, xətti müsbət operatorlar ardıcıllığı funksiyaların yaxınlaşmaları nəzəriyyəsində mühüm rol oynayır. Analitik funksiyaların yaxınlaşmalarının qurulması məsələlərində isə əsasən k-müsbət operatorlar ardıcıllıqlarından istifadə olunur. k-müsbət operator anlayışı ilk dəfə analitik funksiyalar fəzalərında Korovkin teoremi tipli yaxınlaşma teoremlərini almaq üçün daxil edilmişdir. Sonralar isə k-müsbət operatorlar vasitəsilə analitik funksiyaların  yaxınlaşmalar nəzəriyyəsinin bir çox məsələləri geniş tədqiq edilmişdir. k-müsbət olmayan xətti operatorlar vasitəsilə analitik funksiyaların yaxınlaşması isə ilk dəfə 2014-cü ildə A.C.Hacıyev və Nursel Çetin tərəfindən tədqiq olunmağa başlamışdır.

Bu məqalə halqada analitik funksiyaların xətti operatorlar vasitəsilə yaxınlaşmasına həsr olunub. Məqalədə əvvəlcə halqada analitik funksiyalar fəzası daxil edilərək bu fəzada funksiyalar ardıcıllığının sıfıra yığılma meyarı verilir, sonra isə bu meyarın köməkliyi ilə  xətti operatorlarla, həmçinin k-müsbət xətti operatorlarla yaxınlaşma teoremləri isbat olunur. Məqalədə statistik yığılma üçün də analoji teoremlərin isbatı verilmişdir.

Nəticə: Akif D. Gadjiev, Rashid A. Aliev “Approximation of analytic functions in annulus by linear operators” Applied Mathematics and Computations , V.252  (2015), 438–445; Impact factor: 1.551

İcraçı: Riyazi analiz kafedrası,  f.-r.e.n., dos. R.Ə.Əliyev

Tətbiqi Riyaziyyat ETİ-nin  Elmi Şurasının  iclasında

təsdiq olunmuşdur (03.11.2015, 02-11/15 saylı protokol)

3.  Giriş və çıxış verilənləri əsasında dinamik sistemlərdə parametrlırin təyini üçün identifikasiya məsələsinin həlli üsulu və həll alqoritmlərinin işlənməsi

İşdə qeyri-tənliklər  tənliklər sistemi vasitəsilə təsvir olunan verilmiş dinamik prosesə daxil olan bir neçə parametrlərin eyni zamanda təyini üçün riyazi üsul təkliv olunmuş, çox nöqtəli optimal sərhəd məsələsinə baxılmış və onların həlli üçün ədədi alqoritmlər  təklif olunmuş və uyğun proqram təminatı  yaradılmışdır.  Alınmış nəticələr NQÇ Nərimanovda 2-ci blok 248 saylı qaz-lift üsulu ilə istismar olunan neft quyusunda (1977-2012-ci illərin statistikası əsasında) hidravlik müqavimət əmsalının təyini üçün tətbiq olunmuşdur.

Tədqiqatın nəticələri aşağıdakı jurnallarda çap etdirilmişdir:

1. F.A. Aliev, N.A. Ismailov, A.A. Namazov,  Asymptotic method for finding the coefficient of hydraulic resistance in lifting of fluid on tubing, Journal of Inverse and Ill-posed Problems. Volume 23, Issue 5, 2015. Pages 511–518. (Impact Factor-0.880 )

2. Baigereyev D., Ismailov N., Gasimov Y, Namazov A.  On an identification problem on the determination of the parameters of the dynamic system, Mathematical Problems in Engineering, 2015, Article ID 570475, 8 pages, (Impact Factor-0.762).

