Search

Axtarış

“Elm Festivalı”

30 oktyabr-5 noyabr  2016-cı il tarixlərində  AMEA-tərəfindən keçirilmiş “Elm Festivalı”nda  təşkil edilmiş sərgilərdə BDU alimləri məruzələrlə çıxış etmiş, ekspozisiyasılarda yeni elmi nəticələrini əyani şəkildə təqdim etmişlər.

“Elm Festivalı”nda BDUəməkdaşlarının 2 məruzəsi dinlənilmiş, 4 stenddə yeni kitablar, 5 videoçərx və 16  nümayiş təqdim edilmişdir.

I. Fizika fakültəsi

1.“Nanoaraşdırmalar” ETM-in  əməkdaşları Hüseynov Kənan Əbdülağa oğlu və Hacıyeva Sərvinaz Faiq q. “Nanohissəciklərin bitkilərə təsiri” mövzusunda nümayiş təqdim etmişlər.

ETM əməkdaşlarının tədqiqat obyekti olan Nanohissəciklər su mühitində çox sürətlə yayılır.  Bu məqsədlə, su bitkisi olan və geniş yayılmış Elodeya bitkisinin yarpaqlarından istifadə etməklə laboratoriyada nanohissəciklərin bitki tərəfindən məmimsənilməsi öyrənilmişdir. Müxtəlif nanohissəciklərin təsirinə məruz qalan Elodeya bitkisi toxumalarında nanohissəciklərin hərəkəti, toxumalar tərəfindən hissəciklərin mənimsənilməsi və s. prosesləri monitorda əks olunurdu və sərgi iştirakçıları bunları canlı olaraq izləyə bilirdilər. Burada AxioCam müşahidə sistemi ilə təchiz olunmuş Optik mikroskopdanda istifadə edilmişdir. Kompyuter ilə əlaqələnən mikroskopda əşya şüşəsinin üzərində yerləşdirilən nümünəni (Eladeya bitkisini) böyük ekranda izləmək mümkün olurdu. “Nano araşdırmalar “ ETM  əməkdaşları tərəfindən sərgi iştirakçılarının sualları cavablandırılırdı və nanohissəciklərin gündəlik həyatımızda tətbiq sahələri, onların yeni texnologiyalarda tətbiqi və rolu izah edilmişdir. Nanotexnologiya elmin ən yeni və perspektivli sahəsi olduğu üçün çox iştirakçının marağına səbəb olurdu.

2. BDU ekspozisiyasında  kompakt “Qamma Spektrometr” cihazı da sərgi iştirakçılarına göstərilmişdir. Qeyd olunmuşdur ki, bu cihaz vasitəsilə radioaktiv  əraziləri fiksə etmək və çirklənmənin vahidini qeyd etmək mümkündür. Həmçinin sərgi iştirakçılarına məlumat verilmişdir ki, Nanoaraşdırmalar laboratoriyasının əməkdaşları tərəfindən mütəmadi olaraq müəyyən çirklənmiş ərazilərdə analizlər aparılır və Azərbaycanın Radioktiv çirklənmə xəritəsi hazırlanır.

II.Kimya fakültəsi

1.Sərgidə ( Kataliz və qeyri-üzvi kimya İnstitutu, lab. müdiri), həmçinin  ekspert  kimi Əbduləziz şəhərinin Elm və Texnologiya Mərkəzindən (Səudiyyə Ərəbistanı) Məhəmməd Suleyman Alfadul daxil olan elmi qrup tərəfindən yerinə yetirilmiş “Müxtəlif tullantı suların  ağır metal, neft və neft məhsullarının təmizlənməsi üçün nanoməsaməli polifunksional polimer adsorbentlər” mövzulu iş təqdim olunmuşdur (layihə  № KACST-BSUAZ/02 Tədqiqatın nəticələri USA patenti ilə (US 9,011, 695 B2- “Maqnit xassəli məsəməli sorbent” müdafiyə olunmuşdur.

