Search

Axtarış

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI

Q Ə R A R

№ 12

Bakı şəhəri  30 avqust 2017-ci il

“Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını və “Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası qərara alır:

1. “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının təsdiq edilməsi haqqında” 2008-ci il 25 yanvar tarixli 1-4 nömrəli Kollegiya qərarının 1-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
4. Ümumi şöbəyə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın Azərbaycan Milli Elmlər Akademiyasına çatdırılmasını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarət nazir müavini İ. İsayevə həvalə edilsin.

Kollegiyanın sədri  : Səlim Müslümov

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 30 avqust 2017-ci il tarixli 12 nömrəli nömrəli qərarı ilə təsdiq edilmişdir.


Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası

Giriş

“Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra “Kitabça”) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.
Kitabça elm və elmi xidmət sahəsinə aid edilən qulluqçu vəzifələrində çalışan işçilərin əmək funksiyalarının və əməyinin ödəniş dərəcələrinin müəyyən edilməsində, onların hüquq və vəzifələrini əks etdirən vəzifə təlimatlarının işlənilməsində, peşəkarlıq səviyyəsindən asılı olaraq onların işə qəbulu və vəzifədə irəli çəkilməsi və məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq elmi müəssisə və təşkilatlarda və digər müəssisələrdə elm və elmi xidmət sahəsinə aid edilən qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adları və əməyinin ödəniş dərəcələri bu Kitabçaya uyğun olaraq həyata keçirilir.
Kitabçada vəzifələr üzrə əmək funksiyasının və biliyə olan tələblərin minimum səviyyədə qurulması elm və elmi xidmətin müxtəlif bölmələrində kəmiyyət və keyfiyyətcə dəyişilən digər ixtisas xüsusiyyətlərinin tələb olunmasında attestasiya komissiyasının hüququnu məhdudlaşdırmır.
Kitabçada təhsilə qoyulan tələblərdə “tamamlanmış təhsil” dedikdə magistratura, doktorantura, adyunktura və dissertanturada xüsusi elmi hazırlıq, “əlavə təhsil” dedikdə isə əlavə təhsil proqramları əsasında əlavə təhsil müəssisələrində (universitetlər, institutlar, mərkəzlər və s.), iхtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə kadrların intellektual, peşə və ixtisas hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi başa düşülür.
Kitabça tətbiq edilərkən xarici ölkədə təhsil almış mütəxəssislərə xarici ölkədə verilmiş elmi dərəcəyə və elmi ada görə təhsil sənədinin nоstrifikasiya və ya təkrar attestasiya edilərək Azərbaycan Respublikasında elmi dərəcəyə və elmi ada görə verilən təhsil sənədinə bərabər tutulması əməyin ödəniş dərəcəsi müəyyənləşdirilərkən nəzərə alınır.
Elmi müəssisə və təşkilatlarda bilavasitə elmi mövzuların tədqiqi və onların yerinə yetirilməsi ilə məşğul olan şöbələr əsas şöbələr, elmi tədqiqat işlərinin yerinə yetirilməsinə yardımçı olan və onların tamamlama işlərini yerinə yetirən şöbələr, isə köməkçi şöbələr hesab edilirlər.
Kitabçada hər bir vəzifənin (peşənin) tarif-ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:
- “Əmək funksiyası” bölməsində bu vəzifəni tutan işçinin yerinə yetirməli olduğu işlərin məzmunu;
- “Bilməlidir” bölməsində işçinin elm və elmi xidmət sahəsinə aid qanunvericilik aktlarını, o cümlədən bu sahədə yerinə yetirilən işin və elmi tədqiqatların üsul və vasitələrini bilməsi kimi tələblər;
- “Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçinin təhsilinə, ixtisasına, əlavə təhsilinə (peşə hazırlığına) olan tələblər öz əksini tapmışdır.
Elmi müəssisə və təşkilatın rəhbərinin müavininin, eləcə də müəssisənin struktur bölməsinin (şöbəsinin) rəhbərlərinin müavinlərinin vəzifə maaşı müvafiq müəssisə (bölmə, şöbə) rəhbərlərinin vəzifə maaşından 10-20 faiz aşağı müəyyənləşdirilir.
Elmi müəssisə və təşkilatlarda elm və elmi xidmət sahəsinə aid olmayan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin əməyinin ödəniş dərəcələrini və tarif-ixtisas xüsusiyyətlərini təyin etmək üçün qüvvədə olan iqtisadiyyatın aidiyyəti sahələrinin qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarından istifadə edilir.
Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə bu Kitabçada müəyyən edilmiş ixtisas tələblərindəki təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda) və ya əlavə təhsilə (peşə hazırlığına) malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər müstəsna hallarda bu ixtisas tələblərinə malik işçilər kimi hər hansı bir vəzifəyə təyin edilə bilərlər.

Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonu

Sıra №-si

Vəzifələrin adları

Ödəniş dərəcələrinin diapazonu

I. RƏHBƏRLƏR  
1.    Elmi müəssisənin (təşkilatın) rəhbəri    17-19    5
2.    Elmi müəssisənin (təşkilatın) rəhbərinin müavini    -    7
3.    Filial (müstəqil qurum) rəhbəri    15-18    8
4.    Elmi katib    14-17    10
STRUKTUR BÖLMƏ RƏHBƏRLƏRİ         
5.    Əsas şöbənin (bölmənin, laboratoriyanın və s.) müdiri    14-17    11
6.    Köməkçi şöbənin (bölmənin) müdiri    11-14    12
II. ELMİ İŞÇİLƏR
7.    Baş elmi işçi    16-17    13
8.    Aparıcı elmi işçi    14-16    14
9.    Böyük elmi işçi    12-14    14
10.    Elmi işçi    10-12    15
11.    Kiçik elmi işçi    9-10    16
12.    Baş konstruktor    12-16    16
13.    Konstruktor (aparıcı konstruktor da daxil olmaqla)    11-13    18
14.    Baş mühəndis    12-16    20
15.    Mühəndis (aparıcı mühəndis də daxil olmaqla)    11-13    21
16.    Baş texnoloq    12-16    22
17.    Texnoloq (aparıcı texnoloq da daxil olmaqla)    11-13    23
18.    Assistent    11-12    24
III. MÜTƏXƏSSİSLƏR
19.    Baş mütəxəssis    12-15    25
20.    Mütəxəssis (aparıcı mütəxəssis də daxil olmaqla)    8-11    26
21.    Müəssisə (təşkilat) rəhbərinin köməkçisi    12-14    26
23.    Laborant (böyük laborant da daxil olmaqla)    4-9    27


TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

1. RƏHBƏRLƏR

Elmi müəssisənin (təşkilatın) rəhbəri


Əmək funksiyası. Elm sahəsi üzrə fəaliyyət göstərən müəssisənin (təşkilatın) profilinə uyğun olaraq elm sahəsində yeni nəticələrin əldə edilməsinə, mütərəqqi layihələrin həyata keçirilməsinə, texnologiyaların yaradılmasına, müəssisənin elmi, elmi-texniki və istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Elmi müəssisə və təşkilatların idarə edilməsini aşkarlıq, şəffaflıq, özünüidarə və elmi yaradıcılıq azadlığı prinsipləri əsasında həyata keçirir. Yeni texnologiyalar əsa¬sında müəssisələrin layihələndirilməsini, mütərəqqi texnoloji proseslərin və avadanlığın hazırlanıb tətbiq olunmasını və elmi-tədqiqat işləri aparılarkən əməyin təşkili üzrə tələblərə riayət edilməsini təmin edir. Elmi müəssisənin və ya təşkilatın elmi tədqiqat, elmi-texniki, elmi-təcrübi və elmi innovasiya prosesini, elmi-texniki və istehsal fəaliyyətinin istiqamətlərini müəyyənləşdirir, işlərin perspektiv və illik proqnozlarını təsdiq edir. Elmi-tədqiqat, təcrübə-konstruktor, layihə-texnoloji təşkilatlar ilə elmi-tədqiqatların və texniki işləmələrin nəticələrinin istehsalatda sınaqdan keçirilməsi və kompleks problemlər üzrə işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün elmi əlaqələr yaradır. Elmi-texniki əməkdaşlıq məsələləri üzrə xarici elmi müəssisə və təşkilatlar ilə, eləcə də alimlərlə müəyyən olunmuş qaydada əlaqələrin yaradılmasını təmin edir. Elm üzrə fəaliyyət göstərən müəssisənin və ya təşkilatın maliyyə vəsaitinin son dərəcə qənaətlə xərclənməsini, ondan səmərəli və məqsədəuyğun formada təyinatı üzrə istifadə olunmasını, xəzinədarlıq, bank, təchizatçı, podratçı və digər qurumlarla hesabatın aparılmasını təmin edir. Elmi müəssisənin və ya təşkilatın əməkdaşlarının birgə fəaliyyəti, elmi tədqiqatların yüksək səmərəliliyinin təmin edilməsi üçün şərait yaradır.
Maddi, maliyyə və əmək ehtiyatlarından daha səmərəli istifadə olunması üçün tədbirlər görür, elmi tədqiqat və digər işlərin təşkili məqsədilə proqnozların yerinə yetirilməsini təmin edir. Mütərəqqi idarəetmə sistemindən, elmin nailiyyətlərindən və müasir informasiya texnologiyalarından istifadə etməklə idarəetmə aparatının saxlanılması xərclərini maksimum aşağı salmağa nail olur. Titul siyahılarına və layihə sənədlərinə uyğun olaraq təsdiq olunmuş büdcə və büdcədənkənar xərclər çərçivəsində tikinti-yenidənqurma işlərini təşkil edir, həmçinin əsas fondların əsaslı təmir işlərinə rəhbərliyi həyata keçirir. Obyektlərin və alınmış avadanlığın müəyyən olunmuş müddətdə istifadəyə verilməsini təmin edir.
Əmək qanunvericiliyinə uyğun olaraq işçiləri işə qəbul edir, işçilərə maddi həvəsləndirmə, yaxud intizam tənbehi tədbirləri tətbiq edir. Əmək intizamına və müəssisədaxili intizam qaydalarına, eləcə də əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına işçilər tərəfındən riayət olunmasını təmin edir. Əməyin təşkili və müəssisənin strukturunun təkmilləşdirilməsi üzrə işlərə rəhbərlik edir. Əməyin ödənilməsi sistemlərindən səmərəli istifadə olunması üçün tədbirlər görür. Əmək haqqı fondunun qənaətlə və səmərəli istifadə olunmasını, fəhlə və qulluqçuların əməkhaqqının verilməsini təmin edir. Müəyyən olunmuş qaydada işçilərin attestasiyasını, yeni müddətə vəzifələrə seçkiləri və boş vəzifələrə müsabiqələri keçirir. Müntəzəm olaraq işçilərin peşə və ixtisas hazırlığı səviyyəsinin artırılmasını, təhsil sistemləri vasitəsilə müvafiq ixtisaslar üzrə kadr hazırlığını həyata keçirir. Elmi nəticələrin və elmi məhsulun istifadəsi, elmi, elmi-texniki, mühəndis-məsləhət və digər xidmətlərin göstərilməsi, o cümlədən birgə elmi fəaliyyət və gəlirin bölünməsi məqsədilə sifarişçilər və ya elmi fəaliyyətin nəticələrinin istehlakçıları ilə müqavilələr bağlayır. İş şəraitinin, həmçinin işçilərin mənzil və mədəni məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri görür və hər bir işçinin kollektiv işin yekunlarına görə məsuliyyətini artıran tədbirləri həyata keçirir. Elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək məqsədilə beynəlxalq səviyyəli birgə layihələrin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların və layihə-kоnstruktоr işlərinin təşkili, elmi-praktik forum, konfrans, simpozium, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi, magistr, dоktоrant, müəllim və elmi işçilərin mübadiləsi, müəlliflik hüququnun qorunması tədbirlərini həyata keçirir. Elmi şuranın və ya elmi-texniki şuranın sədri olmaqla onun fəaliyyətinə rəhbərlik edir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktları, dövlət proqramlarını; elmi müəssisə və təşkilatın fəaliyyət istiqamətlərini və profilini, ixtisaslaşma sahələrini; fəaliyyət sahəsi ilə əlaqədar ölkədə və xaricdə qazanılmış elm və texnikanın nailiyyətlərini; tədqiqat işlərinin layihə quruluşunu və eksperimental sınaqların aparılmasının elmi metodlarını; əlaqədar problemlər üzrə digər elmi müəssisə və təşkilatlar tərəfindən həyata keçirilən elmi tədqiqat və quraşdırma işlərinin nəticələrini, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini, elmi tədqiqatların proqnozlaşdırılmasını, proqramların tərtibi və maliyyələşdirmə metodlarını, əmək qanunvericiliyinin əsaslarını; təsərrüfat fəaliyyəti ilə bağlı mülki-hüquqi müqavilələrin bağlanılması və yerinə yetirilməsi qaydalarını; müəssisədaxili intizam qaydalarını; iqtisadiyyatın, istehsalın, əməyin təşkilini və idarə olunmasını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
17-ci dərəcə: 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və elmi adı olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
18-ci dərəcə: 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və elmi adı olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
19-cu dərəcə: elmi dərəcəsi olmaqla 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi və elmi adı olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və fəxri adı olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.

