Search

Axtarış


Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə təqdim olunacaq layihələrlə əlaqədar maarifləndirici tədbir keçirilib

18/09/2019
Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə təqdim olunacaq layihələrlə əlaqədar maarifləndirici tədbir keçirilib

BDU-nun tələbələri “I2B-İdeyadan biznesə” layihəsində qalib olublar

20/04/2019
BDU-nun tələbələri “I2B-İdeyadan biznesə” layihəsində qalib olublar

Ətraf mühitin təmizliyi ilə bağlı startaplar “Təhsil TV”-də

10/04/2019
Ətraf mühitin  təmizliyi ilə bağlı  startaplar  “Təhsil TV”-də

“Beynəlxalq jurnallarda məqalələrin yazılması qaydaları” mövzusunda seminar keçirilib

05/02/2019

Bakı Dövlət Universitetinin Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə BDU və “Clarivate Analytics” şirkəti arasında əməkdaşlıq çərçivəsində “Beynəlxalq jurnallar üçün məqalələrin yazılması qaydaları” mövzusunda seminar keçirilib.
Professor-müəllim heyəti və elmi işçilərin iştirak etdiyi tədbirdə çıxış edən Elmi-Tədqiqat Hissəsinin rəisi İzzət Əfəndiyeva çıxış edərək həyata keçirilən elmi-tədqiqat işlərindən, elmi məqalələrin beynəlxalq standartlara uyğun yazılmasının əhəmiyyətindən danışıb.
“Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kinjina mövzu üzrə məruzə edib. O, Web of Science əməliyyatları, yırtıcı jurnallar və məqalə dərc edilməsi ilə əlaqədar yaranan problemlər, müasir elmi  jurnalların seçilməsi və qiymətləndirilməsi üzrə praktik tövsiyələr, nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri, nəşriyyat prosesində müəlliflərin ən çox yol verdiyi səhvlər və s. barədə ətraflı məlumat verib.
Sonda iştirakçıların mövzu ətrafında sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 05 fevral 2019-cu il.

Bookmark and Share