Search

Axtarış

RESPUBLİKA SƏVİYYƏLİ KONFRANSLAR

2017-ci ildə Bakı Dövlət Universitetində keçiriləcək elmi konfranslar, konqreslər, simpoziumlar haqqında

M Ə L U M A T

Sıra sayı

Konfransın mövzusu /əsaslandırılma/.

 

Statusu

Keçirilmə tarixi

Təşkilatçı

 

1.

 

 

 

 

Mövzu: 1917-ci il fevral inqilabının 100 illiyi münasibətilə  elmi praktik konfrans

Əsaslandırma: Bakı Dövlət Universitetində 2017-ci il fevralın ayının 20-si 1917-ci il fevral inqilabının 100 illiyi münasibətilə Respublika Elmi-praktik Konfransında «Tarix elminin aktual problemləri» mövzusu müzakirə olunacaq.

Respublika

20 fevral 2017

BDU, Tarix fakültəsi

 

2.

Mövzu: “Azərbaycanın təbii sərvətləri və onlardan səmərəli istifadə problemləri”

Əsaslandırma: Azərbaycanın təbii sərvətlərinin səmərəli istifadəsi əsasən təbii sərvətlərdən olan su ehtiyatlarında istifadə və onun yaratdığı problemlər araşdırılır. Bu problemləri “Şollar-Bakı Su Qurğular Kompleksinin” 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikasının təbii sərvətlərinin dünya miqyasında geniş tətbiq tapmış proqram təminatları və innovativ texnologiyalar əsasında tədqiqi, qiymətləndirilməsi və səmərəli istifadə ediməsi məsələlərindən ibarətdir. Tədqiqatçilar təbii sərvətlərdən səmərəli istifadə edilməsi istiqamətində tədqiqatlar aparmağı qarşılarına məqsəd qoymuşlar.

Respublika

14 aprel 2017

BDU,

Coğrafiya fakültəsi

 

3.

Mövzu: “Sosial elmlər və psixologiya fakültəsi: 25 il – uğurlar, problemlər, perspektivlər”

Əsaslandırma: Sosial elmlər və psixologiya fakültəsində keçirilən konfrans fakültənin son 25 ildə keçdiyi yolun uğurlarına və nailiyyətlərinə, qarşımızda duran gələcək işlərinə həsr olunmuşdur. Iştirakçıların elmi maraqları dairəsi olduqca geniş və çoxşaxəlidir. İnanırıq ki, gələn ilin konfransında sosial həyat sahələrində insanlarının yaradıcı potensialının psixoloji, social-mədəni, iqtisadi və siyasi tərəflərinin keçiriləcək təhlili olduqca maraqlı və faydalı olacaqdır. Respublikanın bir çox elm və təhsil strukturlarının nümayəndələri bu konfransda fəal şəkildə iştirak etməyə hazırdırlar.

Respublika

17 aprel 2017

 

BDU

Sosial elmlər və psixologi

ya fakül-

təsi:

 

4.

Mövzu: «Tarix elminin aktual problemləri» 1917-ci il Qafqaz müsəlmanlarının və Ümumrusiya müsəlmanlarının qurultayının 100 illiyi  münasibətilə  elmi praktik konfrans

Əsaslandırma: Bakı Dövlət Universitetində 2017-ci il aprel ayının 17-si 1917-ci il Qafqaz müsəlmanlarının və Ümumrusiya müsəlmanlarının qurultayının 100 illiyi  münasibətilə Respublika Elmi-praktik Konfransında «Tarix elminin aktual problemləri» mövzusu müzakirə olunacaq.

 

Respublika

17 aprel 2017.

BDU, Tarix fak.

 

5.

Мювзу: “Geologiyanın aktual problemləri”

Əsасландырма: Fakültənin  professor-müəllim heyətinin əldə etdikləri elmi nəticələrin müzakirə edilməsi, Gənc tədqiqatçıları, magistrant və tələbələri son illərdə Geologiya sahəsində əldə olunmuş elmi yeniliklərlə tanış etmək, tələbələrin elmə olan marağını daha da artırmaq

Respublika

26 aprel

2017-ci il

BDU, Geologiya fakültəsi

 

6.

Mövzu: Ümummilli Lider Heydər Əlyevin anadan olmasının 94-cü ildönümü-nə həsr olunmuş “Kimyanın aktual problemləri” XI Respublika elmi konfransı

Əsaslandırma: Kimya sənayesinin sürətlə inkişafı bu sahəyə marağın artmasına səbəb olur. Yüksək standartlara malik laboratoriyaların olması və bu sahədə aparılan elmi tədqiqat işlərinin alınmış nəticələrinin müzakirəsinə ehtiyac duyulur. Bu nöqteyi nəzərindən ənənəvi “Kimyanın aktual problemləri” konfransının keçrilməsi məqsədəuyğundur.

Respublika

4-5 May 2017

BDU Kimya fakultəsi

 

7.