Elmi müəssisənin (təşkilatın) rəhbərinin müavini

Əmək funksiyası. Elmi, elmi-texniki və istehsalat-təsərrüfat fəaliyyətinin bir və ya bir necə istiqamətinə rəhbərlik edir, elmi müəssisənin (təşkilatın) rəhbəri iş yerində olmadığı müddətdə onun əmək funksiyalarını yerinə yetirir. Elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini və fəaliyyətini həyata keçirən struktur bölmələrin işçilərinə elmi işlərin aparılması üçün əmək şəraiti yaradır və onların maddi həvəsləndirilməsi üçün tədbirlər görür. Fundamental elmi və elmi tətbiqi tədqiqatların yerinə yetirilməsi, elm, texnika və istehsal sahələrinin inkişaf etdirilməsi üçün fəaliyyət göstərir. Tədqiqat və layihə axtarış işlərinin aparılmasının əhəmiyyətini, həlli yollarını və metodlarını müəyyənləşdirir. Elmi müəssisə və təşkilatların idarə edilməsini aşkarlıq, şəffaflıq, özünüidarə və elmi yaradıcılıq azadlığı prinsipləri əsasında həyata keçirir. Elmi nəticələrin layihələndirilməsi və mövcud texnologiyaların yenidən qurulması zamanı norma və standartlara riayət olunmasına, texnoloji proseslərin aparılmasına və avadanlığın quraşdırılmasına, problem məsələ üzrə perspektiv və proqnozların tərtib olunmasına, texniki-iqtisadi əsaslandırmaların hazırlanmasına nəzarəti həyata keçirir. Problem məsələ üzrə kompleks tədqiqatların və hazırlıq işlərinin aparılmasını təşkil edir, onların həyata keçirilməsində iştirak edir. Tematik planların yerinə yetirilməsini, işlərin yüksək keyfiyyətlə aparılmasını, nəticələrin təcrübədə istifadə olunmasını, sahələr üzrə tətbiq edilməsini təmin edir. İşçilərin yaradıcılıq təşəbbüsünün inkişafına imkan yaradır. Səmərələºdirici təkliflərə və kəºflərə baxılması və onların tətbiqi işinə müəlliflik şəhadətnaməsinin verilməsi, kəşf və patentlərə sifarişlərin tərtib edilməsi işlərinə rəhbərlik edir. Elmi şuranın, yaxud elmi-texniki şuranın bölmələrindən birinə rəhbərlik edir, qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət edir. Elmi kadrların hazırlanması və ixtisaslarının artırılması üzrə iş aparır. Elmi biliklərin, elm və texnikanın nailiyyətlərinin təbliğində, elmi konfrans, müşavirə və diskussiyaların təşkilində iştirak edir. Rəhbərlik etdiyi problem məsələ ilə əlaqədar işlərə rəy və qərar verir. Elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək məqsədilə beynəlxalq səviyyəli birgə layihələrin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların və layihə-kоnstruktоr işlərinin təşkili, elmi-praktik forum, konfrans, simpozium, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi, magistr, dоktоrant, müəllim və elmi işçilərin mübadiləsi, müəlliflik hüququnun qorunması tədbirlərini həyata keçirir. Elmi müəssisənin və ya təşkilatın elmi-texniki və təsərrüfat fəaliyyəti məsələlərinin həllində təsdiq olunmuş plan işlərinin yerinə yetirilməsini təmin edir və bu məqsədlə tədbirlərin həyata keçirilməsində, tədqiqatların və layihələndirmələrin müddətinin və dəyərinin azaldılmasında, elmi-tədqiqat və həlletmə işlərinin səmərəliliyinin yüksəldilməsində, elm və texnikanın nailiyyətlərinin iqtisadiyyatın sahələrində tətbiqinin sürətləndirilməsində, hər bir işçinin tapşırılmış iş və kollektiv iş üçün məsuliyyətinin artırılmasında, əməyin və idarəetmənin təşkilinin təkmilləşdirilməsində, müəssisənin (təşkilatın) fəaliyyətinin inkişaf etdirilməsində iştirak edir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktlarını; elmi müəssisənin və ya təşkilatın fəaliyyət istiqamətlərini və profilini, ixtisaslaşma sahələrini; elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini, fəaliyyət sahəsi ilə əlaqədar ölkədə və xaricdə qazanılmış elm və texnikanın son nailiyyətlərini; tədqiqat işlərini, layihələrin həlli yollarını və onların eksperimental sınaqlarının aparılmasının elmi metodlarını; əlaqədar problemlər üzrə digər elmi sahələrdə tədqiqat işlərinin nəticələrini; elmi tədqiqatların proqnozlaşdırılmasını və maliyyələşdirilməsini; əməyin ödənilməsinin mövcud sistemini və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; təsərrüfat fəaliyyəti ilə bağlı mülki-hüquqi müqavilələrin bağlanılması və yerinə yetirilməsi qaydalarını; müəssisədaxili intizam qaydalarını; iqtisadiyyatın, istehsalın, əməyin təşkilini və idarə olunmasını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
a) elm və ya elmi xidmət sahəsi üzrə- 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və elmi adı olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
b) təsərrüfat işləri üzrə- 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
Elmi müəssisənin (təşkilatın) rəhbərinin elm və ya elmi xidmət sahəsi üzrə müavininin aylıq vəzifə maaşı həmin müəssisə (təşkilat) rəhbərinin vəzifə maaşından 10 faiz aşağı, təsərrüfat işləri üzrə müavininin aylıq vəzifə maaşı isə 15-20 faiz aşağı məbləğdə müəyyən olunur.

