BDU ilə “Clarivate Analytic Şirkəti“nin əməkdaşlığı çərçivəsində humanitar elmlər üzrə seminar keçiriləcək
12/10/2018“BDU-Clarivate Analytic (öncəTomson Reuters ) Şirkəti “ əməkdaşlığı çərçivəsində humanitar elmlər üzrə növbəti seminar 18 oktyabr 2018-ci il tarixində saat 14.00 –da (Yeni bina,1-ci mərtəbə, Akt zalı) keçiriləcək.
Clarivate Analytics şirkətinin elmi informasiya resursları üzrə eksperti, lingvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaeva "Beynəlxalq elmi jurnallarda nəşrlərə dair əsas tələblər" adlı təlimlər keçəcəkdir.
Təlimlərin əsas məqsədi - beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarə edilmə prinsipləri və s mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdir.
Təlimin - 1-ci hissəsində təlimçi “Web of Science” platforması və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın effektiv aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarıb tapılması, platformada qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı məlumat verəcəkdir.
2-ci hissədə “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı layihə haqqında məlumat veriləcək.
Təlim rus dilində aparılacaq, müddəti isə 2 saat olacaq.
