Search

Axtarış

Birinci Respublika Əqli Mülkiyyə və İnnovasiya Sərgisi

Azərbaycan Respublikası Milli Elmlər Akademiyası,  AR İqtisadiyyat və Sənaye Nazirliyi, AR Müəllif Hüquqları Agentliyi, AR Standartlaşma, Metrologiya və Patent Komitəsi tərəfindən təşkil edilmiş I-ci Respublika Əqli Mülkiyyə və İnnovasiya Sərgisində (24-25 dekabr  2014-cü il)  BDU əməkdaşlarının elmi nailiyyətləri nümayiş etdirilmişdir:
1. 6 fakültənin elmi fəaliyyətini əks etdirən,  2009-2014-cü illərdə nəşr olunan monoqrafiya və kitablar (7 stend);
2. 3 monitorda  son illərin innovativ elmi  araşdırmalarını  əks etdirən video-çərxlər ;
3. Fizika fakültəsi “Nanomaterialların kimyavi fizikası” kafedrası və NANO ETM  tərəfindən  2 nümayiş f.ü.f.d. Z.Ə.Ağamaliyevin rəhbərliyi ilə təqdim olunmuşdur;
4. Kimya fakültəsinin əməkdaşları, “Üzvi kimya” kafedrasının dosenti N.Q.Şıxaliyev və “Zərif üzvi sintez” ETL-in ap.e.iş.A.V.Qurbanovun rəhbərliyi ilə 2 nümayiş;
5. Biologiya fakültəsi   “Biotexnologiya”  ETL–in əməkdaşları tərəfindən iki innovativ elmi iş (ap.e.iş,  b.e.n. N.S. Səfərov; ap.e.iş b.e.n. R. İ. Agalarov) nümayiş etdirilmişdir;
6. Geologfiya fakültəsi  Daşkəsən yatağından tüstülü kvarts nümayişə təqdim etmişdir.
7. Coğrafiya fakültəsi su ehtiyatlarının tədqiqi mövzusunda stend.

Ekspozisiya böyük marağa səbəb olub.

Bookmark and Share