FİLİAL (MÜSTƏQİL QURUM) RƏHBƏRİ

Əmək funksiyası. Elmi müəssisə və təşkilatın elmi, elmi-texniki və istehsal-təsərrüfat fəaliyyətinin bir və ya bir neçə istiqamətinə rəhbərlik edir. Fundamental və tətbiqi tədqiqatların və quraşdırma işlərinin yerinə yetirilməsini, müvafıq elm, texnika və istehsal sahələrinin inkişafını təmin edir. Elmi tədqiqat, layihə və axtarış işlərinin məqsəd və vəzifələrini əsaslandırır, onların aparılmasının əhəmiyyətini, zəruriliyini, həlli yollarını və metodlarını müəyyənləşdirir. Filialın (qurumun) idarə edilməsini aşkarlıq, şəffaflıq, özünüidarə və elmi yaradıcılıq azadlığı prinsipləri əsasında həyata keçirir. Yeni texnologiyaların layihələndirilməsinə, mövcud olan texnologiyaların yenidən qurulmasına, əməyin təşkili üzrə tələblərə riayət olunmasına, texnoloji proseslərin hazırlanmasına və avadanlığın quraşdırılmasına, problem məsələ üzrə perspektiv və illik proqnozların tərtib olunmasına, texniki-iqtisadi əsaslandırmaların hazırlanmasına nəzarəti həyata keçirir. Problem məsələ üzrə kompleks tədqiqatların və hazırlıq işlərinin aparılmasını təşkil edir, onların həyata keçirilməsində iştirak edir. Tematik proqnozların yerinə yetirilməsini, işlərin yüksək keyfiyyətini və yüksək elmi səviyyəsini, onların təcrübədə istifadə olunmasını, iqtisadiyyatda tətbiq edilməsini təmin edir. İşçilərin yaradıcılıq təşəbbüsünün inkişafına imkan yaradır, səmərələşdirici təkliflərin, kəşflərin baxılması və tətbiqi işinə, müəyyən olunmuş qaydada müəlliflik şəhadətnamələrinin, kəşf və patentlər üçün sifarişlərin tərtibinə rəhbərlik edir. Elmi şuranın, yaxud elmi-texniki şuranın bölmələrindən birinə rəhbərlik edir və qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət edir. Elmi kadrların hazırlanması və ixtisaslarının artırılması üzrə iş aparır. Elmi biliklərin, elm və texnikanın nailiyyətlərinin tətbiqində, elmi konfrans, müşavirə və diskussiyaların təşkilində iştirak edir. Rəhbərlik etdiyi problem məsələnin mövzusu ilə əlaqədar görülən işlərə rəy verir, təşkilatın elmi-texniki və təsərrüfat fəaliyyətinə dair məsələlərin həllində təsdiq olunmuş plan işlərinin yerinə yetirilməsini təmin edir. Elmi nəticələrin və elmi məhsulun istifadəsi, elmi, elmi-texniki, mühəndis-məsləhət və digər xidmətlərin göstərilməsi, o cümlədən birgə elmi fəaliyyət və gəlirin bölünməsiməqsədilə sifarişçilər və ya elmi fəaliyyətin nəticələrinin istehlakçıları ilə müqavilələr bağlayır. Elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək məqsədilə beynəlxalq səviyyəli birgə layihələrin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların və layihə-kоnstruktоr işlərinin təşkili, elmi-praktik forum, konfrans, simpozium, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi, magistr, dоktоrant, müəllim və elmi işçilərin mübadiləsi, müəlliflik hüququnun qorunması tədbirlərini həyata keçirir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün tədbirlərin həyata keçirilməsində, tədqiqatların və layihələndirmələrin müddətinin və dəyərinin azaldılmasında, elmi-tədqiqat və həlletmə işlərinin səmərəliliyinin yüksəldilməsində, elm və texnikanın nailiyyətlərinin iqtisadiyyatın sahələrində tətbiqinin sürətləndirilməsində, hər bir işçinin tapşırılmış iş və kollektiv iş üçün məsuliyyətinin artırılmasında, əməyin və idarəetmənin təşkilinin təkmilləşdirilməsində, təşkilatın fəaliyyətinin inkişaf etdirilməsində iştirak edir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktları, dövlət proqramlarını; elmi müəssisənin və ya təşkilatın fəaliyyət istiqamətlərini və profilini, ixtisaslaşma sahələrini; ölkədə və xaricdə elmi müəssisələrin (təşkilatların) fəaliyyəti ilə əlaqədar elm və texnikanın nailiyyətlərini; elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini, tədqiqat işlərini, layihələrin həlli yollarını və eksperimental sınaqların elmi metodlarını; digər elmi müəssisələr və təşkilatlar tərəfındən problemlər üzrə həyata keçirilən tədqiqat və həlletmə işlərinin nəticələrini; elmi tədqiqatların proqnozlaşdırılmasını və maliyyələşdirilməsini; əmək qanunvericiliyinin əsaslarını; əməyin ödənilməsinin mövcud sistemini və maddi həvəsləndirmə formalarını; təsərrüfat fəaliyyəti ilə bağlı mülki-hüquqi müqavilələrin bağlanılması və yerinə yetirilməsi qaydalarını; müəssisədaxili intizam qaydalarını; iqtisadiyyatın, istehsalın, əməyin təşkilini və idarə olunmasını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
15-ci dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi və elmi adı;
16-cı dərəcə: 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi və elmi adı olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
17-ci dərəcə: fəlsəfə doktoru elmi dərəcəsi olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi və elmi adı olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi;
18-ci dərəcə: fəlsəfə doktoru elmi dərəcəsi olmaqla 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və elmi və ya fəxri adı olduqda.

ELMİ KATİB

Əmək funksiyası. Elmi-tədqiqat və araşdırmaların ümumi perspektivləri və illik göstəriciləri üzrə təkliflərin hazırlanmasına rəhbərlik edir. Müəssisənin elmi bölmələrinin onlarla birgə iş aparan digər təşkilat və müəssisələrlə elmi-tədqiqat işləri üzrə əlaqələndirilməsini həyata keçirir. Nəzərdə tutulmuş işlərin keyfiyyətlə yerinə yetirilməsinə, elmi müəssisə və təşkilatların fəaliyyəti haqqında ümumi hesabatların hazırlanmasına nəzarəti təşkil edir. Elmi müəssisə və təşkilatların əsas iş istiqamətlərini, səmərəli fəaliyyətinin təşkilini və proqramların işlənilməsində əlaqələndirməni təmin edir. Elmi (elmi-texniki) şuranın iş planının layihəsini hazırlayır, onun yerinə yetirilməsinə və elmi şuranın qəbul etdiyi qərarların həyata keçirilməsinə nəzarət edir, dissertasiya müdafiələrinə materiallar və elmi adlar verilməsi ilə bağlı vəsatətlər hazırlayır. Elmi əsərlərin nəşri üçün təkliflər verir, onlara rəy verilməsini təmin edir. Elmi konfransların, müşavirələrin, seminarların və diskussiyaların təşkili işlərini aparır. İşçilərin attestasiyasının keçirilməsi ilə əlaqədar işlərin təşkilində iştirak edir və müvafıq sənədləşməni təmin edir. Elmi kadrların hazırlanması və ixtisaslarının artırılması, elmi əlaqələrin genişləndirilməsi üzrə təkliflər hazırlayır.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktlarını; elm və texnika sahəsinin elmi problemlərini; elmi müəssisə və təşkilatların fəaliyyət profili üzrə sahələrin inkişaf istiqamətlərini; elmi-tədqiqat işlərinin təşkilini, proqnozlaşdırılmasını və elmi nəticələrin tətbiq edilməsi qaydalarını; patent informasiyası ilə təminatı; kadr hazırlığı və ixtisasartırma, elmi işçilərin müsabiqə və attestasiyasının keçirilməsi qaydalarını; təşkilat və müəssisələrlə birgə elmi işlər yerinə yetirilərkən müqavilə şərtlərinin tərtibi qaydasını; elmi işçilərin əməyinin təşkilini, elmi-tədqiqat və araşdırmaların idarə edilməsi metodlarını; kargüzarlıq işinin təşkili qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
14-cü dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi olmaqla 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
15-ci dərəcə: 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
16-cı dərəcə: 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi və elmi adı olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi;
17-ci dərəcə: fəlsəfə doktoru elmi dərəcəsi və elmi və ya fəxri adı olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və elmi və ya fəxri adı olduqda.

STRUKTUR BÖLMƏ RƏHBƏRİ:

ƏSAS ŞÖBƏNİN (BÖLMƏNİN, LABORATORİYANIN və s.) MÜDİRİ


Əmək funksiyası. Elmi müəssisənin istiqamətinə uyğun olaraq şöbə (bölmə, laboratoriya və s.) üçün nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilməsini təşkil edir və müvafıq sahə üzrə onların inkişaf perspektivlərini müəyyənləşdirir. Tədqiqat və araşdırmaların aparılması üçün metod və vasitələri, şöbə (bölmə, laboratoriya və s.) qarşısında duran elmi və texniki vəzifələrin həlli yollarını seçir. Elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq proseslərini, şöbənin (bölmənin, laboratoriyanın və s.) perspektiv və illik planlarını hazırlayır və rəhbərliyə təqdim edir. Müvafıq elm və texnika sahəsinin inkişafı üçün texniki tapşırıqların, metodiki sənədlərin işlənib hazırlanmasına rəhbərlik edir. Elmi-tədqiqat işlərinin birgə icraçılarını, iştirak edən müəssisə və təşkilatları müəyyənləşdirir. Şöbənin (bölmənin, laboratoriyanın və s.) tematik planında nəzərdə tutulan mövzulara rəhbərliyi həyata keçirir, onların son məqsədini və gözlənilən nəticələrini formalaşdırır. Mühüm işlərin aparılmasında iştirak edir. Nəzərdə tutulan tapşırıqların, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, şöbənin (bölmənin, laboratoriyanın və s.) mütəxəssisləri və birgə icraçılar tərəfindən yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət edir. Şöbənin (bölmənin, laboratoriyanın və s.) yerinə yetirdiyi işlər haqqında hesabat tərtib edir, elmi nəticələrin təcrübədə tətbiqini, müəllif nəzarətini və texniki köməkliyi təmin edir. İşlərin görülməsi üçün zəruri olan avadanlığa, materiallara və digər ehtiyatlara şöbənin (bölmənin, laboratoriyanın və s.) ehtiyaclarını müəyyənləşdirir. Şöbənin (bölmənin, laboratoriyanın və s.) avadanlıq və materiallarla təchiz olunması, onlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi üçün tədbirlər görür. Elmi və texniki nailiyyətlərin patentləşdirilməsi, kəşflərin və səmərələşdirici təkliflərin qeydə alınmasının təmin olunması, mütəxəssislərin yaradıcılıq fəallığının artırılması üçün tədbirlər görür. İşlərin təhlükəsiz aparılmasını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət olunmasını təşkil edir. Kadrların seçilməsində iştirak edir, onların attestasiyası və ixtisaslarının artırılması üçün təkliflər verir. Şöbənin (bölmənin, laboratoriyanın və s.) işinin ümumi nəticələrində fərdi keyfiyyətlər nəzərə almaqla işçilərin mükafatlandırılması, həvəsləndirilməsi, əməyinin qiymətləndirilməsi barədə təkliflər verir. Şöbənin (bölmənin, laboratoriyanın və s.) və onun strukturunda olan laboratoriya və sektorun fəaliyyət istiqamətlərini müəyyənləşdirir, onların işini təşkil edir və əlaqələndirir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktları, dövlət proqramlarını; elm və texnika sahəsinin elmi problemlərini; iqtisadiyyat sahələrinin inkişaf istiqamətlərini; aidiyyəti sahə üzrə ölkədə və xaricdə əldə edilmiş nailiyyətləri; elmi tədqiqat və işləmələrin təşkili, proqnozlaşdırılması və maliyyə¬ləşdirilməsini; elmi işlərin yerinə yetirilməsi ilə əlaqədar müqavilələrin bağlanılması və icrası qaydalarını; elmi tədqiqatlar üçün istifadə edilən avadanlıq və cihazların istismar qaydalarını; ixtira və kəşflər üçün sifarişin tərtib edilməsi, elmi texniki sənədlərin hazırlanması, cihaz, material və avadanlığın alınması üçün tələbnamənin hazırlanması qaydalarını; elmi tədqiqatların və işləmələrin idarə olunması, elmi işçilərin əməyinin qiymətləndirilməsi və ödənilməsi sistemlərini, onların maddi həvəsləndirmə formalarını; kadrların hazırlanması və ixtisaslarının artırılması üzrə mövcud qaydaları; kargüzarlıq işinin təşkili qaydalarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
14-cü dərəcə: 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; ali təhsildən sonra tamamlanmış təhsili olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
15-ci dərəcə: əlavə təhsili olmaqla 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; ali təhsildən sonra tamamlanmış təhsili olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
16-cı dərəcə: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsilindən sonra tamamlanmış təhsili olmaqla 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi və elmi adı olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və elmi adı olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
17-ci dərəcə: fəlsəfə doktoru elmi dərəcəsi və elmi adı olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və elmi adı olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.