Layihə haqqında qısa məlumat:

Neftçıxarma, neft məhsullarının daşınması və saxlanması ilə əlaqədar olaraq müasir texnoloji proseslər su hövzələrinin irimiqyaslı çirklənməsinin əsas səbəbidir. Hal-hazırda polimer materialların sənaye tullantı sularının təmizlənməsi üçün adsorbent kimi tətbiqinə dair tədqiqatlar məlumdur. Tullantı sularının ağır metal və toksiki üzvi birləşmələrdən birgə təmizlənməsi çox vədvericidir. Digər tərəftən, su səthindən nazik neft təbəqələrinin toplanması və kənarlaşdırılması mühüm məsələlərdəndir. Bu nöqtəyi nəzərdən suyun təmizlənməsinin ucuz texnoloji üsullarının işlənib hazırlanması zəruridir. Bu layihədə sənaye polimerləri və polimer tullantıların kimyəvi modifıkasiyası ilə adsorbentlərin alınma üsulu təklif olunur. Alınmış adsorbentlərin tərkibində koordinasiya mərkəzləri və ionmübadilə funksional qrupları vardır. Bu qruplar müxtəlif turşuluqlu tullantı sularının ağır metal, nazik neft təbəqələri və toksiki üzvi birləşmələrin təmizlənməsini təmin edir.

Layıhənin məqsədi sənaye polimerləri və polimer tullantılar əsasında polifunksional sorbentlərin sintezi və onlarla tullantı və sənaye suların müxtəlif turşuluqlu mühitlərdən ağır metal, nazik neft təbəqələri və toksiki üzvi birləşmələrdən təmizlənməsidir.

Sərgidə maqnit sorbenti və onun təmizləşdirici qabiliyyətini “Metalkompleks katalizatorlar” ETL- nın ap.e.i. İ.A.Bünyadzadə və YMB kafedrasının doktorantı S.B.Əliyeva nümayiş etdirilirmişlər.

2.“Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının professoru, k.e.d. Alosmanov Rasim Mirəli o. “II Azərbaycan Elm festivalı” çərçivəsində “Yeni funksional materiallar və ekologiya” mövzusunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  məruzə ilə çıxış etmişdir.

Məruzənin qisa  məzmunu

Hal-hazırda elmi-texniki proqres nisbətən sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur və istifadə olunan materiallara qarşı yeni tələblər irəli sürülür. Ənənəvi materiallar qoyulan tələblərə cavab vermədiyi üçün müasir tipli materiallardan olan funksional materiallar işlənilib hazırlanır.

Elmi-texniki proqresin bəşəriyyət qarşısında yaratdığı digər problem isə ekoloji problemdir. Ekoloji problem - antropogen və təbii fəlakətlər nəticəsində ətraf mühitin rolunun və strukturunun pozulmasına səbəb olan dəyişiklikdir. 1960-70-ci illərdən başlayaraq ətraf mühitin insanların təsirilə dəyişməsi ümumdünya problem olaraq qəbul edilmiş və ekoloji problem qlobal problem kimi alimlər tərəfindən təsdiqlənmişdir. Qlobal ekoloji problemin geniş yayılmış təzahür formalarından biri də ətfar mühitin, o cümlədən su hövzələrinin çirklənməsidir.

Məruzədə BDU-nun Kimya fakültəsində işlənilib hazırlanmış funksional polimer və nanokompozitlərdən istifadə etməklə müxtəlif mənşəli tullantı sularından toksiki üzvi birləşmələrin, ağır metal ionlarının kənarlaşdırılmasının nəticələri şərh olunmuşdur. Bununla yanaşı, tərkibində çox az miqdarda metal olan nümunələrdə metal ionlarının qatılaşdırılaraq təyin olumasında da funksional materialların tətbiq imkanları və qlobal ekoloji problemin həllində rolu göstərilmişdir.

3. “Üzvi kimya” kafedrası, “Zərif üzvi sintez” ETL-nın ap.e.i., dos. Ataş V. Qurbanov və elmi işçi, k.ü.f.d. Günay Z. Məmmədova  festivalda akad. A.M.Məhərrəmovun rəhbərliyi altında aparılmış araşdırmaların nəticələrini 3 formada nümayiş etdirdilər.

3.1. ZEISS Stemi DV4 stereomikroskop vasitəsilə kimyaçılar tərəfindən sintez edilmiş Co(II), Cu(II), Ni(II), Fe(III), Sm(III), Nd(III), Mn(IV) metal komplekslərinin yeni monokristalları nümayiş etdirilmişdir.