3. Mutallimov M.M., Zulfugarova R.H., Amirova L.I. Sweep algorithm for solving optimal control problem with multi-point boundary conditions, Advances in Difference Equations, (2015), 215:233, 13p. (Impact Factor 0.64)

4.Aliev F.A, Larin V.B. Comment on “Youla-Like Parametrizations Subject to QI Subspace Constraint” by Serban Sabˇau, Nuno C. Martins  Appl. Comput. Math., V.14, N.3, Special Issue, 2015, pp.381-388 (Impact Factor-0.452)

5. Aliev F.A., Agamalieva L.F., Veliyeva N.I. Approximate  Factorization of Matrix Polynomials with Applications to the Synthesis  Problems,  Bull. Math. Soc. Sci. Math. Roumanie, Tome 58(106) No. 4, 2015, pp.371-382 (Iimpact Factor 0,452)

6. F.A. Aliev, N.A. Ismailov, N.S. Mukhtarova, Algorithm to Determine the Optimal Solution of a Boundary Control Problem, Automation and Remote Control, 2015, Vol. 76, No. 4, pp. 627–633 (Impact Factor-0.266)

7. F.A. Aliev, N.A. Aliev, K.G. Hasanov , A.P. Guliev, A.K. Turarov , G.V. Isaeva.  Numerical-analytical method for solving of the first order partial quasi-linear equations TWMS J. Pure Appl. Math. V.6, N.2, 2015, pp.158-164  (Thomson Reuter Emerging Sources Citation Index )Icraçılar: Tətbiqi Riyaziyyat ETİ, akademik F.Ə.Əliyev, f.-r.e.d. Y.S. Gasımov, t.e.d. M.M Mütəllimov., f.-r.e.n. N.A.İsmayılov, f.-r.e.n. N.İ.Vəliyeva

Fizika fakültəsinin Elmi Şurasının

iclasında təsdiq olunmuşdur (20.X.2015, 5 saylı protokol )

1. İQ diapazonlu kristallarda, nanokompozitli təbəqələrdə və periodik quruluşlarda optik dalğaların qeyri –xətti qarşılıqlı təsiri

Yeni qeyri –xətti kristallar Hg1-x CdxGa2S4 spektrin İQ diapazonunda lazer şüalanmasının tezliyinin daha effektiv parametrik çeviricilərinin hazırlanması məqsədi ilə müvəffəqiyyətlə istifadə olunur. Civə tioqallatı kristallarının seçilməsi, parametrik generasiyanın texnoloji cəhətdən inkişaf etmiş Nd:YAG lazerlərinin doldurma mənbəyi kimi istifadə olunması ilə təcrübi reallaşması imkanları ilə bağlıdır. Qeyri –kritik bucaq faza sinxronizminə yaxın rejimin reallaşdırılması üçün şərtlər müəyyən olunmuşdur. İQ diapazonda etibarlı effektivli parametrik generatorların işlənib hazırlanmasına dair məsləhətlər verilmişdir. Siqnal dalğasının parametrik generasiyası zamanı Hg0.7Cd0.3Ga2S4 kristalları üçün ikinci tərtib bucaq dispersiya əmsalının qiyməti hesablanmışdır. Geniş istifadə olunan ZnO/PMMA nanokompozitlərdə ZnO nanohissəciklərinin ölçü və konsentrasiyasının nanokompozitin kubik qeyri –xəttiliyinə təsiri tədqiq olunmuşdur. Sabit intensivlik yaxınlaşmasında analitik olaraq göstərilmişdir ki, ZnO nanohissəciklərinin konsentrasiyasının artması ilə effektiv kubik qeyri –xəttilik azalır, digər tərəfdən qeyri –xətti qarşılıqlı təsirin uzunluğunun böyük olması səbəbindən nanokristal güclü üçüncü harmonika dalğasını generasiya edir. Bu fakt əvvəllər eksperimentatorlar tərəfindən alınmışdır. Kerri qeyri –xəttiliyinə malik kristalların əsasında yeni effektiv optik çevirici təklif olunmuşdur. Bu cür laylı struktur sındırma əmsalının fəzada modulyasiyasına görə sınaq koherent sahənin yayılmasının idarəolunmasına imkan verir.