KÖMƏKÇİ ŞÖBƏNİN (BÖLMƏNİN və s.) MÜDİRİ
(Əməyin təşkili və əmək haqqı şöbəsinin müdiri vəzifəsi timsalında)


Əmək funksiyası. Əməyin təşkili və istehsalın idarə olunması, əmək haqqının forma və sistemlərinin təkmilləşdirilməsi, işçilərin maddi maraqlandırılması üzrə işlərin yerinə yetirilməsini təmin edir. Tabelikdə olan təşkilatlarda əmək və əmək haqqı üzrə struktur bölmələrinin işini əlaqələndirir və onların işinə aidiyyəti sahədə ümumi rəhbərliyi həyata keçirir. Xərclər smetası üzrə perspektiv proqnozların hazırlanması işini aparır. İşçilərin maddi maraqlandırılması üçün əməyin ödənilməsi forma və sistemlərini təhlil edir, onların təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır. İstehsal prosesində əməyin təşkili və əmək şəraitinin öyrənilməsi, daxili ehtiyat imkanlarının aşkar edilməsi işlərinə rəhbərlik edir. İş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin üsul və metodlarından istifadə edilməsi, ağır, fiziki əməyin aradan qaldırılması, əmək şəraitinin yaxşılaşdırılması və əməyin təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlərini təşkil edir. Əməyin normalaşdırılması, əmək normalarına yenidən baxılması, texniki əsaslandırılmış normaların tətbiq edilməsi işlərini və iş yerlərinin attestasiyasını təşkil edir.
Şöbənin (bölmənin) işinin təkmilləşdirilməsi, işçilərin əməyinin təşkili, struktur bölmələrin əsasnamələrinin və vəzifə təlimatlarının hazırlanması üzrə işləri aparır. İstehsalın idarə olunması üzrə təkliflər hazırlayır. Müəssisənin genişləndirilməsi və yenidən qurulması layihələrində iştirak edir. Müvafıq bölmələr, həmkarlar ittifaqları təşkilatı və ya əmək kollektivi ilə birgə kollektiv müqavilənin hazırlanmasında iştirak edir. Rəhbərlik etdiyi struktur bölmələrə əməyin təşkili və onun ödənilməsi məsələləri üzrə metodiki köməklik göstərir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; aidiyyəti hüquqi aktları; əməyin təşkili, əmək haqqı və istehsalın idarə olunmasını, əmək qanunvericiliyini, əməyin iqtisadiyyatını; illik perspektiv proqnozların tərtibi qaydalarını; əməyin təşkilini, təşkilatı-texniki tədbirlərin hazırlanması qaydasını; əməyin normalaşdırılması metodlarını; əməyin ödənilməsi sistemlərini; işçilərin mükafatlandırılması qaydalarını; struktur bölmələrdəki vəzifələrin tarif-ixtisas xüsusiyyətlərini, onların tarifləş¬dirilməsi qaydalarını; əməyin ödənilməsinin təhlili metodlarını; əməyin ödənil¬məsində ixtisaslara olan tələbləri; bölmələr üzrə əsasnamələri, vəzifə təlimatlarını; iş vaxtından səmərəli istifadə metodlarını; qabaqcıl iş üsullarını və metodlarını; əmək qanunvericiliyini; əməyin təşkilinin və əmək psixologiyasının əsaslarını; müəssisədaxili intizam qaydalarını; istehsalatda qabaqcıl idarəetmə üsullarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
11-ci dərəcə: bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ali təhsil və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
12-ci dərəcə: bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ali təhsil və 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
13-cü dərəcə: bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ali təhsil və 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
14-cü dərəcə: bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ali təhsil və 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.

2. ELMİ İŞÇİLƏR

BAŞ ELMİ İŞÇİ

Əmək funksiyası. Fundamental, tətbiqi və eksperimental tədqiqatların aparılması, elmi tədqiqatların nəticələrinin ekspertizası, tətbiqi, aprobasiyası, elmi texniki proqramlar üzrə tədqiqatların aparılmasına elmi rəhbərliyi həyata keçirir, onların aparılmasında iştirak edir. Elmi innovasiya fəaliyyətini, elmi tədqiqatların və araşdırmaların yeni istiqamətlərini formalaşdırır, elmi proqramların hazırlanmasını təşkil edir, yerinə yetirilməsinin metod və vasitələrini müəyyənləşdirir. Elmi tədqiqat planlarının formalaşdırılmasında iştirak edir, başqa təşkilatlarla birgə tapşırıqların yerinə yetirilməsində iştirak edən icraçıların fəaliyyətini əlaqələndirir. Alınmış nəticələri ümumiləşdirir, başa çatdırılmış tədqiqatların və işlərin elmi ekspertizasını aparır. Onların nəticələrinin təcrübi sınaqdan çıxarılmasına rəhbərliyi həyata keçirir. Elmi tədqiqatların və işlərin nəticələrinin tətbiq olunma sahələrini müəyyənləşdirir və bu nəticələrin təcrübədə həyata keçirilməsinə elmi rəhbərliyi təmin edir. Müvafiq elm sahələrində elmi kadrların hazırlanmasını və ixtisaslarının artırılmasını həyata keçirir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktları, elm və texnika sahələrinin elmi problemlərini, perspektiv inkişaf istiqamətlərini; ölkədaxili və xarici elmi nailiyyətləri; elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini; dövlət elmi innovasiya fəaliyyətinin həyata keçirilməsini; elmi tədqiqatların və işlərin proqnozlaşdırılmasının təşkilini, aparılmasını və tətbiqinin yeni metodlarını, vasitələrini və təcrübəsini (qiymətləndirmə, patent-məlumat, elmi-texniki sənədlərin buraxılışı və s.); işçilərin həvəsləndirilməsi və maddi mükafatlandırılması formalarını; əməyin təşkilinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
16-cı dərəcə: fəlsəfə doktoru elmi dərəcəsi olmaqla 9 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
17-ci dərəcə: elmlər doktoru elmi dərəcəsi və 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və elmi adı olduqda.

APARICI ELMİ İŞÇİ

Əmək funksiyası. Elm və texnikanın müəyyən bir problemi (mövzusu, tapşırığı) üzrə tədqiqatların aparılmasına elmi rəhbərliyi həyata keçirir, bu tədqiqatlarla məşğul olan işçilər qrupuna başcılıq edir, yaxud elmi texniki proqramın ayrı-ayrı tapşırıqlarının məsul icraçısı olur. Daha mürəkkəb problemlərin elmi-texniki həlli yollarını, tədqiqat və işlərin aparılması metodlarını işləyib hazırlayır. Yeni elmi tədqiqatların və işlərin istiqamətlərini və onların yerinə yetirilməsi metodlarını əsaslandırır. İşlərin proqram tərtibatını təsdiq edir, başqa təşkilatlarla birgə tapşırıqların yerinə yetirilməsində iştirak edən icraçıların fəaliyyətini əlaqələndirir, alınmış nəticələri ümumiləşdirir. Elmi tədqiqatların və işlərin nəticələrinin tətbiq olunma sahələrini müəyyənləşdirir və bu nəticələrin təcrübədə həyata keçirilməsini təşkil edir. Elmi kadrların hazırlanmasında və onların ixtisaslarının artırılmasında iştirak edir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktlarını; elm və texnika sahələrinin elmi problemlərini; müvafıq məsələlər üzrə ölkədaxili və xarici nailiyyətləri; elmi tədqiqat işlərinin proqnozlaşdırılması, proqramların tərtib olunması və tətbiqinin yeni metodlarını, vasitələrini, təcrübəsini (qiymətləndirmə, patent-məlumat təminatı, elmi texniki sənədlərin buraxılışı və s.); işçilərin həvəsləndirilməsi və maddi mükafatlandırılması formalarını; əməyin təşkilinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
14-cü dərəcə: fəlsəfə doktoru elmi dərəcəsi və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
15-ci dərəcə: fəlsəfə doktoru elmi dərəcəsi və 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi;
16-cı dərəcə: fəlsəfə doktoru elmi dərəcəsi və 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi və elmi adı və 1 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və elmi adı olduqda.

BÖYÜK ELMİ İŞÇİ

Əmək funksiyası. Müstəqil mövzuların tədqiqi zamanı işçilər qrupuna, həmçinin, mövzunun bir hissəsini (bölmə, mərhələ) təşkil edən işlərə elmi rəhbərliyi həyata keçirir, daha mürəkkəb və məsul işlərin icraçısı kimi elmi tədqiqatla məşğul olur. Tədqiqat işlərinin aparılmasının proqnozlarını və metodiki proqramlarını işləyib hazırlayır. Mövzu üzrə elmi texniki məlumatların toplanmasını və öyrənilməsini təşkil edir, elmi məlumatları, təcrübə və müşahidələrin nəticələrinin təhlilini verir və nəzəri ümumiləşdirmələr aparır. Rəhbərliyi altında işləyən əməkdaşların aldığı elmi nəticələrin düzgünlüyünü yoxlayır. Kadrların ixtisaslarının artırılmasında iştirak edir. Aparılmış tədqiqatların və işlənmə üsullarının nəticələrini tətbiq edir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktlarını; aparılmış tədqiqatların və işlənmə üsullarının tematikası üzrə problemləri; müvafıq elm və texnika sahələrini; müvafıq məsələlər üzrə ölkədaxili və xarici məlumatları; tədqiqat və işlənmələrin üsullarını; təcrübə və müşahidələrin aparılmasının müasir metodlarını; elmi proqnozlaşdırma və texniki vasitələri, kompüterdən istifadə etməyi; müvafıq istehsalat sahələrinin iqtisadiyyatının əsaslarını və əməyin təşkilini; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
12-ci dərəcə: 4 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi;
13-cüdərəcə: 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi və 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
14-cü dərəcə: 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi.

