“ЕАПВ - onlayn” sistemi ilə tanışlığa dair təlim keçirilib
20/12/201819-20 dekabr 2018-ci il tarixlərində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində Avrasiya Patent İdarəsinin mütəxəssisi Zastavnıy D.V.tərəfindən “ЕАПВ - onlayn” sistemi ilə tanışlıq və onlayn avrasiya iddia ərizələrin verilməsinə dair təlim keçirilib. Edilən məruzələrdə 1995-ci ildən qüvvədə olan və 9 dövlətin daxil olduğu Avrasiya Patent Konvensiyası haqda ətraflı məlumat verilib, “ЕАПВ - onlayn” sisteminin üstünlükləri qeyd olunub. Həmçinin bildirilib ki, ildən ilə bu sistem üzrə təqdim olunan iddia ərizələrinin sayı artmaqdadır (2008 – 28% ; 2018 – 81%). Bundan əlavə “ЕАПВ - onlayn”-dan istifadə qayraları ətraflı şəkildə işıqlandırılıb. Tədbirin işində BDU Elmi-Tədqiqat Hissəsinin Səmərələşdirmə və patent lisenziya işləri üzrə idarə aparatının əməkdaşı, t.e.n. Eldar Həsənov iştirakçı olub və müzakirələrdə çıxış edib.
![]() |
![]() |
