Search

Axtarış

Bakı Dövlət Universitetinin sahibliyi ilə 1999-2009-cu illərdə

alınmış ixtiraya aid patentlərin siyahısı qısa annotasiyası

Patentin nömrəsi

Patentin adı

İxtiraçının soyadı, a.a.

1

2

3

4

1

İ990089

İkifazalı sistemlər

İxtira biotexnologiya və tibbi diaqnostikaya aiddir. Təcrübələr göstərmişdir ki, polimer polimer-qeyri-üzvi ikifazalı sistemlərinə nisbətən bəzi üstünlüklərə malikdir (fazalara ayrılma sürətinə, iqtisadi, ayırma qabiliyyətlərinə görə və s.). Bu metoddan həm də tibbi diaqnostikada bəzi xəstəliklərin (qanda dəyişikliklər müşahidə olunan xəstəliklərin) ilkin diaqnozunu vermək üçün istifadə oluna bilər.

Fizika Problemləri ETİ, bioloji sistemlər fizikası şöbəsi

Məsimov E.Ə.,

Abdürəfiyev N.H.,

Bağırov T.O.

2

İ990123

Azotlu üzvi gübrənin alınma üsulu

İxtira biologiya, konkret olaraq kənd təsərrüfatı sahəsinə aiddir. Mövcud gübrələrlə torpağa verilən azotun 30-35%-nin itirilməsi ilə torpağa verilən azotun azaldığını və ekoloji cəhətdən təhlükəli olduğunu nəzərə alıb bitki mənşəli üzvi qalıqlar əsasında analoqu olmayan azotlu üzvi gübrənin (R-H) işlənib  alınma üsulu hazırlanmışdır.

Biologiya fakültəsi, mikrobiologiya kafedrası

Əhmədov Ə.R.,

Mustafayeva Z.R.

3

İ20010149

Karbonatlı süxurlardan münbit torpağın alınma üsulu

İxtira biologiya, konkret olaraq kənd təsərrüfatı sahəsinə aiddir. 1965-ci ildə hər adama 0,95 hektar uyğun gələn münbit torpaq sahəsinin 2000-ci ildə hər 5-6 nəfərə qədər və XXI-ci əsrin ikinci on ilində 8-10 nəfərə qədər  azaldığı müşahidə olunur. Ərzaq qıtlığını nəzərə alaraq torpaq kimi istifadə olunmayan karbonatlı süxur və qumlu sahələrin münbit torpağa çevrilməsi üsulu işlənib hazırlanıb.

Biologiya fakültəsi, mikrobiologiya kafedrası

 

Əhmədov Ə.R.,

Kurina T.A.

 

4

İ20010133

Yarımkeçirici Rasim diodu

İxtira elektronika sahəsinə, konkret olaraq yarımkeçirici diskret cihazların və inteqral mikrosxemlərin yaradılması və istehsalı sahəsinə aiddir. Bu, elektrik sahəsinin təsirilə yaranan potensial çəpər diodan əks cərəyanın keçməsinə imkan vermiş və həm metal yarımkeçirici kontaktı, həm də r-p keçidi heterokeçid və digər potensial çəpərli strukturlar üçün xarakterik olan periferiya effektlərinin mənfi təsirini aradan qaldırır.

Optika molekulyar fizika kafedrası

 

Məmmədov R.Q.

5

İ20000059

Partativ məişət ozonatoru

İxtira suyun təmizlənməsinə və konkret olaraq ekologiya sahəsinə aiddir. Müasir konstrutiv köməyilə yaradılmış TADJ-01 ozonatoru vasitəsilə içiləsi və çirkab suları bakteriyalardan və viruslardan təmizləmək, suyun xoşagəlməz iyini və dadını götürmək, rəngini şəffaflaşdırmaq üçün hər litrə 2-3 ml/q ozon qatmaqla həyata keçirmək olar.

Fiziki elektronika kafedrası

 

Davudov İ.B.,

Məmmədov N.Ə.,

Davudov B.B.

6

İ20000060

Çoxelementli boruşəkilli ozonator

İxtira suyun təmizlənməsinə və konkret olaraq ekologiya sahəsinə aiddir Ozonatorun çıxış elementlərin formasını və qatılığını dəyişməklə onu təbabətdə, yeyinti və kimya sənayesində istifadə etmək olar. Cəmi 15 dəqiqə müddətində O3 parçalanaraq molekulyar və atomar oksigenə çevrildikdən sonra onun heç birinin zərəri ola bilməz.

Fiziki elektronika kafedrası

 

Mehdiyev A.Ş.,

Nizamov T.İ.,

Məmmədov N.Ə.,

Davudov İ.B.,

Davudov B.B.

7

İ 2003 0010

Şottki diodlarının periferi­ya cərəyanlarının ölçülməsi

Uxtira elektronika sahəsinə, konkret olaraq yarımkeçirici qurğuların və inteqral mikrosxemlərin elektrofiziki parametrlərini ölçülməsinə aiddir.

İxtiranın məqsədi kontaktın daxili oblastı vasitəsilə keçən cərəyanın tezlik təsirini artırmaq yolu ilə şottki diodlarının periferiik cərəyanlarının ölçülməsindən ibarətdir. Periferiya qapanması üsulu ilə sıxlığın statistik təhlili əsasında şottki diodunun periferiya cərəyanlarının ölçülməsi üsulu təklif edilir.

Optika moleku­lyar fizika kafed­rası­

 

Məmmədov R.Q.

8

İ 2003 0012

Şottki diodunda effektiv kontakt sahə­sinin ölçülməsi

Uxtira elektronika sahəsinə, konkret olaraq yarımkeçirici qurğuların və inteqral mikrosxemlərin parametrlərinin ölçülməsinə aiddir.

İxtiranın məqsədi bilavasitə cərəyan keçən şottki diodlarının effektiv kontakt sahələrinin ölçülməsindən ibarətdir. Şottki diodlarının effektiv kontakt sahəsinin ölçülməsi üsulu təklif edilir ki, burada da periferiya cərəyanlarının statistik xətti sıxlığı istifadə olunur.

Onlar şottki diodlarının ayrı-ayrılıqda ümumi və periferiya cərəyanlarının kontakt sahələrinin ölçülməsinə imkan verir.

Optika molekulyar fizika kafed­rası

 

Məmmədov R.Q.