ELMİ İŞÇİ

Əmək funksiyası. Mövzunun müəyyən bir bölməsi (mərhələsi, tapşırığı) üzrə məsul icraçı kimi elmi tədqiqat və hazırlıq işləri ilə məşğul olur, yaxud elmi rəhbərlə birlikdə mürəkkəb təcrübələri və müşahidələri həyata keçirir, ölkədaxili və xarici qabaqcıl elmi-texniki informasiyaları, təcrübə və müşahidələrin nəticələrini toplayır, təhlil edir və ümumiləşdirir. Tədqiqat və onun işlənməsi planlarının və metodiki proqramların hazırlanmasında, onların nəticələrindən təcrübədə istifadə üçün tövsiyələrin verilməsində iştirak edir. Mövzuya, yaxud onun bölməsinə dair hesabatı tərtib edir. Elmi tədqiqat nəticələrinin həyata keçirilməsində iştirak edir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktlarını; aparılan tədqiqat və işlənmələrin məqsəd və vəzifələrini; bu tədqiqat və araşdırmalar sahəsində ölkədə və xaricdə olan informasiyaları; onların planlaşdırılması və təşkilini; təcrübə və müşahidələrin aparılmasını; tədqiqat və işlənmə üsullarını, proqnozlaşdırmanı; informasiyaların təhlili və ümumiləşdirilməsini, kompüter texnologiyasının tətbiqi ilə tədqiqatın müasir metod və vasitələrini; əməyin təşkilinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
10-cu dərəcə: 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
11-ci dərəcə: 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
12-ci dərəcə: 4 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru elmi dərəcəsi olduqda.

KİÇİK ELMİ İŞÇİ

Əmək funksiyası. Elmi mövzunun tədqiqatında məsul icraçının rəhbərliyi altında mövzunun müəyyən bir bölməsi (mərhələsi, tapşırığı) üzrə təsdiq olunmuş metodikaya uyğun olaraq elmi tədqiqat və təşkilat işlərini aparır. Təcrübələrin yerinə yetirilməsində iştirak edir, müşahidə və ölçülər aparır, onların təsvirini verir və nəticələrini formalaşdırır. Elmi texniki informasiyanı, tədqiqatın mövzusu üzrə ölkədaxili və xarici təcrübəni öyrənir. Mövzu, yaxud onun bölməsi (mərhələsi, tapşırığı) üzrə hesabat (hesabatın bölməsini) tərtib edir. Tədqiqat və araşdırmaların nəticələrinin istehsalata tətbiqində iştirak edir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktlarını; aparılan tədqiqat və işlənmələrin məqsəd və vəzifələrini, bu tədqiqat və işlənmələr üzrə ölkədaxili və xarici informasiyanı; tədqiqat və işlənmə üsullarını, onların planlaşdırılması və təşkilini; təcrübə və müşahidələrin aparılmasını; informasiyanın ümumiləşdirilməsini və işlənməsini, o cümlədən kompüter texnikasından istifadə edilməklə, tədqiqatın müasir metod və vasitələrini; müəssisədaxili intizam qaydalarını; əməyin elmi təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
9-cu dərəcə: əmək stajına tələb qoyulmadan;
10-cu dərəcə: 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.

BAŞ KONSTRUKTOR

Əmək funksiyası. Fundamental və tətbiqi tədqiqatların və quraşdırma işlərinin yerinə yetirilməsini təmin edir, müvafiq elm, texnika və istehsalat sahələrinin inkişafını təmin edir. Fundamental və tətbiqi tədqiqatların, elmi tədqiqat, təcrübə-konstruktor, təcrübi-konstruktor işləmələrinin, kəşfiyyat işlərinin məqsəd və vəzifələrini formalaşdırır və əsaslandırır, onların aparılmasının əhəmiyyətini, zəruriliyini və həlli yollarını və metodlarını müəyyənləşdirir. Yeni müəssisələrin layihələndirilməsi və mövcud müəssisələrin yenidən qurulması zamanı əməyin təşkilində nəzərə alınmalı olan tələblərə riayət olunmasına, texnoloji proseslərin və avadanlığın hazırlığına, problem məsələlər üzrə perspektiv və illik işlərin planının tərtib olunmasına, texniki-iqtisadi əsaslandırmaların hazırlanmasına nəzarəti həyata keçirir. Problem məsələlər üzrə kompleks elmi tədqiqat, təcrübə-konstruktor və hazırlıq işlərinin aparılmasını təşkil edir, onların həyata keçirilməsində iştirak edir. Tematik planların yerinə yetirilməsini, işlərin yüksək keyfiyyətini və yüksək elmi səviyyəsini təmin edir. İşçilərin yaradıcılıq təşəbbüsünə dəstək verir və həyata keçirilməsinə imkan yaradır. Səmərələşdirici təkliflərin və kəşflərin baxılması və tətbiqi işinə, müəyyənləşdirilmiş qaydada müəlliflik şəhadətnaməsinə, kəşf və patentlərə sifarişlərin tərtibinə rəhbərlik edir. Elmi biliklərin, elm və texnikanın nailiyyətlərinin təbliğində, elmi konfransların, müşavirə və diskussiyaların təşkilində iştirak edir. Rəhbərlik etdiyi problem məsələ ilə əlaqədar işlərə rəy verir. Təşkilatın elmi-texniki və təsərrüfat fəaliyyətinə dair məsələlərin həllində təsdiq olunmuş plan işlərinin yerinə yetirilməsini təmin edir. Fundamental və tətbiqi tədqiqatların, təcrübi-konstruktor işləmələrinin həyata keçirilməsində, tədqiqatların və layihələndirmələrin müddətinin və dəyərinin azaldılmasında, elmi-tədqiqat və həlletmə işlərinin səmərəliliyinin yüksəldilməsində, kollektivin işinin məsuliyyətinin artırılmasında, əməyin və idarəetmənin təşkilinin təkmilləşdirilməsində, elm, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisəsinin fəaliyyətinin inkişaf etdirilməsində iştirak edir. Kompleks layihələrin konstruktor hissəsinin (bölməsinin) yaradılması üzrə işləri təşkil edir və bununla əlaqədar bütün elmi-texniki məsələlərin həllində iştirak edir. Layihənin konstruktor hissəsinin (bölməsinin), onun digər hissələri (bölmələri) ilə əlaqələndirilən obyektlərin mənimsənilməsi və istehsalatda tətbiq edilərək istismara verilməsinə nəzarəti həyata keçirir. Layihələndirmə zamanı patent sənədləşdirilməsini, nümunəvi konstruksiyaların geniş tətbiqini, layihələrdə nəzərdə tutulan avadanlıqların, materialların qüvvədə olan standartlara, texniki şərtlərə, milli məmulatların çeşidinə uyğun olmasını təmin edir. Texniki sənədləşmənin kompleksliyini təmin edir, hazırlanmış layihələrin yuxarı orqanlarda və ekspertiza orqanlarında müdafiə olunmasında iştirak edir. Ekspert və təşkilatlar tərəfindən təsdiq edən layihənin konstruktor hissəsinə (bölməsinə) etdiyi dəyişiklikləri təsdiq edir. Layihənin mərhələlər və dövrlər üzrə elmi-texniki hesabatlarının tərtib olunması işinə rəhbərlik edir. Analoji işlərin xarici təcrübəsini öyrənir. İşlənən layihələrə aid səmərələşdirici təkliflər və ixtiralar üzrə rəy və təqdimatların hazırlanmasını təmin edir. İxtiralar və kəşflərin tərtib olunması üzrə təkliflər hazırlayır. İstehsalatın fəaliyyətdə olan konstruksiya məmulatlarının (kompleks, maşın, aparat, cihaz və mexanizmlər) modernləşdirilməsinə və yeniliklərin yaradılmasına rəhbərlik edir, onların yüksək texniki səviyyəsini, müasir elm və texnikaya, texniki estetikaya uyğunlaşdırılmasını təmin edir. Fundamental və tətbiqi tədqiqatların, təcrübi-konstruktor işləmələrinin istehsalatda tətbiqi üzrə konstruktor layihələrini qəbul edir, yeni materialların, elm və texnikanın geniş tətbiqi üzrə tədbirlər görür. Yeni sınaq və sənaye qurğularının layihələrinin işlənib hazırlanmasını, qeyri-standart avadanlıqların, obyektlərin yenidən qurulması üzrə, istehsalatın avto¬matlaşdırılması və əmək tutumlu proseslərin mexanikləşdirilməsi üzrə işləri təşkil edir. Yeni və modernləşdirilmiş konstruksiyaların texniki tapşırıqlara, standartlara, əməyin elmi təşkilinin tələblərinə, əmək təhlükəsizliyi normalarına uyğun olmasını təmin edir və onların yerinə yetirilməsinə nəzarət edir. Avtomatlaşdırılmış layihə sisteminin tətbiqini təşkil edir. Sınaq üçün nümunələr hazırlanmasını, onların eksperiment yoxlanışını, ilk sənaye buraxılışını təşkil edir, maya dəyərinin, əmək tutumunun və material tutumunun azaldılmasını təmin edir. Yeni konstruksiyaların qurulması, sınağı, işə salınmasında iştirak edir. Kəşflərə və səmərələşdirici təkliflərə rəy verir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; aidiyyəti hüquqi aktları; elm, texnika və ya iqtisadiyyatın inkişaf perspektivlərini; elm, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrin fəaliyyət sahəsi ilə əlaqədar elm və texnikanın nailiyyətlərini; tədqiqat işlərini, layihələrin həlli yollarını və eksperimental sınaqların aparılmasında elmi metodları; əlaqədar problemlər üzrə elmi müəssisə tərəfindən həyata keçirilən tədqiqat və həlletmə işlərinin nəticələrini, layihələndirmə, araşdırma və eksperimental işlərin aparılma metodlarını; istehsalın konstruktor hazırlığının təşkili və planlaşdırılmasını; layihələndirilən obyektlərin texniki xarakteristikasını, avadanlığın istismar şərtlərini və onlara qoyulan tələbləri; nümunəvi konstruksiyaların uyğun avadanlıqlarını; material və əmək normalarının müəyyən edilməsi qaydalarını; layihələndirmə üzrə qüvvədə olan standartları, texniki reqlamentləri və digər normativ hüquqi aktları; layihələndirmə işlərində texniki sənədləşmələrin hazırlanması və tərtib olunması qaydalarını; texniki-iqtisadi hesablamaların aparılma metodlarını; patentləşdirmənin əsaslarını; layihə işlərinin iqtisadi səmərəliliyinin əsaslandırılması və hesablanması qaydalarını; konstruksiyaların layihələndirilməsində əməyin təşkilinə qoyulan əsas tələbləri; standartlaşmanın əsaslarını; konstruksiya sahəsində ölkədaxili və xarici son elmi-texniki nailiyyətləri; müəssisədə konstruktor hazırlığının təşkilini; avadanlıqların istehsal gücünü, iş rejimini, texniki, konstruktiv xüsusiyyətlərini, istismar qaydalarını; texniki estetikanın və erqonomikanın əsaslarını; standartları, konstruksiya sənədləşdirilməsinin tərtibini; standartlaşdırmanın və patentləşdirmənin əsaslarını, hesablama işlərinin mexanikləşdirilmə vasitələrini; konstruksiya sənədlərinin surətinin çıxarılması və çoxaldılması işlərini; iqtisadiyyatın, əməyin və istehsalatın təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
12-ci dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; tamamlanmış təhsili olmaqla 1 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
13-cü dərəcə: 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; tamamlanmış təhsili olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
14-cü dərəcə: 9 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; tamamlanmış təhsili olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
15-ci dərəcə: 12 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; ali təhsildən sonra tamamlanmış təhsili olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
16-cı dərəcə: tamamlanmış təhsili olmaqla 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi və 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və elmi adı və 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.