Tədqiqatın nəticələri aşağıdakı jurnal və konfrans materiallarında çap etdirilmişdir:

1. R.J.Kasumova, Sh.A.Shamilova, G.A. Safarova, L.S. Gadyieva. Optical parametric oscillation in Hg1-x CdxGa2 S4. International J. of Engineering and Sciences, IJET-IJENS’, 2015, v.15, Issue 02 ISSN: 2077-1185 (Online), 2227-2712 (Print)-impact factor 1.5 “B”.

2. R.J. Kasumova, Sh.A.Shamilova. Phase Effects at Third Harmonic Generation in ZnO/PMMA nanocomposite films. International Journal of Engineering and Technology IJET-IJENS, 2015, v. 15, No.4, p. 10-21.- impact factor 1.5 “B”.

3. Z.Yang, A. Joshi, R.J. Kasumova, Y. Rostovtsev. Manipulation of light propagation in photonic crystal. JOSA B, 2015, v. 32, No. 10, p. 2122-2128.- impact factor 2.3-2.5 “A”.

İcraçılar: Optika və molekulyar fizika kafedrası, prof. R.C.Qasımova (rəhbər), dissertant Ş.A.Şamilova

KİMYA ELMLƏRİ SAHƏSİNDƏ

Kimya fakültəsinin Elmi Şurasının

iclasında təsdiq olunmuşdur (28.X.2015, 9 saylı protokol)

1. Ferrosen sırası alkenlərin sintezi

Katalitik olefinləşmə reaksiyasının yeni sintetik imkanlarının tədqiqinə metalosenlər misalında davam etdirilmiş, ferrosenkarbaldehidin, asetilferrosenin və 1,1-diasetil­fer­ro­se­nin ferrosen sırası alkenlərin halogen, flüor, eləcə də funksional əvəzli uyğun törəmələrinin bu üsulla ilk dəfə olaraq əlverişli sintez üsulu işlənib hazırlanmış,  reaksiyaların stereokimyəvi xüsusiyyətləri RQA, NMR metodlarının köməyi ilə öyrənilmiş, ferrosenin yeni törəmələrinin antimikrob xassələri öyrənilmişdir.

Nəticə: Beilstein J.Org.Chem. 2015, 11, 2072-2078 jurnalında çap olunmuşdur (İmpakt Faktor 2.8)

İcraçılar: Üzvi kimya kafedrası, akad.A.M.Məhərrəmov, dos.N.Q.Şı­xə­liyev, N.E.Əhmədova, N.V.Qurbanova

2. Misin mürəkkəb obyektlərdə təyini üçün yüksək analitik parametrlərə malik fotometrik metodikaların işlənməsi

Çətin sintez olunan üzvi birləşmələrin sintezdə templant sintez metodukasından istifadə edilir. Bu metodikadan istifadə etməklə biz yeni  4-(2,4-bis((2-aminoetil)-imino)-pentan-3-il)-diazenil)-benzoy turşusu sintez edilmişdir. Reagentin mislə əmələ gətirdiyi kompleks birləşmənin kristallik quruluşu öyrənilmişdir, fotometrik metod vasitəsilə mislə əmələ gətirdiyi kompleks birləşmənin spektrofotometrik xarakteristikaları müəyyən edilmiş və misin təyini üçün yüksək seçişiliyə malik fotometrik analiz üsulu işlənmişdir. İşlənmiş metodika öz seçiciliyinə görə ədəbiyyatdan məlum olan metodikalardan üstündür. Bu metodika ərintilərdə misin təyini üçün tətbiq olunmuşdur.

