Search

Axtarış

QULİYEV NOVRUZ HÜSEYNAĞA OĞLU

QISA MƏLUMAT FORMASI

Novruz Quliyev
ETH-nin baş mütəxəssisi
İş tel: (+994 )12 439 08 34
Mob. tel: (+994) 50 794 9133
E-mail: novruzni@rambler.ru

QISA BİOQRAFİK MƏLUMAT:
1948-ci il 01 iyulda Azərbaycan Respublikası Neftçala r-nun Xıllı qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. 1966-cı ildə Neftçala rayonu Xıllı qəsəbəsindəki 7 nömrəli məktəbi bitirmişdir.1974-cü il fizika ixtisası uzrə BDU-nun fizika fakultəsinin məzunudur. 1974-1977-ci illərdə Neftçala r-nun Astanlı kənd orta məktəbində işləyib. 1977-1980-cı illərdə AMEA-nın Geofizika elmi mərkəzində işləyib. Evlidir, iki övladı var.
Azərbaycan, Rus, Türk dillərində sərbəst və İngilis dilində zəif danışır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏsi VƏ ELMİ ADLARI:
1980-cı il BDU-nun baş mütəxəssisi
1967-1974-cü illərdə BDU-nun fizika fakultəsinin tələbəsi.

ƏMƏK FƏALİYYƏTİ:
1980-cı ildən bu günə qədər BDU-nun ETH-nin baş mütəxəssisi, metroloji xidmətinin rəhbəri;
1977-1980-cı illərdə AMEA-nin “Geofizika” elmi mərkəzi, mühəndis metroloq;
1974-1977-ci illərdə Neftçala r-nu Astanlı kənd orta məktəbi, fizika müəllimi.

TƏDQİQAT SAHƏSİ:
Metroloji xidmət. BDU-nun elmi və laboratoriya cihazlarının standartlaşdırılması.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:
5-8 oktyabr 2007-ci ildə metrologiya və standartlaşdırma üzrə beynəlxalq konfrans.

Bookmark and Share