Search

Axtarış


Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə təqdim olunacaq layihələrlə əlaqədar maarifləndirici tədbir keçirilib

18/09/2019
Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə təqdim olunacaq layihələrlə əlaqədar maarifləndirici tədbir keçirilib

BDU-nun tələbələri “I2B-İdeyadan biznesə” layihəsində qalib olublar

20/04/2019
BDU-nun tələbələri “I2B-İdeyadan biznesə” layihəsində qalib olublar

Ətraf mühitin təmizliyi ilə bağlı startaplar “Təhsil TV”-də

10/04/2019
Ətraf mühitin  təmizliyi ilə bağlı  startaplar  “Təhsil TV”-də

BDU-da "Beynəlxalq elmi jurnallarda nəşrlərə dair əsas tələblər" adlı təlim keçirilib

18/10/2018

Bu gün Bakı Dövlət Universitetində Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə  “BDU-Clarivate Analytic Şirkəti” (öncə Tomson Reuters) əməkdaşlığı çərçivəsində növbəti təlim təşkil olunub.  Elmi-Tədqiqat Hissəsinin rəisi İzzət Əfəndiyeva BDU alimlərinin indeksli jurnallarda məqalə dərc etmələri ilə bağlı qarşılaşdıqları problemlərdən, həmçinin təlimin beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər kimi mövzularla bağlı gənc alimləri və tədqiqatçıları maarifləndirmək baxımından faydasından danışıb.

Clarivate Analytic Şirkətinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaeva isə  “Web of Science” platforması və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın effektiv aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarıb tapılması, çap olunacaq məqalələrə qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və s. barədə məlumat verib.

Mətbuat və informasiya şöbəsi, 18 oktyabr 2018-ci il.

Bookmark and Share