Search

Axtarış


Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə təqdim olunacaq layihələrlə əlaqədar maarifləndirici tədbir keçirilib

18/09/2019
Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə təqdim olunacaq layihələrlə əlaqədar maarifləndirici tədbir keçirilib

BDU-nun tələbələri “I2B-İdeyadan biznesə” layihəsində qalib olublar

20/04/2019
BDU-nun tələbələri “I2B-İdeyadan biznesə” layihəsində qalib olublar

Ətraf mühitin təmizliyi ilə bağlı startaplar “Təhsil TV”-də

10/04/2019
Ətraf mühitin  təmizliyi ilə bağlı  startaplar  “Təhsil TV”-də

BDU-da “Springer” məlumat bazasından istifadə və məqalələrin beynəlxalq elmi jurnallarda dərc olunması qaydalarına həsr olunmuş tədbir

05/12/2018

Bakı Dövlət Universiteti Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Elektron Resursların İşlənməsi” mövzusunda “Springer” məlumat bazasından istifadə və məqalələrin beynəlxalq elmi jurnallarda dərc olunması qaydalarına həsr olunmuş tədbir keçirilib. Tədbiri Elmi-Tədqiqat Hissəsinin rəisi İzzət Əfəndiyeva açaraq onun əhəmiyyəti və bu istiqamətdə görülən işlər barədə danışıb.

“Springer Nature” Nəşriyyatının Azərbaycan üzrə təmsilçisi Merve Okur Karagülle təmsil etdiyi şirkətin profili, Azərbaycanda “Springer” tədqiqatlarının  nəticələri və əməkdaşlığın perspektivləri barədə məlumat verib.

Adıçəkilən nəşriyyatın satış direktoru Şahin Giray isə effektiv əlaqələndirici, məqalə əlyazmasının çapa hazırlanması, düzgün jurnal seçimi və çap üçün təqdim olunma prosesi istiqamətində çıxış edib.

Tədbirdə Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, AMEA-nın Elmi Kitabxanası, Texniki Universitetin nümayəndələri konsorsiumda məsuliyyət daşıyan şəxslər qismində iştirak ediblər. Tədbirdə həmçinin Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun ölkəmiz üzrə milli əlaqələndiricisi, BDU  Elmi kitabxanasını Beynəlxalq informasiya mübadiləsi şöbəsinin müdiru Cəmilə Yusifova da iştirak edib.

 

Bookmark and Share