  1. 3.2. monitorda, Bruker SMART APEX II   cihazı vasitəsilə tədqiq edilmiş Co(II), Cu(II), Ni(II), Fe(III), Sm(III), Nd(III), Mn(IV) metal kompleksləri monokristallarının  kristallik strukturları və molekularası kontaktlar video-çərxdə göstərilirdi. Materialda təsfir edilən komplekslər üçün yaxşı katalitik xassələr səciyyəvidir. Alınan nəticələr  yüksək impakt faktorlu jurnallarda dərc edilib(Journal of Molecular Catalysis A:  Chemical, Dyes and Pigments, Applied Catalysis A: General и Journal of Organometallic Chemistry).

3.3. İlk dəfə Azərbaycan alımlərinin (akad. A.M.Məhərrəmov və K.T.Mahmudov)  kitabı (“Non-covalent Interactions in the Synthesis and Design of New Compounds” ) məhşur Willey nəşriyyatında  nəşr olunmuşdur. Kitab sərgi iştirakşılarına təqdim edilmişdir. Kitab, hydrogen və halogen, p-p, p-anion və elektrostatik qarşılıqlı təsir,  hidrofob effektlər və Van-der-Vaals qüvvələrin qeyri-kovalent qarşılıqlıı əlaqələrin üzvi və qeyri-üzvi birləşmələrin sintezində və yeni kristalların və funksional materialların dizaynında rolunun tədqiqinə həsr olunmuşdur.

Qeyd edilmişdir ki,  kitab sistematik əsasda yeni birləşmələrin sintezində və dizaynında qeyri-kovalent qarşılıqlı təsirlərin tətbiqindəki son nailiyyətləri vahid şəkildə təqdim etməyə imkan verir. Digər tərəfdən kitab multidistiplinar xarakter daşıyaraq tətbiq üçün geniş imkanlar yaradır.

4.”Qeyri üzvi kimya “kafedrasının professoru, k.e.d. T.M.İlyasovun rəhbərliyi ilə aparılmış “Ni və Cu əsasında korroziya inhibitoru, antimikrob antioksidant  materialları” mövzusunda elmi araşdırmaların nəticələri “Qeyri-üzvi materialşunaslıq”  ETL-nin elmi işçisi Rəhimova Aysel Ruflan q. tərəfindən sərgidə təqdim etdirilmişdir.

Nümayişin qisa  məzmunu

Ekspozisiyada müxtəlif metal kompleksləri nümayiş etdirilmişdir. Ni və Cu əsasında sintez edilən komplekslər müxtəlif  liqandlardan təşkil olunmuşdur. Liqandlar  müxtəlif aromatik amin və aldehidlər əsasında sintez edilmişdir. Metalkomplekslərin quruluşu müxtəlif spektroskopik üsullarla təsdiq edilmişdir. O cümlədən EPR,UB, İDS, EPR cihazlarından istifadə olunaraq alınan birləşmələrin strukturu tam açılmışdır. Müəyyən edilmişdir ki, birləşmələr monodentant, bidentant liqandlı komplekslərdir. Sintez edilən birləşmələrin  müxtəlif funksional xassələri öyrənilmişdir. Təsdiq edilmişdir ki, birləşmələr antimikrob, antioksidant, korroziyaya qarşı xassələr göstərir. Sintez edilən birləşmələr əsasında USA və Avropanın bir çox nüfuzlu jurnallarında məqalələr,  iki patent və SOCARdan tətbiq üçün sənaye AKT-ı əldə edilmişdir.

5. Kimya fakultəsi “Qeyri-üzvi kimya” kafedrasının müdiri, prof. T.M. İlyaslının rəhbərliyi ilə aparılmış “Yeni forohəssas materiallar” mövzulu işlərin nəticələri əyani şəkildə nümayiş etdirilmişdir. BDU ekspozisiyasında nümayişi “Qeyri-üzvi materialşunaslıq”  ETL-nin elmi işçisi Rəhimova Aysel Ruflan q. təqdim edirdi.