KONSTRUKTOR
(aparıcı konstruktor da daxil olmaqla)


Əmək funksiyası. Avtomatik vasitələrdən istifadə etməklə elmi tədqiqat işlərinin nəticələrini texniki, mühəndis, laboratoriya sınaqları səviyyəsinə çatdırmaqla onların istehsalatda tətbiqini təmin edir. Elmi tədqiqat və təcrübə-konstruktor işlərinin, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, təhlükəsizlik texnikası normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini, eləcə də onların standartlaşmış vahid şəklə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin edir. Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin edir. Patent tədqiqatını aparır, sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir. Elmi tədqiqat və təcrübə-konstruktor layihələri üzrə texniki hesablamalar aparır və layihə olunacaq konstruksiyanın effektivliyini təhlil edir, konstruksiyaların istismarı üçün təlimat, onu aydınlaşdırıcı metodiki göstəriş, texniki səviyyə xəritəsi, sınaq üçün proqramlar, texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir. Elmi müəssisə və təşkilatlardan gələn elmi tədqiqat və təcrübə-konstruktor sənədlərini onlardan gələcəkdə layihələndirmə və elmi tədqiqat və təcrübə-konstruktor işlərində istifadə etmək məqsədi ilə öyrənir və təhlil edir. İşlənib hazırlanmış layihələri təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrin başqa bölmələri, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırır və onları iqtisadi cəhətdən əsaslandırır. Təcrübə üçün hazırlanmış nümunənin quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, sənaye nümunələrinin hazırlanması, ixtiralar üçün sifariş tərtib edilməsi, eləcə də konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə, vahid şəklə salınmasında və laboratoriya sınaqları səviyyəsinə çatdırmaqla onların istehsalatda tətbiqində iştirak edir. Standartların layihəsinə və səmərələşdirici təkliflərə rəy verir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; aidiyyəti hüquqi aktları; elm, texnika və ya iqtisadiyyatın inkişaf perspektivlərini; təşkilatın fəaliyyət sahəsi ilə əlaqədar elm və texnikanın nailiyyətlərini; elmi tədqiqat və təcrübə-konstruktor işlərini, layihələrin həlli yollarını və onların eksperimental sınaqların aparılmasında elmi metodlarını; problemlər üzrə təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr tərəfindən həyata keçirilən tədqiqat və həlletmə işlərinin nəticələrini; layihələndirmə sistemlərini və metodlarını; layihə olunan konstruksiyanın işlənmə prinsipini, quraşdırma və texniki istismar şərtlərini, onların istehsal texnologiyasını, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrinin perspektivlərini və texniki inkişafını; elmi müəssisə və təşkilatda istifadə olunan avadanlıq, alət və ləvazimatları; cizgilərin və başqa konstruksiya sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsini; konstruksiyalara qoyulan texniki tələbləri; layihələndirmənin avtomatik vasitələrini; konstruksiyanın qurulmasında texniki hesabat metodlarını; konstruksiyada istifadə olunan materialları və onların xüsusiyyətlərini; patent tədqiqatlarının aparılma qaydası və metodlarını; ixtiraçılığın əsaslarını; obyektlərin texniki səviyyəsinin təhlili metodlarını; layihələndirmə və quraşdırılma zamanı əməyin təşkilinə olan tələblərin əsaslarını; texniki estetika və bədii konstruksiya işinin əsaslarını; avtomatlaşdırılmış layihə sistemlərinin əsaslarını; analoji məhsulların layihələndirilməsində qabaqcıl təcrübələri; iqtisadiyyatın, əməyin və istehsalatın təşkilinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
11-ci dərəcə: 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
12-cidərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
13-cü dərəcə (aparıcı konstruktor): 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.

BAŞ MÜHƏNDİS

Əmək funksiyası. Elmi müəssisə və təşkilatların texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən edir. İstehsalatın elmi tədqiqatvə texniki hazırlıq səviyyəsinin yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə (xidmətlərə) maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir. Yeni texnika və texnologiyanın işlənib hazırlanması və elmi tədqiqatların tətbiqini təşkil edir. Elm və texnikanın müasir nailiyyətlərini, patent tədqiqatlara, həmçinin qabaqcıl təcrübələrə əsaslanaraq buraxılan məhsulun çeşidinin yaxşılaşdırılması, yeniləşməsi, prinsipcə yeni növ məhsul, texnika və texnologiya yaradılması, istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə işləri təşkil edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına işçilər tərəfindən riayət edilməsinə nəzarət edir. Yeni və fəaliyyətdə olan müəssisələrin yenidən qurulmasında əməyin təşkili üzrə tələblərə əməl olunmasını təmin edir. Yaradılan obyektlərin baş planlarının işlənməsində ən məqsədəuyğun mərhələlərinin və texniki-iqtisadı hesablamaların aparılmasını təmin edir. Elmi tədqiqatların yerinə yetirilməsi, layihə və proqramların işlənib hazırlanması, avadanlığın sınağı, istismarı və tətbiqi ilə bağlı lazımi tədbirlərin görülməsində, eləcə də texniki vasitələrin, sistemlərin, avadanlıq və materialların standartlaşması, elmi tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsində, müxtəlif texniki sənədlərə baxışda iştirak edir, rəy və təkliflər hazırlayır. Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənir və təhlil edir, onları ümumiləşdirir və sistemləşdirir. Texniki sənədləşmənin vaxtında hazır olmasını təmin edir. Sənədlərin patentləşdirməyə hazırlanması və lisenziya alınması işlərini təşkil edir. Elmi-tədqiqat, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji və ali təhsil müəssisələri ilə yeni texnika və texnologiyanın işlənib hazırlanması, müəssisələrin yenidən qurulması, avadanlıqların yenilənməsi, istehsal proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin işlənib hazırlanması üzrə müqavilələrin bağlanılması işini təşkil edir, onların yerinə yetirilməsinə nəzarət edir. Elmi müəssisə və ya təşkilatın texniki xidmət işçilərinə rəhbərlik edir. Elmi tədqiqatların və eksperimentlərin, yeni texnika və texnologiyanın sınaqdan keçirilməsini, elmi-texniki informasiyanı, təbliğatı, səmərələşdirici təklifləri və kəşfləri, qabaqcıl istehsalat təcrübəsini və yaradıcı təklifləri istiqamətləndirir. Elmi texniki qərarların (tapşırıqların) tətbiq edilməsi üzrə işin vacibliyini müdafiə edir, sənədlərin patentləşməyə hazırlanması və lisenziya alınması işlərini təşkil edir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktlarını; müəssisənin ixtisas və spesifik xüsusiyyətlərini, elm sahəsinin, elmi müəssisə və təşkilatların iqtisadi, texniki və sosial perspektivlərini, təsərrüfatçılıq və idarəetmə metodlarını; təsərrüfat fəaliyyəti üçün müqavilələrinin bağlanılması və icra edilməsi qaydalarını; elm və texnika sahəsində qabaqcıl təcrübəni və nailiyyətləri; iqtisadiyyatın, əməyin və istehsalatın təşkilinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
12-ci dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; tamamlanmış təhsili olmaqla 1 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
13-cü dərəcə: 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; tamamlanmış təhsili olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
14-cü dərəcə: 9 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; tamamlanmış təhsili olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
15-ci dərəcə: 12 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; ali təhsildən sonra tamamlanmış təhsili olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
16-cı dərəcə: tamamlanmış təhsili olmaqla 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi və 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və elmi adı və 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.

MÜHƏNDİS
(aparıcı mühəndis də daxil olmaqla)


Əmək funksiyası. Elmi tədqiqat və təcrübə-konstruktor işlərinin layihələndirilməsi və tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirir. Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təklifləri işləyib hazırlayır. Texniki-iqtisadi təhlil aparır, qəbul olunan və həyata keçirilən elmi tədqiqat işlərinin layihələrini kompleks şəkildə əsaslandırır. Elmi tədqiqatların yerinə yetirilməsi, layihə və proqramların işlənib hazırlanması ilə bağlı tədbirlərin görülməsində, eləcə də texniki vasitələrin, sistemlərin, avadanlıq və materialların standartlaşması üzrə işlərin görülməsində, müxtəlif texniki sənədlərə baxışda iştirak edir, rəy və təkliflər hazırlayır. Texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənir və təhlil edir, onları ümumiləşdirir və sistemləşdirir, müasir texniki vasitələrdən istifadə etməklə hesabatları aparır. Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərir. Texniki sənədlərin ekspertizasını, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət edir, daxili ehtiyatları üzə çıxarır, yol verilən çatışmazlığın və nasazlığın səbəblərini müəyyən edir, onların aradan qaldırılması tədbirlərini həyata keçirir. İxtiraçılıq, elm və texnikanın nailiyyətlərini, qabaqcıl təcrübəni elmi tədqiqat və təcrübə-konstruktor işlərini yerinə yetirərkən tətbiq edir, yaradıcılıq və səmərələşdiricilik meyllərini artırır.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktlarını; elmi müəssisə və təşkilatların fəaliyyəti ilə əlaqədar elm və texnikanın nailiyyətlərini; tədqiqat işlərini, layihələrin həlli yollarını və onların eksperimental və laboratoriya sınaqlarının aparılmasında elmi metodları; əlaqədar problemlər üzrə təşkilat tərəfindən həyata keçirilən tədqiqat və həlletmə işlərinin nəticələrini; işlənib hazırlanan və istifadə olunan texniki vasitələrin iş prinsipini, texniki və konstruktiv xüsusiyyətlərini; tədqiqat metodlarını, işin yerinə yetirilməsinin qayda və şərtlərini; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri; elm, texnika və iqtisadiyyatın inkişaf perspektivlərini, tədqiqatların və işlənib hazırlanmış işlərin iqtisadi səmərəsinin müəyyən edilməsini; texniki hesabatların aparılması metodlarını; elm və texnikanın nailiyyətlərini, müasir təcrübəni; iqtisadiyyatın, əməyin və istehsalatın təşkilinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
11-ci dərəcə: 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
12-ci dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
13-cü dərəcə (aparıcı mühəndis): 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.