Mövzu: Ümummilli Lider H.Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” VI Respublika elmi konfransı

Əsaslandırma: Əhalinin sayının, nəqliyyat vasitələrinin, sənaye müəssisələrinin sayının günbəgün artması ətraf mühitə antropogen təzyiqin artmasına səbəb olur. Antropogen mənşəli çirkləndiricilər torpağı, suyu və havanı  və ümumilikdə biosfer komponentlərini çirkləndirərək canlılara mənfi təsir göstərir. Buna görə də ekologiya və torpaqşünaslıq elmlərinin nəzəri və təcrübi aktual problemlərinin öyrənilməsi aktual məsələdir.

Respublika

4-5 may 2017

BDU, Ekologiya və torpaq-

şünaslıq fakültəsi

 

8.

Mövzu: “Qlobal iqtisadi şəraitdə Azərbaycanın coğrafi mövqeyinin qiymətləndirilməsi”

Əsaslandırma: Müasir dünyada iqtisadiyyat və ticarətin inkişafının mobil amilinə çevrilmiş qlobal inteqrasiyada Azərbaycanın fiziki, iqtisadi və social coğrafi mövqeylərinin potensialları və onlardan istifadə edilməsində öz örbitinə daxil edəcəkdir.  Qlobal inteqrasiyanın təsiri altında yaranmış yeni əlverişli şərait ölkənin coğrafi mövqeyinin müxtəlif istiqamətlərdə kompleks elmi-tədqiqatların, kartoqrafik işlərin aparılmasını gündəmə gətirir. Azərbaycanın coğrafi mövqeyinin dünya  coğrafiya elmi sahəsində aparılan tədqiqatlara inteqrasiya etmişdir.   Belə tədqiqatlar beynəlxalq  təcrübədən və innovasiyalardan istifadə etməklə yerinə yetirilir və bu  mövzunun aktual olduğunu göstərir.

Respublika

5 may 2017

BDU Coğrafiya fakültəsi

 

9.

Mövzu: “Müasir dövrdə kitab­xana in­for­­maisya fəaliy­yətinin aktual problemləri”

Əsaslandırma: Hazırda Res­pub­lika kitabxanalarında kitab­­xana-informasiya texno­logiya­larının tətbiqi xüsusi əhəmiy­yət kəsb edir. Belə ki, kitabxana-in­for­­masiya texnologiyalarının tə­crübəyə tətbiqi informasiya ax­tarışını, verilməsini opera­tiv­ləş­dirir. Konfransın keçiril­mə­sin­­də əsas məqsəd bu təcrübi pro­­sesin nəzəri müddəalarla zən­gin­ləş­dirilməsindən ibarətdir.

Respublika

5 may 2017

BDU,

Kitabxa-

naçılıq və informa-

tika fakül-

təsi

 

10.

Mövzu: “Siyasi-iqtisadi sabitlik və ölkənin inkişaf perspektivləri”

Əsaslandırılma: Məlumdur ki, həm siyasi həm də iqtisadi sferadakı sabitlik ölkənin inkişafına zəmin formalaşdırır. Bu baxımdan yaranmış sabitliyin ölkənin inkişafına hansı üfüqləri açacağı sualının cavabı elmi araşdırmaların obyektidir və bu mövzuda konfransın keçirilməsi məqsədəuyğundur.

Respublika

10-11 may 2017

BDU Beynəl-

xalq müna

sibətlər və iqtisadiy

yat fakül-

təsi

 

11.

Mövzu: İqtidar və müxalifət yönlü KİV-in müstəqil xarakterli KİV-ə transformasiya prosesi: mövcud vəziyyət və perspektivlər

Əsaslandırma: Respublikada KİV arasında müxalifət və iqtidar yönlülüyün qərəzzis, təmmanasız müstəqil xarakterli KİV-ə transformasiya prosesini araşdırmaqç nəticələr əldə etmək

Respublika

16 may 2017

BDU Jurnalisti

ka fakül-

təsi

 

12.

Mövzu: Magistr, doktorant və gənc elmi tədqiqatçıların “Riyaziyyatın tətbiqi problemləri” Elmi konfransı

Əsaslandırılma: Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 2017 – ci ilin may ayının 17-də Magistr, doktorant və gənc elmi tədqiqatçıların “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika Elmi konfransını keçirməkdə məqsəd  gənc tədqiqatçıların, o cümlədən magistrant və doktorantların Riyaziyyatın tətbiqi sahələrində,  informasiya texnologiyaları və  iqtisadi tədqiqatlar səhəsində əldə etdikləri elmi nəticələri dinləmək və konfransın materiallarında çap etdirməkdir.

Respublika

17 may, 2017

BDU, Tətbiqi ri-

yaziyyat və Kiber-

netika

fakültəsi

 

13.

