Search

Axtarış


Tomson Röyters 7-ci treninq

03/05/2017
Tomson Röyters Agentliyinin əməkdaşı BDU-da treninq keçirib

Tomson Röyters 6-cı treninq

02/05/2017
Tomson Röyters Agentliyinin əməkdaşı BDU-da treninq keçirib

Əqli mülkiyyət seminarı

27/04/2017
Təlim seminarında iştirak

Tomson Röyters 7-ci treninq

03/05/2017

BDU Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə 3 may 2017- ci il tarixində Hüquq fakültəsində Clarivate Analytics şirkəti (Tomson Reyters Agentliyi) əməkdaşları elmi info rmasiya resursları üzrə ekspert Aygün Babazadə və Xəzər Universitetinin “Xəzər Humanitar və Sosial Elmlər” beynəlxalq elmi jurnalının redaktor müavini Xəyalə Məmmədova maarifləndirmə işlərini aparmaq  məqsədilə həyata keçirilən  “Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları : Gənc alim və tədqiqatçılara  dəstək” adlı layihə üzrə silsilə təlimlər çərçivəsində növbəti trening keçirilmişdir. Təlimdə Hüquq, Tarix, Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Şərqşünaslıq, Sosial elmlər və psixologiya, İlahiyyat, Jurnalistika, Kitabxanaçılıq-informasiya fakültələrində çalışan gənc alimlər və doktorantlar işirak etmişdir.

Layihənin əsas məqsədi  mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarə edilmə prinsipləri və s. mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdir.

Iki hissəli tədbirdə elmi informasiya resursları üzrə ekspert Aygün Babazadə,  “Web of Science” platforması və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın effektiv aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarıb tapılması, platformada qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı  məlumat vermişdir.

Tədbirin ikinci hissəsində  Xəyalə xanım Məmmədova elmi jurnalın idarə edilməsi prinsipləri, “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı  layihə iştirakçılarını məlumatlandırmışdır.




Bookmark and Share