As2Se3 birləşməsi əsasında hazırlanmış yeni forohəssas materiallar “Qeyri-üzvi materialşunaslıq”  ETL-ndə sintez edilmişdir. Aşkar edilmişdir ki, As2Se3 , GaS və GaSe maddələri ilə modifikasiya edilmiş maddələr yüksək fotohəssaslığa malikdir. Yeni birləşmələrdən televiziya borularının hazırlanması üçün istifadə edilməsi nəzərdə tutulmuşdur. Laboratoriyada sintez edilmiş maddələr əsasında hazırlanmış cihazlar vidikon tipli televiziya verici borularının maketi şəklində nümayiş etdirilmişdir. Vidikonların qoruyucu təbəqəsi prof.T.M.İlyaslının rəhbərliyi ilə sintez edilmiş  yüksək müqavimətli As2Se3 –dən hazırlanmışdır. Görünən və yaxın infraqırmızı spektr sahəsində işləyəmək qabiliyyətinə malik fotohəss materialların alınma üsulu müəlliflik Şəhadətnaməsi və patent ilə qorunur.

6. Ümumi və qeyri-üzvi kimya” kafedrasının dos. K.e.n. Bağıyeva Məlahət Rüstəm q. tələbələrin iştirakı ilə ( Abdullayeva Gülgün, Əliyeva Aytac, Atamalıyüv Əlimusa)  5 nümayiş təqdim etmişdir%

6.1.Soyuq alov;

6.2.gümüş nano hissəcilkərinin alınması;

6.3.”Faraon ilanı” və “Vulkan” reaksiyaları;

6.4.Parafinin yanması;

6.5. “Yanar dağ”;

6.6. Vanadium valentli duzunun reduksiyası;

6.7. Fe2+ və Fe 3+ ionlarının Berlin abısı və Trunbul abısı səkilində çökdürülmısi.

III.Biologiya fakültəsi

Prof.R.Ə.Həsənovun rəhbərlik etdiyi “Biofizika və molekulyar biologiya” kafedrasının və “Biotexnologiya” ETL-nin  əməkdaşları  ilə aparılmış elmi araşdırmaların nəticələrini festivalda  təqdim etfəal iştirak etmişdirlər.

1.“Elm Festivalı”nın AMEA-nın Elektron kitabxanasında keçirilən  bölməsində “Biotexnologiya” ETL-nin  əməkdaşı b.e.n.,ap.e.iş.N.S.Səfərov «Biotexnologiyalarda moleculyar modelləşdirilməsi» mövzusunda məruzə ilə çıxış etmişdir.

Prezentasiyada müasir biotexnologiyalarda tətbiq edilən molekulyar modelləşdirmə haqqında qısa məlumat verilmişdir. Xüsusilə, yeni dərman yaradılması prinsipləri və kompüter modelləşdirilməsi üsulları. Kompüter vasitəsi ilə yeni dərmanların dizaynında molekulyar dokinq və virtual skrininq medodları əsas yer tutur. Bununla əlaqədar olaraq, nümunə kimi b.e.n., ap.e.iş .N.S.Səfərovun tədqiqatlarının  nəticələri göstərilmişdir. Təcrübələr molekulyar dokinq və kompüter modelləşdirilməsi metodlarları ilə aparılmışdır. Bu tədqiqatların nəticəsi kimi müəllif  dörd yeni potensial təbii glükuronidasa fermentinin ingibitorlarını təqdim etmişdir. Bu ingibitorlar kimyaterapiya preparatlarının və steroid olmayan iltihab əleyhinə dərmanlarinın (nonsteroidal antiinflamamtory drugs, NSAIDs) yan effektlərini aradan qaldırır. Qeyd edilmişdir ki, dünya bazarında yalnız NSAİDs-ların  istehsalına  8 milyard ABŞ dolları tələb olunur. Təqdim edilən metodun tətbiqi  üçün istehsalçılara tövsiyələr verilmişdir.

Müəllif prezentasiyada bildirdi ki, müasir informasiya texnologiyalarının inkişafı belə bir səviyyəyə çatmış ki, bəzi bioloji sınaqlar birbaşa hesablama üsulları ilə kompüterlərdə aparıla bilər. Bu istiqamət sürətlə inkişaf edir. Prezentasiyada yeni konsepsiya "Kompüter içində laboratoriya" müzakirə edilmişdir. Bu konsepsiya yüksək dəqiqliyi olan bioloji elsperimentlərin aparılmasını sürətləndirilir və  müasir biologiya qarşısında keniş üfüqlər açır.