9

İ 2003 0024

Passiv səthlərdə adsorb­si­ya olunmuş metal

adacıq­ların sahəsinin təyini üsulu

İxtiranın məqsədi passiv səthlərdə submonosəthli metal plyonkasının tutduğu səhanin müəyyən edilməsi həssaslığının və etibarlılığının yüksəldilməsindən ibarətdir. Qarşıya qoyulmuş məqsədə C3Cl molekulun səthinin adsorbsiyası və sonralar onun C3 ionu ilə disorbsiya edilməsi ilə nail olunur. İxtiranın fərqləndirici əlaməti aktiv və passiv səthlərdə Cs3Cl molekulunun dissosiasiyasıdır ki, bu da passiv səthlərdə mettalik adacıqların sahəsinin təyin edilməsinə imkan verir.

Ümumi fizika kafedrası

 

Nəsrullyaev N.M.

10

İ 2003 0054

Neftin susuzlaşdırılması üsulu

İxtira neftin emala hazırlanması sahəsinə, konkret olaraq neftin mədən qurğularında hazırlanmasında, neftayırma zavodlarında neftin dərin susuzlaşdırılması prosesində istifadə oluna bilər.

İxtiranın məqsədi neftin susuzlaşdırılmasında yüksək səmərəli deemulsasiyaya malik olan deemulqatorun vasitəsilə nisbətən aşağı temperaturlarda aparılmasıdır.

Məqsədə nail olmaq üçün tərkib hissə kimi enoksid qətranı (5,0-12,6 çəki hissəsi), furan (88,0-94,0 çəki hissəsi), yayıcı natrium (0,6-2,0 çəki hissəsi) qarışığı götürülür.

Yüksək molekullu birləşmələr kimyası kafedrası

AMEA-nın Qeyri-üzvi fiziki kimya institutu ilə birgə

Abdinova A.B.,

Axundova Z.Ə.,

Əliyeva R.Ə

11

İ 2003 0057

Dəmir tərkibli dənəvərlərin reduksiya prosesində çatların qarşısının alınması üsulu

İxtira ovuntu metallurgiyasına, konkret halda dəmir yanığından davamlı dənəvərlərin alınması və sonralar onların təbii qazla konversiya edilməsi prosesinə aiddir.

Üsulun əsas yeniliyi ondan ibarətdir ki, dəmir yanığından fluslaşdırılmış dənəvərlər alınır. Proses belə icra edilir: qatışıq betonit və texniki natrium karbonat məhlulundan dəmir yanığı kütlə miqdarına müvafiq olaraq 3,003% və 0,001% istifadə edilir, davamlı dənəvərlər isə 6000C hərarətdə yandırılır. Doydurulmuş dənəvərlər NaOH məhlulunda və mikrobaytın Mg3H4SO3 iştirakı ilə 7000C hərarətdə reduksiya edilir.

ETH-nin Patent-lisenziya Şöbəsi

 

Həsənov E.Ş

12

İ 2003 0062

Konqlomeratlarda qızıl səpinti

yataqlarının ax­ta­rış üsulu

İxtira faydalı qazıntı yataqlarının axtarışına, konkret olaraq konqlomeratlarda iri ehtiyatlı qızıl yataqlarının axtarışı üsuluna aiddir. Kontinental molass çökəkliklərindəki terrigen qırıntılı dəstələrə bölünür və müxtəlif konqlomerat növləri ayrılır, onlardan nümunələr götürülür, tavada (latokda) yuyulur və sərbəst qızılın miqdarı təyin edilir. Adi gözlə görünən sərbəst qızılın miqdarına görə kontinental molass çökəkliklərində qızıl səpinti yataqlarının axtarışı üçün etibarlı və perspektivli ərazilər yüksək dəqiqliklə müəyyən edilir.

Qızıl səpinti yataqlarının proqnozu axtarışı ETL

 

Məmmədov E.Ə.

13

İ 2003 0081

Dəmirin birbaşa reduksiyası üçün qurğu

İxtira ovuntu metallurgiyası, konkret olaraq dəmir                   yanığının tullantılarından konversiya edilmiş təbii qaz reduksiyası vasitəsilə dəmir pudrasının alınmasına aiddir.

Məqsəd tullantı qazında olan hidrogenin istifadəsi əsasında dənəvər dəmir yanığından dəmir pudrasının alınmasından ibarətdir. Məqsədə dəmirin birbaşa reduksiyası qurğusu vasitəsilə nail olunur. Qurğu qaz xəttindən, reometrdən, saturatordan, konverterdən, sututucu siklondan, şaquli şaxta reaktorundan, tozu tutan və zərərli qatışıqları yuyan siklondan ibarətdir. İxtirada qurğunun konstruksiyası qrafiki olaraq verilmişdir.

ETH-nin Patent-lisenziya Şöbəsi

 

Həsənov E.Ş

14

İ 2003 0214

Temperatur qradiyentini cəsəddə təyin edən qurğu

İxtira termometriyaya aid olub, tibbi və təcrübi biologiyada, insan və heyvanların qeyri-təbii ölüm vaxtını təyin etmək üçündür. İxtirada konstruktiv elementləri və hazırlanma texnologiyası təfsilatı ilə verilən bu qurğu insan aə heyvan cəsədinin temperatur qradiyentini müəyyən zaman anında təyin etməklə canini daha az seçimlə tapmağa imkan yaradır.

Radiasiya onun ətraf mühüitə təsiri ETL

 

Musayev R.Ə.

15

İ 2003 215

Kükürdlü dəmir pudrasının alınması üsulu

onu təyin edən qurğu

İxtira ovuntu metallurgiyası sahəsinə, konkret olaraq dəmir yanığından konversiyalaşdırılmış və təbii qazla reduksiya edilmiş dəmir pudrasının alınması üsuluna, həmçinin onu təmin edən qurğuya aiddir.

İxtiranın məqsədi ondan ibarətdir ki, təbii qaz reduksiya edilməmişdən əvvəl sərbəst kükürd və kükürd birləşmələrindən təmizlənir, ardıcıl şəkildə buraxılan birinci, ikinci və üçüncü aminospirt məhlulu vasitəsilə üç mərhələdə udulur. İxtirada təsvir edilən qurğu saturatordan, dəmir yanığı tullantılarını reduksiya edən qurğudan, qazın təkrar dövretmə sistemindən, mexaniki qatışığı və tozu tutmaq üçün siklonlardan və əlavə olaraq udulmanı təmin edən qarışdırıcıdan ibarətdir.