BAŞ TEXNOLOQ

Əmək funksiyası. Kompleks elmi layihələrin texnoloji hissəsinin (bölməsinin) yaradılması üzrə işləri təşkil edir və bununla əlaqədar bütün elmi-texniki məsələlərin həllində iştirak edir. Layihənin bütün mərhələ və dövrlərində elmi tədqiqat və layihə işlərinin aparılmasına, həmçinin işlənən layihələrin texniki-iqtisadi əsaslandırılmasına rəhbərlik edir. Layihələndirilən elmi texniki tapşırıqların tərtib olunmasına rəhbərlik edir. Texnoloji proseslərin və avadanlıqların işlənməsi zamanı əməyin təşkili üzrə tələblərə əməl olunmasını təmin edir. Ən məqsədəuyğun hesab edilən layihə həllinin tapılmasını və bu məqsədlə əsaslandırmalar, tədqiqatlar və təcrübi yozmalar aparılmasını təşkil edir. Layihənin texnoloji hissəsinin (bölməsinin), onun digər hissələri (bölmələri) ilə əlaqələndirilən obyektlərin mənimsənilməsi və istehsalatda tətbiq edilərək istismara verilməsinə nəzarəti həyata keçirir. Layihələndirmə zamanı patent sənədləşdirilməsini, nümunəvi texnoloji proseslərin geniş tətbiqini, layihələrdə nəzərdə tutulan avadanlıqların, materialların qüvvədə olan standartlara, texniki normativ hüquqi aktların tələblərinə, milli məmulatların çeşidinə uyğun olmasını təmin edir. Texniki sənədləşmənin kompleksliyini təmin edir, hazırlanmış layihələrin yuxarı orqanlarda və ekspertiza orqanlarında müdafiə olunmasında iştirak edir. Ekspert və layihəni təsdiq edən təşkilatlar tərəfindən layihənin texnoloji hissəsinə (bölməsinə) edilən dəyişiklikləri imzalayır. Layihənin mərhələlər və dövrlər üzrə elmi-texniki hesabatlarının tərtib olunması işinə rəhbərlik edir. Məmulatların, məhsulun keyfiyyətinin yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, material sərfinin azaldılmasına yönəldilən təkliflərin işlənməsini təşkil edir. Analoji işlərin xarici təcrübəsini öyrənir. İşlənilən layihələrə aid səmərələşdirici təkliflər və ixtiralar üzrə rəy və təqdimatların hazırlanmasını təmin edir. İxtiraların və kəşflərin tərtib olunması üzrə təkliflər hazırlayır. Mütərəqqi, iqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisələrin məhsul buraxılışı rejimlərini işləyib hazırlayır. İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət edilməsini, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edir. Yeni maşın və mexanizmlərin, mexanikləşdirmə və avtomatlaşdırmanın istehsalata tətbiqi və sınaq işlərində, sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edir. Texnoloji işlərlə məşğul olan işçilərə rəhbərlik edir, onların fəaliyyətini istiqamətləndirir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktlarını; istehsalın texnoloji hazırlığı üzrə metodiki və normativ materialları; elm, texnika və ya iqtisadiyyatın inkişaf perspektivlərini, elmi müəssisə və təşkilatın fəaliyyəti sahəsi ilə əlaqədar elm və texnikanın nailiyyətlərini; tədqiqat işlərini, layihələrin həlli yollarını və onların eksperimental və laboratoriya sınaqların aparılmasında elmi metodlarını, əlaqədar problemlər üzrə təşkilat tərəfindən həyata keçirilən tədqiqat və həlletmə işlərinin nəticələrini; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; yeni texnikanın və texnologiyanın tətbiqinin iqtisadi səmərəliliyinin müəyyən edilməsi metodlarını; elm və texnikanın nailiyyətlərini, eyni tipli məhsul buraxan sahələrin qabaqcıl təcrübəsini; iqtisadiyyatın, əməyin və istehsalatın təşkilinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
12-ci dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; tamamlanmış təhsili olmaqla 1 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
13-cü dərəcə: 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; tamamlanmış təhsili olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
14-cü dərəcə: 9 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; tamamlanmış təhsili olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
15-ci dərəcə: 12 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; ali təhsildən sonra tamamlanmış təhsili olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
16-cı dərəcə: tamamlanmış təhsili olmaqla 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi və 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; elmlər doktoru elmi dərəcəsi və elmi adı və 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.

TEXNOLOQ
(aparıcı texnoloq da daxil olmaqla)


Əmək funksiyası.Elmi müəssisə və təşkilatlarda istehsalın texnoloji rejimini və texnoloji proseslərin avtomatlaşdırılmasını təmin edir. Avadanlığın yerləşdirilməsi, texniki təchizatı və iş yerlərinin təşkili planlarını tərtib edir. Texniki əsaslanmış vaxt (hasilat) normalarını, xətti və qovşaq qrafiklərinin işlənib hazırlanmasında iştirak edir. Materialların normativ xərclərini (xammalın, yarımfabrikatın, mal və materialın, alətlərin, texnoloji yanacağın, enerji sərfinin texniki normalarını), texnoloji proseslərin iqtisadi səmərəliliyini hesablayır. Elm və texnikanın nailiyyətlərinin mütərəqqi texnologiyasının tətbiqini, yığım sxemlərini, marşrut xəritələrini, texniki səviyyə və məhsulun keyfiyyət xəritəsini və başqa texnoloji sənədləri işləyib hazırlayır. İstehsalatda texnoloji prosesləri və rejimləri təshih etməklə bağlı texniki sənədlərdə dəyişikliklər edir. Texnologiya ilə nəzərdə tutulan qurğunun, ləvazimatın, xüsusi alətlərin layihələndirilməsi üzrə texniki tapşırıqları tərtib edir, idarə olunan proqramların işlənib hazırlanmasında, iş prosesində onların təshih edilməsində, proqramlarla iş üzrə təlimatın tərtibində iştirak edir. Yeni texnoloji proseslərin hazırlanması və istehsala tətbiq edilməsi üzrə eksperimental işlərin aparılmasında, ixtiralara və sənaye nümunələrinə sifarişlərin tərtibində, eləcə də əməyin təşkili, yeni texniki tapşırıqların işlənib hazırlanmasında, istehsal güclərinin istifadəsi, texnologiyanın təkmilləşdirilməsi üçün texniki təşkilati tədbirlərin işlənib hazırlanmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir. İstehsalatda texnoloji intizama riayət olunmasına və texnoloji avadanlığın düzgün istismarına nəzarət edir. İstehsal texnologiyası sahəsində qabaqcıl təcrübələri öyrənir, material sərfinin azalmasına, məhsulun əmək tutumunun aşağı salınmasına, əmək məhsuldarlığının artırılmasına istiqamətlənmiş tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Məhsulun texniki nəzarəti və sınaq metodlarını işləyib hazırlayır. Patent və lisenziya pasportlarının tərtibində, avadanlığın və sənaye nümunələrinin sifarişində iştirak edir. Texnologiyanın təkmilləşdirilməsi ilə bağlı elmi təklifləri nəzərdən keçirir və ondan istifadə olunmasının məqsədəuyğunluğuna rəy verir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; elmi müəssisə və təşkilatın fəaliyyət sahəsi ilə bağlı elm və texnikanın nailiyyətlərini; tədqiqat işlərini, layihələrinin həlli yollarını və onların eksperimental və laboratoriya sınaqlarının aparılmasında elmi metodları; əlaqədar problemlər üzrə təşkilat tərəfindən həyata keçirilən tədqiqat və həlletmə işlərinin nəticələrini; məhsulun tərkibinə aid olan layihələndirilmiş texnoloji prosesi; istehsalın texnologiyasını; müəssisənin texniki inkişaf perspektivlərini; texnoloji proseslərin və istehsal rejiminin layihələndirmə sistemləri və metodlarını; əsas texnoloji avadanlığı və onun işləmə prinsipini; layihələndirmə sahəsində ölkədaxili və xarici texnologiyanın analoji texniki və texnoloji xüsusiyyətlərini və iqtisadi göstəricilərini; eyni tipli texnoloji prosesləri və istehsal rejimlərini; standartları və texniki şərtləri; xammalın, materialın, yanacaq və enerjinin sərfi normativlərini; texnologiya obyektivlərinin texniki səviyyəsinin təhlili metodlarını; proqramlaşdırmanın əsaslarını; texnoloji proseslərin layihələndirməsi zamanı əməyin təşkilinə tələbləri; texniki sənədlərin işlənib hazırlanması və rəsmiləşdirilməsini; analoji məhsulların istehsalında, proqressiv texnologiya sahəsində müəssisələrin qabaqcıl təcrübəsini; iqtisadiyyatın, əməyin və istehsalatın təşkilinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
11-ci dərəcə: 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
12-ci dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
13-cü dərəcə (aparıcı texnoloq): 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.