Nəticə: 1. Hacıyeva S.R., Həsənova M.B., Bəhmənova F.N., Həmidov S.Z., Mirzai C.İ., Çıraqov F.M. Asetilaseton əsasinda yeni polidentant reagentlərin metallarla əmələ gətirdiyi kompleks birləşmənin tədqiqi // Müasir biologiya və kimyanın aktual problemləri elmi-praktik konfrans, 5-6 may 2015, II hissə, səh.88-89.

2. Алиева Р.А., Мамедова Ф.О., Бахманова Ф.Н., Алиева Ф.С., Чырагов Ф.М. “пектрофотометрическое определение меди бис(3-фенилазо-пентадион-2,4)-этилен диимином в присутствии и отсутствии аминов // Azxim-2015, № 3 – çapa qəbul olunub

3. Р.А.Алиева, Ф.О.Мамедова, Ф.С.Алиева, Ф.Н.Бахмановa, Ф.М.Чырагов. Определение микроколичеств меди(II) в пирите // Analitika i kontrol – çapa qəbul olunub

İcraçılar: “Analitik kimya” kafedrası, akad. R.Ə.Əliyeva, k.e.d., prof.F.M.Çıraqov

YER ELMLƏRİ GEOLOGİYA ELMLƏRİ SAHƏSİNDƏ

Geologiya fakültəsinin Elmi Şurasının

iclasında təsdiq olunmuşdur  (19.X.2015, 2 saylı protokol)

1. Gədəbəy filiz rayonun metosomatitlərində vezuvianın kristallokimyası

İlk dəfə qarışıq quruluşların kristallokimyəvitəbiəti  aşkarlanmış və  onun quruluş xüsusiyytlərini aydınlaşdırmaq üçün vezuvianın (Gədəbəyfiliz rayonu, metosomatitləri) quruluşu və kristallokimyası öyrənilmiş, mineralın qarışıq quruluşunun kristallokimyəvi formulu dəqiqləşdirilmişdir - Ca32(SiO4)16xAl(Al,Mg,Fe)16(Si2O7)8(OH)16xCa4(SiO4)2xCa2(Fe,Mg)2O4. İlk dəfə quruluşda iri kationlu ortosilikatlar və kiçik kationlu diortosilikatlar  üçün səciyyəvi olan quruluş vahidləri ayrılmış və ona əsaslanaraq  mineralın quruluşunun əmələ gəlmə mexanizmivə metallik kationların izomorf əvəzləmə yaratması kristallokimyəvi  əsaslandırılmışdır.

Nəticə:

1. European Science and Technology. Materials of the Xİnternational Research and Practice Conference. Vol.1. may 28-29, 2015, Munich, Germany. рp.257-260

2. Естественные и технические науки. №2(70), 2014, стр.102-112

İcraçılar: Kristalloqrafiya, mineralogiya və geokimya kafedrası, prof.M.İ.Çıraqov, dos.A.F.Şirinova və dos.K.Q.Rəhimov

HUMANİTAR ELMLƏR

Filologiya fakültəsinin Elmi Şurasının

iclasında təsdiq olunmuşdur  (20.X.2015, 2 saylı protokol)

2. «Azərbaycandakı rus şivələrinin leksik sistemi», Bakı, «Avropa» nəşriyyatı, 2015, 178 səh.

«Azərbaycandakı rus şivələrinin leksik sistemi» adlı monoqrafiyasında Azərbaycandakı rus şivələrinin leksik tematik qrupları göstərilmişdir. Elmi işdə Azərbaycanda rus şivələrinin leksikası 35 tematik qruplara bölünür. Eyni zamanda monoqrafiyada 360 fonetik, 879 leksik, 228 sözdüzəldici və 38 morfoloji dialektizmlər təhlil olunur. Bu şivələrin bir hissəsini Azərbaycan dilindən götürülən sözlər təşkil edir. Müəllif  bu sözləri müəyyənləşdirir və 34 leksik-semantik qruplara bölür. Aparılan linqvistik tədqiqatda 392 söz  ilk dəfə təhlil edilir. Kitabda başqa ekspressiv və emosional elementlər (338 söz), 400-ə yaxın qədim sözlər – qədim slavyan, qədim rus, qədim rus formaları tədqiq edilir. Eyni zamanda rus şivələrinin paremioloji fonduna da diqqət yetirilir. Beləliklə, kitabda 2000-dən çox Azərbaycanda rus şivələrinin leksik vahidləri təhlil olunur. Bu kitab dialektoloqlara,  rus dilinin tarixi ilə məşqul olan ixtisasçılarına, universitetin filologiya fakültəsinin müəllim, doktorant və tələbələrinə aiddir.