 

ETH-nin Patent-lisenziya şöbəsi

 

Həsənov E.Ş

16

İ 2003 0216

Gümüş tərkibli lehim

İxtira qeyri-üzvi kimya sahəsinə, əlvan metallurgiyaya konkret olaraq mis, mis əsaslı xəlitələr və paslanmayan polad hissələrini bir-birinə qaynaq etmək üçün sənayedə, məsələn, soyuducu və kompressorlar istehsalında geniş istifadə olunan gümüş tərkibli lehimin alınması üsuluna aiddir. Gümüş tərkibli lehimi almaq üçün inqridentlər aşağıdakılardır: gümüş, kadmium, sink, bor, nikel, manqan, sirkonium, mis. İxtirada onların lehimdə istifadə faizi göstərilmişdir.

Ümumi qeyri-üzvi kimya kafedrası

 

İsmayılov Z.İ.,

Babanlı M.B.,

Eynullayev A.V. və b.

17

İ 2004 0012

İnsan orqanizmində temperatur şüalanmasının paylanmasını təyin edən qurğu

Temperatur paylanmasının dəyişməsini ölçən məlum qurğularda ilk qeydedici rolunu maye xolesterin və infraqırmızı optik kristallar oynayır. Patent əsasında təklif edilən bu qurğuda termohəssas element rolunu xüsusi kristal kəsikli termorezanator yerinə yetirir. Bu qurğunun həssaslığı mövcud qurğuların həssaslığından bir tərtib yüksəkdir.

Qurğu tibbdə, təcrübi fiziologiyada və məişətdə diaqnostika məqsədi üçün istifadə edilə bilər. Qurğunun iş prinsipi bədəndə simmetrik olaraq 2 qeydedici vasitəsilə temperatur differensiyasının vahid zamanda dəyişməsinə əsaslanır. Təklif edilən qurğunun digər analoji qurğulardan fərqi ondan ibarətdir ki, müxtəlif orqanlarda temperatur differensiyasını vahid zamanda ölçə bilir.

Radiasiya onun ətraf mühüitə təsiri ETL

 

Musayev R.Ə.

18

İ 2004 0065

Bismut telluridi əsasında termoelektrik material

İxtira qeyri-üzvi materialşünaslığa, konkret halda orta temperatur (300-900 K)  oblastında işləyən termoelemntlərin hazırlanması üsuluna aiddir.

İxtiranın məqsədi bismut telluridi (Bi2Te3) əsasında 273-750K0 temperatur intervalında işləyən səmərəli materiallar almaqdan ibarətdir. Bi2Te3 birləşməsinə aşağıdakı miqdarda Ce2Te3 əlavə edilir. Bi2Te3 – 99,5  - 94,  Ce2Te3 – 0,3 – 6.

Metalkompleks katalizatorları ETL

 

Sadıqov F.M.,

Babanlı M.B.,

Əlicanov M.Ə. və b.

19

İ 2004 0096

Yapışqan kompozisiyası

İxtira yüksəkmolekullu birləşmələr kimyasına, konkret olaraq maşınqayırma, cihazqayırma və ayaqqabı istehsalında istifadə oluna bilən yapışqan kompozisiyalarına aiddir.

İxtiranın məqsədi kiçik bərkimə vaxtına, polad və müxtəlif polimer substratlarına nisbətən yüksək adgeziyaya malik neft-kimya xammal əsasında yapışqan kompozisiyasının alınmasıdır.

Qarşıya qoyulmuş məqsədə onunla nail olunur ki, təklif edilən yapışqan kompozisiyası enoksid dian qətran ED-20-dən heksamatilandinzosianat və etilendieminin əsasında kənar izosianat qrupları olan oliqouretandan, modifikatordan-(1) formullu olqomerdən və bərkidici kimi «PEPA» (polietilen-poliamindən) ibarəntdir.

Yüksək molekullu birləşmələr kimyası kafedrası

Abdinova A.B.,

Nəzərov Ş.İ.,

Həsənova C.Ə.

20

İ 2004 0104

Quyuların qazılması söndürülməsi

üçün hidrofob-emulsion məhlul

İxtira neft sənayesinə, xüsusilə quyuların qazılması və söndürülməsi zamanı istifadə edilməsi mümkün olan hidrofob-emulsion məhlullara aiddir.

İxtiranın məqsədi məhlulun aqreqativ dayanıqlılığının artırılması və özüllüyünün azaldılmasıdır.

Qoyulan məqsədə nail olunur ki, neft, emulqator və dəniz suyundan ibarət olan quyuların qazılması və söndürülməsi üçün hidrofob-emulsion məhlul, ixtiraya görə komponentlərin növbəti nisbətində emulqator kimi etilendiamin tetrasirkə turşusunun tetra və ya oktaetanolaminin saxlayır, həcmi %: neft – 9,85 – 49,9 etilenziamintetrasirkə turşusunun tetra və ya oktaetanolamidi – 0,05-0,2, dəniz suyu 0 50-90.

Yüksək molekullu birləşmələr kimyası kafedrası

 

Abdinova A.B.,

Əliyeva R.Ə.,

Axundova Z.A.

21

İ 2004 0127

Təsviralan qurğu

İxtira optik informasiyaları qeyd edən qurğular sisteminə, qismən optik təsvirlərin infraqırmızı spektrlərin çeviricisi olan fotoqrafik qurğulara aiddir.

İxtiranın məqsədi spektrin diapazonunun həssalığını uzaq UQ-oblastına və radiodiapazonuna qədər genişləndirmək, həssaslığı artırmaq, real ölçü zamanında təsvirlərin müşahidəsinin mümkünlülüyünü təmin etmək ayırdetmə qabiliyyətini artırmaq, onun çox uguz başa gəlməsi üçün yüksək voltlu gərginlik mənbəyini aradan götürüb, qurğunu sadələşdirməkdir.

Fizika Problemləri ETİ

 

Lebedova N.N.,

Ağasiyev A.A.,

Axundov Ç.Q. və b.

