2017-ci ildə Bakı Dövlət Universitetində keçiriləcək elmi konfranslar, konqreslər, simpoziumlar haqqında
M Ə L U M A T
Sıra sayı |
Konfransın mövzusu /əsaslandırılma/.
|
Statusu |
Keçirilmə tarixi |
Təşkilatçı |
I. B E Y N Ə L X A L Q S Ə V İ Y Y Ə L İ K O N F R A N S L A R |
||||
1. |
Mövzu: “Müasir medianın yaradığılıq prinsiplərini milli mətbuata tətbiqi yolları” Əsaslandırma: Beynəlxaq aləmdə müasir medianın yaradığılıq prinsipləri milli mətbuata necə tətbiq olunması təcrübəsi ilə yaxından tanış olmaq |
Beynəlxalq |
24 fevral 2017 |
BDU |
2.
|
Mövzu: Gənc alim və tədqiqatçıların“Müasir Biologiyanın innovasiya problemləri” Əsaslandırılma:Müasir biologiyanın innovasiya problemlərinin, biologiya sahəsindəki son nailiyyətlərin təhsildə və elmi-tədqiqat işlərində tətbiqinin öyrənilməsi məqsədi ilə VII Beynəlxalq konfrans keçirilir. |
Beynəlxalq
|
27-28 Aprel 2017
|
BDU Biologiya fakültəsi
|
3. |
Mövzu: “Hüquq elminin aktual problemləri” Əsaslandırılma: Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda hüquq elminin müxtəlif sahələrinə dair Azərbaycandan və xaricdən olan görkəmli alimlərin məruzələrlə çıxışı və bir neçə istiqamətdə plenar iclasların keçirilməsi nəzərdə tutulub. |
Beynəlxalq
|
5 may 2017 |
BDU Hüquq |
4. |
Mövzu: Akademik Həsən əliyevin 110 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” III Beynəlxalq elmi konfransı Əsaslandırma: Sürətli texnogen fəaliyyət, ətraf mühitə qeyri-planlı yanaşma, idarəsiz elmi-texniki tərəqqi, təbiətə gücləndirilmiş təzyiq, Yer kürəsinin təbii sərvətlərinin nizamsız istifadəsi nəticəsində yaranan qlobal ekoloji problemlər ümumbəşəri krizislərə səbəb olmuşdur. Biosferin mövcudluğuna qlobal təhlükənin çıxış yolu ilk öncə ekoloji bilikləri formalaşdırmaq, insanları yaranan ekoloji problemlərlə tanış etmək və bu məsələlərin həlli yollarını axtarmaq lazımdır. Bu baxımdan ekologiya, təbiət və cəmiyyət problemlərinin araşdırılması mühüm məsələdir. |
Beynəlxalq |
7-8 dekabr 2017 |
BDU |
5. |
Mövzu: “Fizikaya müasir baxış” Əsaslandırma: Beynəlxalq müstəvidə fizik alimlərimizin apardıqları elmi-tədqiqat işlərinin müzakirəsi gələcəkdə Respublikamızda bu sahədə prioritet istiqamətlərə yönəldilməsinə mühüm rol oynayacaqdır. |
Beynəlxalq |
20-22 aprel 2017 |
BDU |