İcraçı:  Rus dilçiliyi kafedrası, f.ü.f.d. dos. E.A.Heydərova

İCTİMAİ ELMLƏR

Tarix fakültəsinin Elmi Şurasının

iclasında təsdiq olunmuşdur (05.11.2015,2 saylı protokol)

1. Azərbaycan və Avropa” (“Azerbaigian e Europa”). Roma, 2015 (italyan dilində), 272 s.

Monoqrafiya Azərbaycanın Avropa ölkələri ilə diplomatik və iqtisadi əlaqələrini araşdırır. Başlıca diqqət Ağqoyunlu və Səfəvi dövlətlərinin Venesiya, Habsburqlar imperiyası, Portuqaliya kimi dövlətləri ilə antiosman cəbhəsinə qatılmaq cəhdləri, Osmanlı-Ağqoyunlu və Osmanlı-Səfəvi münaqişələrinə yönəldilmişdir.Monoqrafiyada həmçinin XV-XVI əsr Azərbaycan dövlətlərinin diplomatiya ənənələri də araşdırılır. Kitab italyan dilindədir.

İcraçı: Qədim dünya və orta əsrlər tarixi kafedrası, AMEA-nın müxbir üzvü, profes.Y.M.Mahmudov

2. “Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu”, Bakı, 2015, “Avropa” nəşriyyatı, 21ç,v

Tədqiqat işi Azərbaycanın orta əsrlər dövrünün  çox az öyrənilmiş və aktual problemlərindən birinə həsr olunmuşdur. Tədqiqat işində ilk dəfədir ki,  Azərbaycan Səfəvi dövlətinin quruluşu, dövlətin etnik mənsubiyyəti, əsgəri təşkilatı, dini təsisatları, idarə sistemində Türk Qizilbaş əyanlarının yeri və rolu ilkin qaynaqlar və rəsmi sənədlər əsasında  araşdırılmışdır. Tarixşünaslığımızda İ Şah Abbasın islahatları nəticəsində Azərbaycan Səfəvi dövlətinin İran dövlətinə çevrilməsilə bağlı mövcud olan əsassız iddaların əksinə olaraq ilk dəfədir ki, türk qızılbaş əyyanlarının bütün dövlət strukurlarında və idarəetmə orqanlarıında aparıcı  və üstün mövqe tutması dövrün mötəbər qaynaqları əsasında sübuta yetirilmişdir.Əsas elmi nəticə bundan ibarətdir ki, Səfəvi dövləti mövcud olduğu 240 ilə yaxın bir müddətdə öz etnik mahiyyətini qətiyyən dəyişdirməyərək və  bir türk-Azərbaycan dövləti olaraq qalmışdır.

İcraçı: Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası, t.e.d.,  prof.Z.Bayramov

4.   “Fustat vs Bağdad”, Monoqrafiya, Bakı, 2015, “Adiloğlu” nəş., 354 səh.

