Elmi-Tədqiqat Hissəsi təlim keçirib
30/10/2018BDU-da elmi-texniki yaradıcılıq potensialının üzə çıxarılması və tətbiq imkanlarının araşdırılması, ixtiralara patentlərin alınması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Elmi-Tədqiqat Hissəsinin “Səmərələşdirmə və patent-lisenziya işləri üzrə idarə aparatı” 29 və 30 oktyabr 2018-ci il tarixlərində Kimya və Biologiya fakültələrinin əməkdaşları ilə təlimlər keçirib, müvafiq problemlərin müzakirəsini apar;b. Çıxışlarda göstərilən sahədə universitet əməkdaşlarının fəaliyyətinin effektivliyinin artırılması ilə bağlı səmərəli təkliflər irəli sürülüb.
![]() |
![]() |
![]() |
![]() |