22

İ 2004 0191

Varistorların hazırlanması üçün tərkib

İxtira elektronika və energetika sahəsinə, konkret olaraq elektrik şəbəkəsi və stansiyalardakı qurğuları, sənaye və məişət elektrik cihazlarını kommutasiya xarakterli gərginlik sıçrayışlarından, ildırımvurma zamanı əmələ gələn artıq yüklənmə gərgiliyindən qorumaq və həmçinin şəbəkədə gərginlik və cərəyanı stabilləşdirmək məqsədilə istifadə edilən, sink oksid əsaslı çoxkomponentli varistorların alınmasınna aiddir. Əsas məqsəd varistor materialının tərkibini dəyişməklə daha yüksək qeyri-xəttilik əsasına  nail olmaqdır.

Metalkompleks katalizatorları ETL

 

Allazov M.R.,

Həsənli Ş.M.,

Həmidov R.H.

23

İ 2005 0035

Qaz mühitində ikiatomlu molekulların elektrik

dipol momentinin təyini üsulu

İxtira molekulyar fizika sahəsinə, konkret olaraq ikiatomlu molekulların məxsusi elektrik dipol momentinin eksperimental təyininə aiddir. Burada əsas məqsəd qaz mühitində ikiatomlu molekulların təyin olunmasının dəqiqliyini artırmaqdır.

İxtiranın əsas mahiyyəti polyar qazın istilik tutumunun elektrik sahəsi olmayanda və elektrik sahəsi olanda otaq temperaturunda ölçməkdən ibarətdir. Molekulun elektrik dipol momenti, onunla istənilən tutumunun nisbət dəyişməsi, elektrik sahəsi və temperatur arasında analitik münasibətdən istifadə edilərək tapılır.

Bərk cisimlər fizikası kafedrası

 

Əsgərov B.M.

24

İ 2 005 0057

3,4-Dibrom-2,5-dimetiltiofen-1- monooksidin

alınma üsulu

İxtira üzvi sintez sahəsinə, konkret olaraq tiofen-1-monooksidin törəmələrinin alınmasına aiddir.

İxtiranın məqsədi prosesin temperaturunu aşağı salmaq və tiofen-1-monooksid törəmələri əsasında çıxımını artırmaqdan ibarətdir. Məqsədə 3,4-Dibrom-2,5-dimetiltiofen-1-monooksidinhidrogen-peroksidlə oksid-ləşməsindən tiofenin törəmələrini almaq üçün prosesin 50-550C temperaturda metil spirti müşahidə tərkibində üçvalentli dəmir ionu olan koordinator etilendiamintetrasirkə turşusunun Al2O3 üzərinə çökdürülmüş katalizator iştirakı ilə aparılması ilə nail olunur.

Üzvi kimya kafedrası

 

Məhərrəmov A.M.

Nağıyeva İ.T.,

Allahverdiyev M.Ə

25

İ 2005 0103

Misin fotometrik təyini üsulu

İxtira analitik kimya sahəsinə, konkret olaraq mis (II) ionunun alüminium əsaslı ərintilərdə, neyft şlamlarında, təbii və sənaye obyektlərində istifadə oluna bilər.

İxtiranın məqsədi mis (II) ionun təyinində seçiciliyin, həssaslığının və ekstresliyin artırılmasıdır.

Mis (II) ionunu difenilquanidin (DFQ) iştirakı ilə 3-[2-hidrogen-3-sulfo-5-nitrofenilazo] pentadion-2,4(R)-lə fotometrik təyin etməklə məsələ həll edilir.

Analitik kimya kafedrası

 

Əliyeva R.Ə.,

Hacıyeva S.R.,

Çıraqov F.M. və b

26

İ 2005 0142

Fosforturşu qruplu-OP(OH)2 sorbentlərinin

alınması üsulu

İxtira sintetik yüksəkmolekullu birləşmə tərkibli bərk sorbentlərə aiddir və ağır, əlvan, nadir, nəcib materialların müxtəlif sulardan sorbsiyası sahəsində tətbiq edilə bilər.

Üsulun mahiyyəti ondan ibarətdir ki, fosforturşu qruplu sorbentin alınması polibutadienin fosfor üç xloridlə formalaşdırılması oksigenin iştirakı ilə aparılır və sonradan fosfonildixlorid qruplarının ionogen reagentlərlə sabunlaşması nəticəsində tikilmiş məhsullar alınır,polibutodienin fosforlaşması oksigen verilməsilə bir mərhələdə tikilmə ilə həyata keçirilir. İxtiranın əsas yeniliyi ondan ibarətdir ki, polibutadien ionogen qrupların daxil edilməsi mokromolekulların tikilməsilə eyni zamanda baş verir və bununla da ionogen qruplar hesabına tikilmə mərhələsi aradan qalxır.

Yüksək molekullu birləşmələr kimyası kafedrası

 

Əzizov A.Ə.,

Rəhimov R.A.,

Alosmanov R.M. və b.

27

İ 2005 0143

Molibdenin fotometrik üsullarla təyini

İxtira analitik kimya sahəsinə, konkret olaraq molibden (YI) ionunun fotometrik üsulla müxtəlif təbii və sənaye obyektlərinin təyinində istifadə edilə bilər.

Molibdenin (YI) müxtəlifliqandlı kompleks şəklində fotometrik üsulla təyinində kompleksəmələgətirici üzvi reagent kimi vis – (2,3,4 – trioksifenilazo) benzidin üçüncü komponent kimi setiliridin xloriddən istifadə edilir.

Analitik kimya kafedrası

 

Qəmbərov D.H.,

Xəlilova F.Q.

28

İ 2005 0144

Titanın fotometrik üsulla təyini

İxtira analitik kimyaya aiddir və titanın filizlərdə, metallarda və onların ərintilərinin təyinində istifadə oluna bilər. Burada əsas məqsəd titanın təyinində selektivliyin artırılmasıdır. Bu məqsədə onunla nail olunur ki, titanın fotometrik üsulla təyini, onun səthi aktiv maddənin iştirakı ilə piroallol qırmızının köməyi ilə rəngli kompleks birləşmələrə çevrilməsi fosfat turşusu mühitində aparılır.

Analitik kimya kafedrası

 

Qəmbərov D.H.,

Xəlilova F.Q.

29

İ 2005 0173

4-Dietilaminometil–2,6 (Di-üçlü butil) fenolpolipropinelin oksidləşmə inqibitoru kimi

İxtira 4-dietilaminometil-2,6 (di-üçlü butil) fenol yeni kimyəvi birləşməsinə aiddir və polipropilenin oksidleşmə inqibitoru kimi istifadə oluna bilər.