2.Sərgidə “Genom analizi sistemi” mövzusunda video-çərx göstərilmişdir. Material “Biofizika və molekulyar biologiya kafedrasının müdiri prof R.Ə.Həsənovun rəhbərliyi altında elmi işçi Orxan.N.Mustafayev tərəfindən hazırlanmış və təqdim edilmiş. Materialda genom analizinin kompyuter sistemi və genlərin kodon tərkibinin optimallaşdırılması təsvir edilmişdir.

Eyni amin turşusu müxtəlif tripletlərlə (kodonlarla)  kodlaşdırıla bilər. Bu zaman bu, və ya digər kodonun istifadə olunma tezliyi orqanizmdən asılı olaraq dəyişir. Kodon tərkibinin adaptasiyası son zamanlar intensiv olaraq tədqiq edilir. Xüsusilə kodon tərkibinin genlərin ekspressiya səviyyəsinə təsiri göstərilir. Beləliklə, hər hansı orqanizm üçün sintetik DNT ardıcıllıqlar qurulduqda, müəyyən qaydalar üzrə formalaşmış,  tədqiq olunan obyekt üçün  səciyyəvi olan kodon toplusundan istifadə etmək məqsədəuyğundur.

Bu məqsədlə müəlliflər tərəfindən  Flowgene.az web-saytı yaradılmışdır. Həmin web-sayt tədqiq olunan ardıcıllığa məxsus kodon tərkibinin müəyyən orqanizmin ümumi kodon tərkibinə, və yaxud maraq kəsb edən genlər seçiminə nəzərən,  optimallaşdırılmasına imkan verir. Saytda 66 onurğalının və 39 bitkinin CDS, CDNA, 5’-UTR, 3’-UTR genom ardıcıllıqları təqdim edilmişdir. Orqanizm üçün səciyyəvi olan kodon paylanmasının ümumi analizindən başqa, ardıcıllıqların müəyyən xassələrinə, məsələn uzunluğuna, bütün ardıcıllığın (yaxud onun müəyyən regionunun) GC-kontentinə , kodonun (yaxud amin turşusunun) müəyyən pozisiyada yerləşməsinə görə, xromosom (yaxud onun fraqmentininə), genin istiqamətinə görə gen seçmələrinin formalaşdırması imkanı mövcuddur. Seçmə, bir xüsusiyyətin, yaxud onların kombinasiyasının istifadə edilməsi ilə formalaşdırıla bilər.

3. Prof.R.Ə.Həsənovun rəhbərliyi ilə b.lab. Ş.F.Mehdiyev tərəfindən “Chlorella vulgaris mikroyosunlarının inkişafına işığın təsiri” mövzu üzrə aparılmış tədqiqatların nəticələri sərgidə nümayiş etdirilmişdir.

Tədqiqat nəticələri sərgi iştirakçılarına iki formada təqdim edilmişdir:

1.Chlorella vulgaris ştamları ilə laboratoriyada aparılan tədqiqat işləri video çarxdə  təsvir edilmiş;

2.müxtəlif intensivlikdə böyüdülmüş chlorella ştamları işıq mikroskopu vasitəsilə nümayiş etdirilmişdir.

“Biotexnologiya” ETL-in böyük laborantı Mehdiyev Şaiq Faiq o. sərgidə materialı təqdim edərək bildirmişdir ki,  işığın müxtəlif intensivliyi Chlorella vulgaris mikroyosunlarının inkişafına fərqli formada təsir edir və müxtəlif intensivlikli işıq mənbəyindən istifadə etməklə bu mikroyosunun biokimyəvi tərkib hissəsini müxtəlif istiqamətlərdə dəyişmək olar. Məsələn, müxtəlif yollarla hüceyrədə zülalların, karotinoidlərin, yağ turşularının %-lə miqdarına təsir göstərmək olar. Mikroyosunların tərkibi qidalı maddələrlə zəngin olduğuna görə Chlorella vulgaris mikroyosunundan qida kimi məişətdə istifadə etmək mümkündür. Bir çox Avropa və  Asiya ölkələrində qida sənayesində, tibbdə bu mikroyosundan istifadə olunur. Gələcəkdə bu mikroyosundan həmçinin təbii yanacaq kimi istifadə olunması bildirilmişdir.

 

 

Bookmark and Share