Ərəb dövləti kimi meydana gələn Xilafətin Abbasilərin hakimiyyəti illərində bütün müsəlmanların dövlətinə çevrilməsi və müsəlman imperiyası statusu qazanmasından sonra onun tərkibindəki ölkələr və xalqların həyatında baş verən güclü və köklü dəyişikliklər prosesinin başlıca cəhətləri Misirin timsalında  araşdırılmış və belə qənaətə gəlinmişdir ki, bu ölkənin həmin dövr tarixi üçün iki önəmli ənənə: birincisi birgəolma və ikincisi qarşıdurma xarakterdir.  İstər ümumxilafət, istərsə də Misir hüdudları daxilində cərəyan edən hadisələr onların arasındakı müvazinətin ikincinin xeyrinə dəyişməsinə gətirmiş və sonuçda Misir birdəfəlik olaraq Abbasilər Xilafəti hakimiyyətindən  ayrılmış, müstəqil tarixi inkişaf yoluna qədəm qoymuşdur.

İçraçı:  Asiya və Afrika ölkələri tarixi kafedrası, prof.R.İ.İsmayılov

5. “Misirdə kənd və şəhər (Abbasilər dönəmi)”, Monoqrafiya, Bakı, 2015, “Elm və təhsil” nəş., 370 səh.

Abbasilər dönəmi Misirdə mövcud olan aqrar münasibətlər, şəhərlər, sənətkarlıq və ticarət, eləcə də sosial durum, bu sahədəki ziddiyyətlər və qarşıdurmaların ümumi və xüsusi cəhətləri araşdırılmış, ölkənin inkişaf istiqamətlərini müəyyənləşdirən  daxili və xarici amillərin rolu və yeri təhlil olunmuşdur.

İçraçı:  Asiya və Afrika ölkələri tarixi kafedrası, prof.R.İ.İsmayılov

6. XX yüzildə ermənilərin Azərbaycanda türk soyqırımı (1918-1992), Almaniya, 2015, 67 səh.

Kitabda ermənilərin Güney və Quzey Azərbaycanda türk müsəlman əhalisinə qarşı törətdiyi qırğınlar, onların səbəbləri, həyata keçirilmə üsulları və nəticələri, 1918-20-ci illərdə Azərbaycan-Ermənistan münasibətlər və onu təsir edən amillər, 1948-53-cü illərdə Azərbaycanlıların Ermənistandan zorakılıqla qovulması, deportasiyası, həmçinin Xocalı soyqırımının səbəbləri, həyata keçirilmə üsulları arxiv sənədləri əsasında obyektiv formada geniş təhlil edilmişdir. Gəlinən nəticəbundan ibarət olmuşdur ki,  qırğınların ilhamvericisi, təşkilatçısı Rusiya, icraçısı isə ermənilər olmuşdur. Məqsəd Azərbaycanın müstəqilliyinə mane olmaq, onu yenidən Rusiyanın adi bir vilayətinə çevirməkdən ibarət olmuşdur. Bundan başqa kitabda erməni işğalının sosial-iqtisadi nəticələri, bu işğalın əhalinin sosio-psixoloji durumuna təsiri, BMT-nin Qarabağ problemi ilə bağlı qəbul etdiyi qərarlar işıqlandırılmışdır.

Kitabın İngiltərənin Yorkşir şəhərində geniş müzakirəsi keçirilmiş və oktyabrın əvvəllərində Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq kitab sərgisində nümayiş etdirilmişdir.

İcraçı : Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası, dosent

Boran Əziz

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin

Elmi Şurasının iclasında təsdiq olunmuşdur

(30.10.2015, 3 saylı  protokol)

9. Qloballaşan dünyada milli dövlət. Dərs vəsaiti. Bakı, 2015, “Elm və təhsil” nəş., 228 səh.

Kitabda qloballaşma proseslərinin ümumplanet miqyası aldığı müasir dövrdə bu anlayışın məzmunu və mahiyyəti, inkişaf dialektikası, antiqlobalizm hərəkatının yaranması və mahiyyəti,  milli dövlətin qloballaşma şəraitində inkişafı və perspektivləri, bu proseslərin genişlənməsini əngəlləyən və şərtləndirən amillər, qloballaşma proseslərinin bəşəriyyətə gətirdiyi mənfiliklər, habelə Azərbaycan Respublikasının qloballaşma prosesində iştirakı kontekstində milli dövlətin qloballaşma şəraitində inkişafının səciyyəvi xüsusiyyətlərinə aydınlıq gətirilir. Dərs vəsaiti Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr və bu problemlə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