İxtiranın məqsədi yüksək effektli, ucuz başa gələn polipropilenin oksidləşmə inqibitorunun sintezidir.

Qoyulmuş məqsədə yeni sintez olunmuş 4-dietilaminometil-2,6(di-üçlü-butil) fonolunu polipropilen kimi yüksək tonnatlı polimerin termooksidləşmə destruksiyasının inqibitoru kimi istifadə etməklə nail olunur.

Üzvü kimya kafedrası

 

Yusubov N.N.,

Camibəyov N.F.,

İsmayılov Z.İ.

 

30

İ 2005 0174

1-(2-hidroksi-3-dimetilaminometil-5-etilfenil)-4-tiqoktan metalların korroziya inhibitoru kimi

İxtira üzvi kimya sahəsinə, konkret olaraq korroziya inqibitoru kimi istifadə oluna bilən 1-(2-hidrogen-3-dimetilaminometil-5-metilfenil)-4-tioktan birləşməsinə aiddir. Əsas məqsəd poladın səmərəliliyini yüksəltmək və korroziya inqibitorlarının assortimentini genişləndirmək-dir. İxtiradakı üsul korroziya inqibitoru kimi istifadə oluna bilər.

Üzvi kimya kafedrası

Yusubov N.N.,

İsmayılov Z.İ.,

Bayramov M.R.

31

İ 2005 0175

1-(2-hidroksi-3-diolkil-aminometil)-4-tiododekanlar reaktiv yanacaqlara termostabilləşdirici aşqarlar kimi

İxtira üzvi kimya sahəsinə, konkret olaraq reaktiv yanacaqlara termostabilləşdirici aşqarlar kimi istifadə oluna bilən birləşmələrə–1-(2-hidroksi-3-dialkilamino-metilfenil)-4-tiodedenanlara aiddir.

İxtiranın əsas məqsədi yüksək temperaturlarda reaktiv yanacaqların termooksidləşdirici aşqar kimi istifadə etməklə əldə edilir.

İxtirada əsas yenilik alınan birləşmənin yuyucu dispresləşdirici aşqar C-5 ilə birləşdirib, termosabitləşdici keyfiyyəti artırmaqdan ibarətdir.

Üzvi kimya kafedrası

Yusubov N.N.,

Bayramov M.R.,

Əliyeva F.C.

 

 

 

 

32

İ 2005 0176

Xalkoqenitli şüşə

İxtira yarımkeçirici materiallara, konkret olaraq optoelektronikada, qismən elektrooptik defektorlarda istifadə edilən şirəkeçirən şəffaf şüşənin alınması üsuluna aiddir. İxtiranın məqsədi daxil edilən inqradientlərin optimallaşdırılması əsasında keçiricilik və şəffaflıq effektini artırmaqdan ibarətdir.

Qoyulmuş məqsədə onunla nail olunur ki, arsen sulfidi əsasında şüşə tərtibə əlavə olaraq aşağıdakı nisbətdə samori  daxil edilir. (am, b%): arsen (As) 44,7-48,0, kükürd (S) –34,1-49,5,  samori(5m)-1,2-2,5.

Ümumi qeyri-üzvi kimya kafedrası

İlyasov T.M.,

İsmayılov Z.İ.,

Abbasov M.R. və b.

 

33

İ 2006 0054

Sirkoniumun fotometrik təyini üsulu

İxtira analitik kimyaya aiddir və sirkoniumun müxtəlif əsaslı ərintilərində, texnikanın müxtəlif sahələrində tətbiq olunan digər təbii və sənaye materiallarının təhlilində istifadə oluna bilər.

Üsulun mahiyyəti sirkoniumun ionları üçüncü komponent—dekametoksin iştirakında 2,3,4-trioksifenil-azo-5-sulfonaftalinlə turş mühitdə (PH=) qarşılıqlı təsirdə olaraq davamlı rəngli müxtəlif liqandlı kompleks birləşmə əmələ gətirməkdən ibarətdir.

Analitik kimya kafedrası

Güllərli Ü.A.,

Nağıyev X.C.,

Qəmbərov D.H.

və b.

 

34

İ 2006 0077

Di (4,4¢-izopropenilfenoksi)-alkan termikidavamlı polimerlərin iondəyişdirici qətranların alınmasında manomer kimi

İxtira termikidavamlı polimerlərin və iondəyişdirici qətranların alınmasında monomer kimi işlədilə bilən yeni kimyəvi birləşmələrə Di (4,4¢-izopropenilfenoksi)-alkanlara aiddir.

Əsas reaksiya məhsulu ağ rəngli kristal maddə olub, çıxımı 70,5-86% təmizlik dərəcəsi-99,8% təşkil edir. Yeni maddəninquruluşu fiziki-kiyəvi analiz üsullarının (element analizi, ərimə teiperaturu və molekul kütləsinin təyini, NMR-və İQ-spektroskopiyası) köməyilə müəyyən edilib.

Üzvi kimya kafedrası

 

Məhərrəmov A.M.

Bayramov M.R.,

Ağayeva M.A. və b.

35

İ 2006 0078

Hipotalamusun temperaturunu təyin edən qurğu

Qurğu kvars temperaturlu gümüş falqadan yarımkonus formasında hermetik, içərisinə arqon qazı doldurulmuş, oturacağında forplast-3 materialındahazırlanan istilik izolyatoru ilə yerinə yetirilmişdir.

Radiasiya

onun ətraf

mühitə təsiri ETL

Musayev R.Ə.

36

İ 2006 0098

CKH-26 butadiennitril kauçuk üçün stabilizator

İxtira üzvi kimya, CKH-26 butadien-nitril kauçukun stabilizatoru kimi təklif olunanbirləşməyə – 1,2,3-üç (N-fenilamin) propana aiddir.

İxtiranın məqsədi səmərəli və asan istehsal olunan stabilizatorun alınmasıdır.

Qarşıya qoyulmuş məqsədə onunla nail olunur ki, CKH-26 butadien-nitril kauçukuna stabilizator kimi 1,2,3 –üç (N-fenilamin) propan tətbiq olunur.

Üzvi kimya kafedrası

Nəzərov Ş.İ.,

Məhərrəmov M.N.

