“Elmi-tədqiqat işlərinə dair statistik məlumatlara olan ehtiyacların müəyyənləşdirilməsi” mövzusunda tədbir keçirilib
16/11/201816 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində “Elmi-tədqiqat işlərinə dair statistik məlumatlara olan ehtiyacların müəyyənləşdirilməsi” mövzusunda dövlət orqanlarının, elmi-tədqiqat müəssisə və təşkilatlarının nümayəndələrinin iştirakı və istifadəçilərlə görüş keçirilib. Tədbirdə məqsəd statistik məlumatlara dair tələb və təkliflərin öyrənilməsi, qarşılıqlı müzakirələrin aparılması olub. Görüşdə BDU-nun ETH-nin səmərələşdirici və patent lisenziya işləri üzrə idarə aparatının müdiri prof.C.İ.Mirzai və ETH-nin böyük elmi işçisi N.H.Quliyev iştirak ediblər. Çıxışlarda müzakirə olunan məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb, mövcud nöqsanlar qeyd olunub. O cümlədən statistik məlumatlarla bağlı hesabatların təkmilləşdirilməsinin labüd olması göstərilib.