ASSİSTENT

Əmək funksiyası. Elmi şöbənin (bölmənin) işinin təkmilləşdirilməsini təmin edir. Elmi müəssisə və təşkilatın bölmələrinin fəaliyyətinə aid olan sənədləri nəzərdən keçirir.Elmi informasiyanın toplanılmasını, təhlilini, saxlanılmasını və yayımlanmasını həyata keçirir. Elmi müəssisə və təşkilatın fəaliyyət sahəsi ilə əlaqədar elm və texnikanın nailiyyətlərini, şöbəyə aid sənəd və materialların komplektləşdirilməsini təmin edir, onları sinifləşdirir və sistemləşdirir. Xidməti sənədləri rəhbərə məruzə etmək üçün sistemləşdirir. Müəyyən edilmiş kargüzarlıq işlərini aparır. Rəhbərin tabelikdəki struktur bölmələrə verdiyi göstərişlərin uçotunu aparır və nəzarətdə saxlayaraq onların icrasını rəhbərə məruzələr edir. Elmi işlərin yerinə yetirilməsi ilə əlaqədar məsələlərin müzakirəsində iştirak edir. İş planına uyğun olaraq məlumatların və materialların rəhbərə çatdırılmasını təmin edir. Rəhbərin göstərişlərini icraçılara çatdırır, icra müddətinə nəzarət edir və nəticəsi barədə rəhbərə məlumat verir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm, texnika və ya iqtisadiyyatın inkişaf perspektivlərini; elmi müəssisə və təşkilatın fəaliyyət sahəsi ilə əlaqədar elm və texnikanın nailiyyətlərini; işgüzar məktubların tərtib edilməsi, sənədlərin saxlanılması, axtarılması və məlumat-sorğu materiallarının verilməsi qaydalarını; texniki vasitələrdən və kompüterdən istifadə qaydalarını; əməyin təşkilini; müəlliflik hüququnu; əmək qanunvericiliyinin əsaslarını;müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: magistr elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan müvafiq sahə üzrə ali ixtisas təhsili.
11-ci dərəcə 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
12-ci dərəcə: assistent vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

3. MÜTƏXƏSSİSLƏR

BAŞ MÜTƏXƏSSİS


Əmək funksiyası. Elmi müəssisə və təşkilatın struktur bölməsində (şöbəsində, sektorunda və s.) nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təşkil edir. Struktur bölmənin fəaliyyəti üzrə aidiyyəti işləri, elmi tədqiqat işlərinin aparılmasında, layihələrin və proqramlarının işlənməsində əlaqələndirməni təşkil edir. Struktur bölmənin işçilərinə metodiki köməklik göstərir. Struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən elmi tədqiqat və layihə işləmələrində müəyyən tapşırıqları yerinə yetirir. Struktur bölmənin işinin təkmilləşdirilməsi və səmərəli qurulması üçün təkliflər verir. Elmi informasiyanın toplanılması, təhlili, saxlanılması və yayımlanması işlərini yerinə yetirir. Tematik mövzunun müəyyən hissələrini işləyir, elmi, iqtisadi, texniki, ictimai-siyasi və başqa istiqamətlər üzrə məlumatın, xüsusi ədəbiyyatın, normativ hüquqi aktların toplanılması, mövzu üzrə xarici ölkələrin elmi müəssisə və təşkilatlarından aidiyyəti materialların əldə edilməsi işlərini aparır. Seminar, konfrans və yığıncaqların keçirilməsi üçün təşkilatı işləri yerinə yetirir və materialların toplanmasına nəzarət edir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktlarını və digər aidiyyəti hüquqi aktları; məlumat toplamaq və almaq üçün texniki informasiya vasitələrdən istifadə qaydalarını; işgüzar məktubların tərtib edilməsini, sənədlərin saxlanılması, axtarılması və məlumat əldə etmək üçün sorğunun verilməsi qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ixtisası üzrə ali təhsil.
12-ci dərəcə: 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
13-cü dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
14-cü dərəcə: 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
15-ci dərəcə: 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.

MÜTƏXƏSSİS
(aparıcı mütəxəssis də daxil olmaqla)


Əmək funksiyası. Elmi müəssisə və təşkilatın struktur bölməsində (şöbəsində, sektorunda və s.) müəyyən bir sahə üzrə elmi tədqiqat işlərinin aparılmasında iştirak edir. Struktur bölmədə aparılan elmi tədqiqat işlərində iştirak edir və aidiyyəti tapşırıqları yerinə yetirir. Elmi informasiyanın toplanılmasına, təhlilinin aparılmasına və yayımlanmasını kömək edir. Tematik mövzunun müəyyən hissələrini işləyir, elmi, iqtisadi, texniki, ictimai-siyasi və başqa istiqamətlər üzrə məlumatın, xüsusi ədəbiyyatın, normativ hüquqi aktların toplanılması, mövzu üzrə xarici ölkələrin elmi müəssisə və təşkilatlarından aidiyyəti materialların əldə edilməsi işlərini aparır. Struktur bölmədə müəyyən edilmiş kargüzarlıq işlərini aparır. Seminar, konfrans və yığıncaqların keçirilməsi üçün təşkilatı işləri yerinə yetirir və materialların toplanmasına kömək edir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan hüquqi aktlarını və digər aidiyyəti hüquqi aktları; məlumat toplamaq və almaq üçün texniki informasiya vasitələrdən istifadə qaydalarını; işgüzar məktubların tərtib edilməsini, sənədlərin saxlanılması, axtarılması və məlumat əldə etmək üçün sorğunun verilməsi qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ixtisası üzrə ali təhsil.
8-ci dərəcə: əmək stajına tələb qoyulmadan;
9-cu dərəcə: ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı;
10-cu dərəcə: ixtisası üzrə 4 ildən az olmayaraq əmək stajı;
11-ci dərəcə (aparıcı mütəxəssis): ixtisası üzrə 6 ildən az olmayaraq əmək stajı;

MÜƏSSİSƏ (TƏŞKİLAT) RƏHBƏRİNİN KÖMƏKÇİSİ

Əmək funksiyası. Elmi işin yerinə yetirilməsinin bütün mərhələ və dövrlərində kompleks layihələrin hazırlanmasında iştirak edir. Tapşırıqların və təkliflərin tərtib olunmasını, təsdiq olunmuş tematik iş planı üzrə tapşırıqların icra üçün bölmələrə verilməsini təmin edir. Rəhbərliyə razılaşdırılmaq üçün verilən materialları toplayır və təsdiq edilmək üçün rəhbərliyə təqdim edir. Elmi işlərin yerinə yetirilməsi ilə əlaqədar məsələlərin müzakirəsində iştirak edir. Tematik iş planına uyğun olaraq məlumatların və materialların rəhbərə çatdırılmasını təmin edir. Rəhbərin göstərişlərini icraçılara çatdırır, onların icra müddətinə nəzarət edir və nəticəsi barədə rəhbərə məlumat verir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan müvafiq normativ hüquqi aktları; elm, texnika və ya iqtisadiyyatın inkişaf perspektivlərini; elmi müəssisə və təşkilatın fəaliyyət sahəsi ilə əlaqədar elm və texnikanın nailiyyətlərini; istehsal texnologiyasının əsaslarını; texniki sənədlərin hazırlanması və tərtib olunması üzrə qaydaları; texniki-iqtisadi əsaslandırmaların və layihə-konstruktor işlərinin iqtisadi səmərəlilik hesablamalarının tərtib olunma qaydalarını; layihə-konstruktor işləri üzrə əməyin təşkili tələblərini; texniki vasitələrdən və kompüterdən istifadə qaydalarını; əməyin təşkilini; müəlliflik hüququnu; əmək qanunvericiliyinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ixtisası üzrə ali təhsil.
12-ci dərəcə: 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
13-cü dərəcə: 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
14-cü dərəcə: 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əlavə təhsili olmaqla 5 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.

LABORANT
(böyük laborant da daxil olmaqla)


Əmək funksiyası. Tədqiqat və işlənmələrin aparılmasında laboratoriya analizləri, sınaq, ölçü və başqa növ işləri yerinə yetirir. Təsdiq olunmuş iş proqramlarına uyğun olaraq tədqiqat prosesinə lazım olan materialların toplanmasında və işlənməsində iştirak edir. Laboratoriya avadanlığının saz olmasına diqqət yetirir. Avadanlığı (cihazları, aparatları) təcrübələr aparılması üçün hazırlayır, təlimata və digər texniki sənədlərə uyğun olaraq sazlığını yoxlayır. Sadə tənzimləmə işlərini yerinə yetirir. Təcrübələrin yerinə yetirilməsində iştirak edir. Hazırlıq işlərini, köməkçi əməliyyatları həyata keçirir, müşahidələr aparır, cihazların göstəricilərini qeydə alır, iş jurnalını aparır. Elmi müəssisə və təşkilatın struktur bölmələrinin əməkdaşlarına iş üçün avadanlıqları ayırır, onları material və reaktivlərlə təchiz edir. Metodiki materiallara uyğun olaraq təhlil aparır, sınaqları, ölçülərin nəticələrini işləyir, sistemləşdirir və tərtib edir, uçotunu aparır. Texniki sənədlərdə müəyyən olunmuş tapşırığa uyğun olaraq elmi ədəbiyyat mənbələrindən, məlumat nəşrlərindən məlumatları seçib toplayır. Aparılan tədqiqat və təcrübələrlə əlaqədar müxtəlif hesablama və qrafik işləri yerinə yetirir. Şöbənin (bölmənin, laboratoriyanın) yerinə yetirdiyi işlər üzrə texniki sənədlərin tərtibində və hazırlanmasında iştirak edir.
Bilməlidir: “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan müvafiq hüquqi aktları; işin tematikası üzrə normativ və məlumat xarakterli materialların təhlilini, sınaqların və digər tədqiqat növlərinin aparılması metodlarını; işlənən texniki sənədlərin mövcud standartlarını və texniki şərtlərini, onların hazırlanması qaydalarını; laboratoriya avadanlığını, nəzarət-ölçü aparatlarını və onların istismar qaydalarını; texniki hesablamaların, hesablama və qrafik işlərin yerinə yetirilməsinin metod və vasitələrini; hesablama texnikasının istismarı qaydalarını; əməyin təşkilinin əsaslarını; iqtisadiyyatın, əməyin və istehsalatın təşkilinin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
4-cü dərəcə: əmək stajına tələb qoyulmadan ümumi orta təhsil;
5-ci dərəcə: ümumi orta təhsil və 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili;
6-cı dərəcə: ümumi orta təhsil və 3 ildən az olmayaraq ixtisası üzrə əmək stajı; orta ixtisas təhsili və 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, əmək stajına tələb qoyulmadan natamam ali təhsil.
7-ci dərəcə (böyük laborant): orta ixtisas təhsili və ixtisası üzrə 4 ildən az olmayaraq əmək stajı və ya bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ixtisası üzrə ali təhsil.
8-ci dərəcə (böyük laborant): bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ixtisası üzrə ali təhsil və 1 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;
9-cu dərəcə (böyük laborant): bakalavriat təhsil səviyyəsi və ya bu təhsil səviyyəsi tətbiq edilənədək ixtisası üzrə ali təhsil və 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı.


Bookmark and Share