37

İ 20070033

Qalayın fotometrik təyini üsulu

İxtira analitik kimyaya aid olub, qalay ionlarının mis əsaslı ərintilərdə, filizlərdə, məhlullarda təbii və çirkab sularının təhlilində istifadə edilə bilər. Əsas məqsəd qalayın fotometrik üsulla təyinin diseçiciliyin artırılmasıdır.

Qarşıya qoyulmuş məqsədə 2,2,3,4- tatraogen-3 – sulfo-5-xlorozabenzoldan (TCXAB) istifadə etməklə qalayın rəngli müxtəlif liqandlı kompleksin tərkibinə keçirilməsi yolu ilə nail olunur.

Analitik kimya kafedrası

 

Nağıyev X.C.,

Qəmbərov D.H.,

Məmmədov P.R.,

Çıraqov F.M.

38

İ 2007 0034

Molibdenin fotometrik təyini üsulu

İxtira analitik kimya sahəsinə aid olub, molibden ionlarının ərintilərində, filizlərdə, məhlullarda, təbii və çirkab sularının təyinində istifadə oluna bilər. İxtirada əsas məqsəd molibdenin təyini zamanı seçicilik və ekspresliyin artırılmasından ibarətdir.

Qarşıya qoyulmuş məqsədə molibdeni səthi-aktiv maddə-setilpiridin bromid (SPB2) iştirakı ilə piroqlol əsasında sintez edilmiş azobirləşmə-2,2,3,4 –tetroksi-3-sulfo-5-nitroazobenzolla (TSNAB) rəngli müxtəlif liqandlı kompleks şəklində təyin etməklə nail olunur.

Analitik kimya

kafedrası

 

Nağıyev X.C.,

Qəmbərov D.H.

39

İ 2007 0035

Titanın spektrofotometrik təyini üsulu

İxtira analitik kimyaya aiddir və titan ionlarının alüminium ərintilərində, dəniz qumlarında, təbii xammalda və texniki məhlulların təyinində istifadə oluna bilər.

İxtiranın məqsədi titanın təyinində seçiciliyin ekspressliyin artırılmasıdır. Məqsədə onunla nail olunur ki, titanın spektrofotometrik təyini üsulunda, onun turş mühitdə üzvi reagentlə rəngli, müxtəlif kompleks birləşməyə çevrilməsindən ibarət olmaqla, çevrilməni 2,3.4-triogen-4-sulfaazobenzolla hidrofeb amin-trifenilquanizin iştirakı ilə yerinə yetirilir.

Analitik kimya kafedrası

 

Nağıyev X.C.,

Qəmbərov D.H.,

İbadov İ.H.

40

İ 2007 0133

Epoksid kompozisiyası

İxtira yüksəkmolekullu birləşmələr kimyasına aiddir və epoksid qətranları əsasında kompozisiyaların hazırlanmasında istifadə oluna bilər. Əsas məqsəd bərkimə temperaturunun aşağı salınması və bərkidici birgə polimerin kütlə miqdarının azaldılmasına imkan verən təklifin işlənib hazırlanmasıdır.

Epoksid qətranı əsasında kompozisiya 50-1000C temperaturda polietilenpoliamin və malsin anhidridi-okten-1-stirol üçlü birgə polimeri ilə bərkidilir (epoksid qətranı, PEPA, bərkidici birgə polimer). İxtirada həmin maddələrin  kütlə həddləri verilmişdir.

Yüksək molekullu birləşmələr kimyası kafedrası

Əkbərov O.H.,

Verdiyeva R.E.,

Əkbərov E.H.,

Quliyeva N.M.

 

41

İ 2007 0136

Reaktiv yanacaqların komponentlərinin alınma üsulu

İxtira tsikloalkildekalinlərin sintezinə aid olub, reaktiv yanacaqların komponentləri kimi istifadə oluna bilər.

İxtiranın məqsədi bitsiklik naften karbohidro-genlərin-tsikloalkildekalinlərin–ucuz və əldə edilə bilən xammaldan alınmasının selektivliyinin artırılmasından ibarətdir.

Üsul aromatik karbohidrogenlərin-tsikloalkilnaftalin-lərin (AZ, A20030100, SMBR № 2, 2005.06.30) nikelxrom katalizatorunda (Nio-C2O3) 170-1900C temperaturda hidrogenin 9mPa təzyiqində öz həllini tapır.

Metalkompleks katalizatorları ETL

 

Əhmədov E.İ.,

Əhmədova N.F.,

Musayev C.C.,

Quliyeva M.M.

 

42

İ20070156

Fotohəssas material

İxtira fotorezistiv materialların hazırlanması üçün mono- və polikristallik fotohəssas Cdse tərkibinə 0,3; 0,5; 0,6; 0,8 və 1,0 mol% yüksək müqaviməti AS2S3 daxil etdikdə 8,8-9,4.10-7 lm işıq selində xassələrin yaxşılaşması baş verir.

Ümumi qeyri üzvi kimya kafedrası

İlyaslı T.M.,

İsmayılov Z.İ.,

Əliyev İ.İ.

43

İ20080015

Suyun fizioloji aktivlik dərəcəsinin təyini üsulu

İxtira fizioloji aktivlik dərəcəsinin təyini üsuluna və konkret olaraq ekologiya sahəsinə aiddir. Suyun fizioloji  aktivlik dərəcəsinin təyini üsulu bir neçə faktordan ibarətdir.

  1. Suyun aktivləşdirilməsi, hava və ya ozonla doydurulması.
  2. Suyun aktivləşdirilməsi, gümüş ionları ilə ionlaşdırılır.
  3. Elektrik boşalması ilə təsir etməklə suyun aktivləşməsi.
  4. Sabit maqnit sahəsi ilə təsir etməklə suyun aktivləşməsi

Fiziki elektronika kafedrası

 

Məmmədov N.Ə.,

Qəribov Q.İ.,

Ələkbərov Ş.Ş.

44

İ20080030

İndiumun (III) fotometrik təyini üsulu

İxtira analitik kimya sahəsinə, məhz dağ süxurlarında indiumun fotometrik təyini üsuluna aiddir.

İxtiranın məqsədi indiumun ionunun təyini üsulunun seçiciliyinin artırılmasıdır. İndiumun fotometrik təyini üsulu üzvi regentdən istifadə etməklə onun rəngli kompleks birləşməyə çevrilməsindən ibarət olub, onunla fərqlənir ki, üzvi regent kimi 2,3,4-trioksi-4-flüorazobenzoldan istifadə olunur

Ekoloji kimya ətraf mühitin mühafizəsi ETL

Əliyeva R.Ə.,

Əliyeva F.S.,

Çıraqov F.M.