İcraçılar: Beynəlxalq münasibətlər kafedrası, t.e.d., prof.A.N.Abbasbəyli və s.e.ü.f.d.,dos.N.S.Məmməd-zadə

Sosial elmlər və psixologiya fakültəsinin Elmi Şurasının

iclasında təsdiq olunmuşdur (1.X.2015, 1 saylı protokol)

11. “Müasir mərhələdə təhsil-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi yolları

Tədqiqat işində müasir pedaqoji texnologiyaların təlim-tərbiyə keyfiyyətinin yüksəldilməsindəki rolu müəyyənləşdirilmiş, ali məktəbdə bu texnologiyaların səmərəli nəticələri ümumiləşdirilmiş, qalıq biliklərin mənimsədilməsi sistemi hazırlanmışdır. Keçirilmiş sosioloji sorğu və psixoloji testlər əsaslnda ümumi qənaətlər çıxaqılıb. Bu da ali məktəbdə təhsil alan tələbələrin müasir texnologiyalarla işləmək qabiliyyətinin formalaşmasına, təhsilini başa vurmuş gənclərin qazandıqları biliklərin uzun müddət yadda qalmalarına əsaslı təsir göstərmiş olacaqdır.

Nəticə: The role of the “teacher–student” relations in the formation of “residual” knowledge // Indian Journal of Fundamental and Applied Life Sciences ISSN: 2231– 6345 (Online) An Open Access, Online International Journal Available at www.cibtech.org/sp.ed/jls/2015/03/jls.htm 2015 Vol. 5 (S3), pp. 911-918/Abbasova et al.

İcraçılar: Pedaqogika kafedrası, prof. H.Ə.Əlizadə, dos. R.M.Mahmudova, Sosiologiya kafedrası,  prof. Q.Y.Abbasova

13. Müasir idrakın fəlsəfi əsasları (“Müqəddəs od və yaxud fəlsəfənin fəlsəfəsi”. Kitab (azərbaycan dilində). Bakı, “AzAtaM”, “Elm və təhsil”, 2015, 544 səh.

Tədqiqat fəlsəfə, onun təbiət və mahiyyəti, cəmiyyət və insan həyatında rolu, elmi və metodoloji funksiyası və s. kimi metafəlsəfi problemlərin analizinə həsr edilmişdir. Lakin fəlsəfə öz epoxası ilə eyni olduğuna görə onun təbiət və mahiyyətinə, müasir dünyada mövqeyinə aktual ümumbəşəri problemlərdən kənarda baxıla bilməz. Ona görə də kitabda müasir ekzistensional böhran və ondan çıxış yollarının nəzəri məsələləri araşdırılır, göstərilir ki, müasir ruhun böhranı əslində fəlsəfəyə nihilist münasibətin nəticəsidir. Bu hesabadır ki, bəşəriyyət ya üzünü fəlsəfəyə çevirərək təfəkkürünü fəlsəfiləşdirməli, ya da total fəlakətin qarşısıalınmaz olacaqdır. Tədqiqatda bu məsələ ilə əlaqədar olaraq Qərbin intellektuallarının ideya və mülahizələri nəzərdən keçirilir. Kitab filosoflar, sosioloqlar, psixoloqlar və başqa maraqlananlar üçün nəzərdə tutulmuşdur.