Mövzu: Azərbaycan filologiyasının aktual pöroblemləri Əsaslandırma: Filologiya sahəsində aparılan elmi-tədqiqat işlərin keyfiyyətini daha da  yüksəltmək, əldə olunan elmi nəticələri müzakirə etmək məqsədilə ümumiolli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə  həsr olunmuş «Азярбайъан филолоэийасынын актуал проблемляри» мювзусунда елми-нязяри конфрансын кечирилмяси  нязярдя тутулур

Respublika

 

17-18 May 2017

BDU Filologiya fakültəsi

 

14.

Mövzu:“Riyaziyyat və mexanikanın aktual problemləri” adlı elmi konfrans

Əsaslandırma: Respublikada keçirilən konfranslar və simpoziumlar riyaziyyat  və mexanika sahəsində aparılan elmi-tədqiqat işlərinin məqsədəuyğun istiqamətlərə yönəldilməsi, elmi tədqiqatçıların, doktorantların, magistrantların və tələbələrin gələcək elmi-tədqiqat işlərinin formalaşmasında mühüm rol oynayır.

Bunları nəzərə alaraq Mexanika-riyaziyyat fakültəsinin dekanlığı elmi tədqiqatçılar, doktorantlar, magistrantlar və tələbələrin 2017-ci ildə “Riyaziyyat və mexanikanın aktual problemləri” adlı növbəti Respublika Elmi konfransının keçirilməsini məqsədəuyğun hesab edir.

Respublika

17-18 may  2017

BDU Mexanika-riyaziyyat fakültəsi

 

15.

Mövzu: “Fiziki-kimyəvi analiz və materialşünaslıq” XI Respublika elmi konfransı

Əsaslandırma: Elmi texnologiyanın inkişafı materialşünaslıq sahəsinə marağın artmasına səbəb olmuşdur. Aparılan elmi tədqiqat işlərinini effektivliyi bu sahədə işlərin müzakirəsinə ehtiyac duyulur. Buna görə də “Fiziki-kimyəvi analiz və materialşünaslıq” mövzusunda elmi praktiki konfransin keçrilməsi məqsədəuyğundur.

Respublika

 

 

 

 

 

 

19-20 Oktyabr

2017

BDU Kimya fakultəsi

 

16.

Mövzu: “Ənənə və müasirlik”

Əsaslandırma: BDU-nun Şərqşünaslıq fakültəsinin 95 illiyinə həsr olunmuş konfransda Şərqşünaslıq sahəsində son illərin elmi nailiyyətlərinin araşdırılması və dünya Şərqşünaslıq elminin perispektiv məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Respublika

 

11 noyabr 2017

BDU Şərqşünas-

lıq fakul-

təsi

 

17.

Mövzu: “Gənc kimyaçı” tələbələrin I elmi konfransı

Əsaslandırma: Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti nəticəsində tələbələrin elmi tədqiqat laboratoryalaında elmi tədqiqat işlərinə cəlb olunması,   “Gənc kimyaçı” tələbələrin I elmi konfransının keçrilməsini zəruri edir.

Respublika

15-16 noyabr 2017

BDU Kimya fakultəsi

 

18.

Mövzu: “Qlobalaşma dövründə insan hüququları və milli hüquq sistemləri”

Əsaslandırılma: 10 dekabr Beynəlxalq İnsan hüquqları Bəyannaməsinin 69-illiyinə həsr olumuş elmi-praktiki konfransda hüquq elminin insan hüququları sahəsində son illərdə əldə etdiyi nailiyyətlərin müzakirəsi və perispektivlərin müəyyənləşdirlməsi nəzərdə tutulur

Respublika

 

 

8 dekabr 2017

BDU,

Hüquq

fakültəsi

 

19.

Mövzu: Kitabxana-informasiya fə­aliy­­yəti və biliklər cəmiy­yəti: in­teq­rasaiya meyilləri və çağ­rışlar

Əsaslandırma: Bəşəriyyət bun­dan sonrakı svilizasiyanı bilik­lər cəmiyyətinin timsalında gö­rür. Müasir kitabxana-infor­ma­si­ya texnologiyalarının kitab­xa­na işinə tətbiqi klassik kitab­xanaların sradan çıxmasına de­yil gələcəkdə nəzərdə tutlan bilik­lər cəmiyyətində kitab­xanaların texnoloji modeli ilə klas­sik modelinin inteq­rasiya­sına şərait yaradılır.

Respublika

 

20  dekabr 2017

BDU,

Kitabxanaçılıq və informati

ka fakül-

təsi

 

20.

Mövzu: “Dünya azərbaycanlıları: tarix və müasirlik”

Əsaslandırılma: Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə keçiriləcək konfransda  dünya azərbaycanlılarının həmrəyliyinin tarixi və müasir vəziyyəti müqaisə və müzakirə olunacaqdır.

Respublika

 

21-22 dekabr 2017

BDU, Tarix fak.

 

 

Bookmark and Share