45

İ20080031

Alüminiumun (III) fotometrik təyini üsulu

İxtira analitik kimya sahəsinə, xüsusən fotometrik üsullara aiddir və çirklənmiş torpaqlarda alüminiumun fotometrik təyin edilməsi üçün istifadə oluna bilər.

İxtiranın məqsədi alüminium ionunun təyini üsulunun seçiciliyinin artırılmasıdır. Alüminiumun fotometrik təyini üsulu üzvi analitik regentdən istifadə etməklə onun rəngli kompleks birləşməyə çevrilməsindən ibarət olub, ixtira üzrə, analitik regent kimi setilpiridinbromid iştirakında 1,8-dihidroksi-3,6-disulfat natrium-2-[4-aminoantipirin] naftalindən istifadə edirlər.

Ekoloji kimya ətraf mühitin mühafizəsi ETL

Əliyeva R.Ə.,

Əliyeva F.S.,

Çıraqov F.M.

46

İ20080032

Qalliumun (III) fotometrik təyini üsulu

İxtira analitik kimya sahəsinə, təbii filizlərdə, konsentratlarda, ərintilərdə, texnoloji məhlullarda qalliumun (III) fotometrik təyini üsuluna aiddir.

Qalliumun fotometrik təyini üsulu üzvi analitik regentdən istifadə etməklə onun rəngli kompleks birləşməyə çevrilməsindən ibarət olub, ixtira üzrə, analitik regent kimi onunla fərqlənir ki, üzvi regent kimi 2,3,4-üçoksi-4-flüorazobenzoldan istifadə olunur.

Ekoloji kimya ətraf mühitin mühafizəsi ETL

Əliyeva R.Ə.,

Əliyeva F.S.,

Çıraqov F.M.

47

İ20080069

İstismar olunmuş köhnə neft quyularında neft hasilatını artırmaq üçün tərkib

İstismar olunmuş köhnə neft quyularında neft hasilatını artırmaq üçün tərkib gil məhlulu əsasında olub, onunla fərqlənir Ki, tərkibində komponentlərin müəyyən nisbətdə bentonit və əlavə olaraq 5-15 nm ölçülü alüminium və ya dəmir nanohissəcikləri saxlayır.

Nanomaterialların kimyəvi fizikası kafedrası

Mirzəcanzadə A.X

Məhərrəmov A.M

Yusifzadə X.B.

Məmmədzadə R.B

Ramazanov M.Ə.

48

İ20080070

Yüksək antimikrob aktivliyə malik südturşusu bakteriyaları ştammı (Lactobacillus pentosum BDU-KD 27

İxtira texniki mikrobiologiya sahəsinə aid olub, yeyinti məhsullarının biokonservantlarının və xəstəlik törədən bakteriyalarda mübarizə üçün dərman preparatlarının alınmasında istifadə edilə bilər.

Mikrobiologiya kafedrası

Qəmbərov X.Q.,

Cəfərov M.M.

49

İ20080071

Epoksid kompozisiyası

İxtira yüksək molekulu birləşmələr kimyasına aiddir və epoksid qətranlar əsasında kompozisiyaların hazırlanmasında istifadə edilə bilər. İxtiranın məqsədi bərkidicinin sopolimerinin kiçik kütlə miqdarında bərkimə temperaturu aşağı olan epoksid kompozisiyasının hazırlanmasıdır. Qarşıya qoyulmuş məqsədə onunla nail olunur ki,epoksid kompozisiyası tərkibində epoksid qətrana və başqa bərkidici olmaqla,polietilen-propilen və matein anhidridi,,okten-1 və stipolun sopolimerini komponentlərin aşağıdakı göstəriciləri kütlə nisbəti ilə saxlayır.(epoksid qətranı 100; polietilen-poliamin 10; sonolimer 10-20)

Yüksək molekulu birləşmələr kafedrası

Əkbərov O.H.

Məmmədova R.E.

Əkbərov E.O.

50

İ 20080072

Cd (II) ionunun sulu məhlullarda çıxarılması üçün sorbent onun alınma üsulu

İxtira tərkibində yüksək molekulu birləşmələr olan və ağır metalların sulu məhlullarından sorbsiya üçün istifadə edilən bərk sorbentlərə aiddir. İxtiranın məqsədi sorbentin sorbsiya tutumunun yüksəldilməsi və Cd (II) ionunun sulu məhlullarda çıxarılması üçün ucuz və asan tapılan xammal əsasında effektiv sorbentin alınmasıdır. Qoyulmuş məqsədə onunla nail olunur ki, ağac yonqarı oksigenin iştirakı ilə PCZ3-lə oksidləşmə fosfoxlorlaşdırılmasına və alınmış – OP(O)Cİ2 qruplu modifikat isə hidrolizə uğradılır. Nəticədə iongen  fosfat turşu qruplu – OP(O)(OH)2 sorbent alınır. Ağac yonqarının oksidləşmə xlorfosforlaşması ilə alınmış sorbentdən ağır, nadir və nəcib metallara, o cümlədən kadimumu müxtəlif sulardan ayırmaq üçün tətbiq edilir

Yüksək molekullu birləşmələr kimyası kafedrası

 

Məhərrəmov A.M

Məmmədov H.Q.,

Alosmanov R.M.,

Əzizov A.Ə.,

Qəmbərov D.H.

51

İ 20080073

1,2-epitio-5-oksa-6,6,7,7,8,8,8-heptaflüoroktanın sürtkü yağlarına siyrilmə aşqarı kimi

İxtira üzvi kimya sahəsinə, konkret olaraq sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi məsləhət görülən yeni kimyəvi birləşmə-1,2-epitio-5-oksa-6,6,7,7,8,8,8-heptaflüoroktana aiddir.

İxtiranın məqsədi sürtkü yağlarının siyrilmə əleyhinə xassələrini yaxşılaşdırmaqdan ibarətdir. Qarşıya qoyulmuş məqsədə sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi formulu CF3CF2CF2CH2OCH2CH2CH2 –CH2 olan 1,2-epitio-5-oksa-6,6,7,7,8,8,8-heptaflüoroktanın sintezi və istifadə edilməsi ilə nəzərdə tutulur.