İcraçı: Fəlsəfə kafedrası,  f.ü.f.d., prof. F.Q.İsmayılov

AQRAR ELMLƏR

Ekologiya və torpaqşünaslıq fakültəsinin Elmi Şurasının iclasında

təsdiq olunmuşdur (28.10.2015-ci il tarixli 02 protokol)

1. Torpaqların biomüxtəlifliyi, genezisi, ekoloji qiymətləndirilməsi, münbitliyin bərpası, mühafizəsi və səmərəli istifadəsi

Mövzu: Böyük Qafqazın  torpaq-landşaft komplekslərinin ekoloji qiymətləndirilməsi və monitorinqi

1.Böyük Qafqazın şimal-şərq hissəsinin meşə ekosistemlərində aparılan tədqiqatlar nəticəsində torpaq-landşaft komplekslərində təbii və antropogen amillərin təsirindən baş verən dəyişikliklər müəyyənləşdirilmişdir.  Belə ki, burada 40-50 il bundan əvvəl meşələrin yuxarı sərhədi d.s. 2500-2700 m yüksəklikdə olmuşdursa, hazırda bu 1800-2000 m təşkil edir. Meşələrin qırıldığı ərazilərdə bozqırlaşma nəticəsində qəhvəyi torpaqların mühit reaksiyası zəif turşuluq və neytraldan zəif qələviliyə doğru (pH 7,1-7,6) dəyişmiş, humusun miqdarı 4,5-10,4 %-dən 2,2-5,8 %-ə qədər azalmışdır. Bununla əlaqədar olaraq həmin ərazilərdə meşəsalma və bərpaetmə tədbirlərinin aparılması tövsiyə edilmişdir.

Nəticə: 1. G.Sh.Mammadov. Aggravation of the global ecobal ecologic problems and their manifestation in Azerbaijan // Международная научная конференция на тему «Роль почв в биосфере и жизни человека», Москва, 2015, с. 79-81.

2. Məmmədov Q.Ş., Şabanov C.Ə., Mustafayeva Z.R., Xolina T.A. Böyük Qafqazın bəzi bölgələrinin yay otlaq torpaqlarının münbitlik parametrlərinin antropogen amillərin təsirindən dəyişilməsi // “Torpaqşünaslıq və aqrokimya”, № 1-2, cild 22, 2015, c.45-48.

3.Шабанов Дж.А., Мустафаева З.Р., Холина Т.А. Почвенно-ландшафтные изменения горно-лесной зоны северо-восточного склона Большого Кавказа// «Евразийский союз ученых»,  № 4 (13), 2015, с.44-45.

İcraçılar: Torpaqşünaslıq kafedrası, akademik Q.Ş.Məmmədov, dos.C.Ə.Şabanov, dos.Z.R.Mustafa­yeva, b.ü.f.d. T.A.Xolina.

2. Böyük Qafqazın şimal-şərq hissəsində yerləşən Şahdağ Milli Parkı nəinki Azərbaycanda, hətta Cənubi Qafqazda ən böyük əraziyə malikdir və bu milli park ölkənin ən əhəmiyyətli dağ və meşə landşaftını özündə birləşdirir. Tədqiqatlar nəticəsində müəyyən  olunmuşdur ki,  Şahdağ  Milli  Parkının ərazisi  ilkin  olaraq

130508,1 hektar təşkil edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir. Ərazidə dağ-çəmən, dağ-meşə-qonur, dağ-meşə-qəhvəyi və dağ qaratorpaqların yayıldığı aşkar edilmişdir.

Nəticə: 1.Ахмедова Г.М. Экологическая характеристика некоторых почв Шахдагского национального парка //“Torpaqşünaslıq və aqrokimya”, № 1-2, cild 22, 2015, c.103-107.

2. Əhmədova G.M. Şahdağ Milli Parkının torpaq-ekoloji şəraitinin səciyyəsi. Ümummilli lider Heydər Əliyevin  anadan olmasının 92 illik yubileyinə həsr olunmuş “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” mövzusunda IV Respublika elmi konfrasının materialları. Bakı, 2015, s.187.

İcraçılar: Torpaqşünaslıq kafedrası, akademik Q.Ş.Məmmədov, b.ü.f.d G.M.Əhmədova

Bookmark and Share