Üzvi kimya kafedrası

Məhərrəmov A.M.,

Allahverdiyev M.Ə

Hüseynova A.T.

52

İ 20080074

Skandiumun (III) fotometrik təyini üsulu

İxtira analitik kimya sahəsinə, məhz dağ süxurlarında skandiumun (III) fotometrik təyini üsuluna aiddir. İxtiranın məqsədi skandium ionunun təyini üsulunun həssaslıq və seçiciliyinin artırılmasıdır. Qoyulmuş məqsədə çatmaq üçün Sc(III) ionu binar kompleks şəklində təyin edilmişdir. Bunun üçün üzvi reagent kimi vis–(2,3,4-trihidrotifenilazo) benzindən (r) istifadə olunur.

Analitik kimya kafedrası

Hacıyeva S.R.,

Əliyeva T.İ.,

Çıraqov F.M.

53

İ 20080075

Nikelin (II) fotometrik təyini üsulu

İxtira analitik kimya sahəsinə, məhz dağ süxurlarında nikelin fotometrik təyini üsuluna aiddir. İxtiranın məqsədi nikelin ionunun təyini üsulunun seçiciliyinin artırılmasıdır. Qoyulmuş məqsədə onunla nail olunur ki, nikelin (II) fotometrik təyini üsulu, onun üzvi reagentlə rəngli binar kompleks birləşməsinə çevrilməsi ilə olmaqla, ixtiraya görə, üzvi reagent kimi setiltiridin bromid iştirakında 1,8-dihidrogen-3,6-disulfonat natrium -2-[4-aminoantipirin naftalin]dən istifadə edirlər.

Analitik kimya kafedrası

Əliyeva R.Ə.,

Məlikova V.İ.,

Çıraqov F.M.

54

İ 20080076

2-arilaminometil-4-[1-(metil)-2-(propiltio)etil]fenol sürtkü materiallarına antimikrob aşqar kimi

İxtira sürtkü materiallarına  antimikrob aşqar kimi istifadə edilə bilən aminometilləşmiş sulfidfenolların törəmələrinə, xüsusilə 2-ariaminometil-4-[1-(metil)-2-(propiltio)etil]fenol (ACF) aiddir. İxtiranın məqsədi sürtkü yağlarının bakteriyalara və göbələklərə qarşı təsirini artırmaqdan ibarətdir.

Üzvi kimya kafedrası

Yusubov N.N.,

İsmayılov Z.İ.,

Məmmədov İ.Ə.

55

İ 20090039

1-n-Proroksi-3-[n-4/-(1/-metiloksikarbonil-1/-triflüormetil-1/-hidroksimetil-)-fenilamino-] -2-propantiol sürtgü yağlarına mikrob əleyhinə aşqar kimi

İxtira üzvi kimya sahəsinə, konkret olaraq sürtgü yağlarının mikrob əleyhinə xassəsini yaxşıılaşdıran bifunksional birləşmələr sinfinə aiddir. Bu məqsədlə sürtgü yağına mikrob əleyhinə qarşı maddə 1-n-Proroksi-3-[n-4/-(1/-metiloksikarbonil-1/-triflüormetil-1/-hidroksimetil-)-fenilamino-] -2-propantiolun sintezi və onun tətbiqi təklif edilir.

Üzvi kimya kafedrası

Məhərrəmov A.M.,

Allahverdiyev M.Ə.,

Hüseynova A.T.

56

İ20090081

Südturşusu bakteriyalarını becərmək üçün selektiv qidalı mühit

İxtira mikrobiologiya sahəsinə, konkret olaraq südturşusu bakteriyalarını becərmək üçün sellektiv qidalı mühit peptondan, karbohidratdan və spirtdən ibarət olub. Komponentlərin aşağıdakı kütlə %-i nisbətində götürülüb:

Üzüm yarpağı həlimi             - 20-30

Pepton                                    - 3-7

Qlükoza                                  - 10-20

Etil spirti                                 - 8-12

Mikrobiologiya

kafedrası

Cəfərov M.M.,

Qənbərov X.Q.

57

İ20090090

Poladın korroziyasının inqibitoru

İxtira metalların korroziyadaninqibitorlarla qorunması sahəsinə aiddir. Neftçıxarma və neft emalı sistemlərində istifadə oluqa bilər. Onun əsas məqsədi poladın korroziyasının asan əldə olunan inqibitorlarının alınmasıdar.

Qarşıya qoyulmuş texniki məsələ onunla həll olunur ki, neft turşularının 135-1800 C/20 mm və 3000 C/ 20 mm həddində qaynayan fraksiyalarından alınan neft turşularının amidlərinin poladın korroziyasının inqibitoru kimi istifadə edilir.

Üzvi kimya kafedrası

Məhərrəmov M.N.,

Nəzərov Ş.İ.,

Zeynalov S.D. və b.

 

58

İ20090091

2-(g-benziltio) propilfenol poladın korroziyasının inqibitoru kimi

İxtira fenol birləşmələrin əsasında olan metalların korroziyasının inqibitorlarına aiddir və su-duz və duz-karbohidrogen sistemlərində poladın korroziyasının inqibitoru kimi istifadə oluna bilər.

İxtira neft quyuları avadanlığının korroziyadan mühafizəsi üçündür.

Neft kimyası kimya texnologiyası kafedrası

Bayramov M.R.,

Məhərrəmov A.M.,

Tahirli H.M. və b.

59

İ20090092

Poladın korroziyadan mühafizəsi üçün

inqibirləşdirici tərkib

İxtira fenol birləşmələr əsasında metalların korroziyasının inqibitorlarına aiddir və su-duz və duz-karbohidrogen sistemlərində poladın korroziyasının inqibitoru kimi istifadə oluna bilər. Onun əsas məqsədi poladın korroziyadan qorunma dərəcəsinin və fenol birləşmələri əsasında inqibitorlaşdırıcı tərkiblərin çeşidini artırmaqdır.

Poladın korroziyadan mühafizəsi üçün inqibirləşdirici tərkib, (1-3):1 kütlə nisbətində 2-piperidin-metil 1-4-izotropenilfenoldan və katalindən ibarətdir.

Neft kimyası kimya texnologiyası kafedrası

Bayramov M.R.,

Məhərrəmov A.M.,

Mehdiyeva G.M. və b

 

Bookmark and Share